Məhkəmə qərarları › İş №2(027)-1897/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1897/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1897/2022 31.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment borcundan azad edilmə tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 202/2020 saylı, 24 iyun 2020-ci il tarixli qətnaməsi üzrə 07 oktyabr 2013-cü il təvəllüdlü X2 üçün ondan tutularaq cavabdeh Çələbiyeva (Almasova) Rüfanə Əlmərdan qızına ödənilməsi nəzərdə tutulan aliment borcunun üzürlü səbəbdən əmələ gəldiyini nəzərə alaraq, yaranmış aliment borcunu ödəməkdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildə cavabdeh X8 ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurub. Aralarında olan nikahı xx.xx.2014-cü ildə rəsmiləşdiriblər. Birgə nikahdan 07 oktyabr 2013-cü il tarixdə X10 anadan olmuşdur. Münasibətləri pozulduğu üçün Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 saylı, 24 iyun 2020-ci il tarixli qətnaməsi ilə nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş övladı X9 anası X5 yanında saxlanması və uşağın saxlanması üçün 24 iyun 2020-ci il tarixdən başlayaraq hər ay 130 manat məbləğində alimentin ondan alınaraq X7 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsində uşağın ananın yanında saxlanması qət olunsa da, cavabdehlə münasibətləri pozulduğu gündən bu günə kimi birgə nikahdan doğulmuş oğlu Tofiq onun yanında qalmış, sonradan Rüfanə Almasova ona qarşı uşaq tələbinə dair məhkəmədə yenidən iddia qaldıraraq 07 oktyabr 2013-cü il təvəllüdlü oğlu X9 ondan alınaraq onun himayəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o da Rüfanə Almasovaya qarşı uşağın onun yanında saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Quba Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(027)-56/2022 nömrəli qətnaməsi ilə Rüfanə Almasovanın uşaq tələbinə dair ilkin iddia tələbi rədd edilmiş, onun uşağın himayəsində saxlanması tələbinə dair qarşılıqlı iddia tələbi isə təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X9 onun himayəsində saxlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi cavabdehlə birgə nikahdan doğulmuş oğlu 07 oktybar 2013-cü il təvəllüdlü Tofiq Almasov anadan olduğu gündən bu günə kimi onun himayəsindədir. Cavabdeh 2019-cu ilin iyun ayından usağı onun yanında qoyaraq evi tərk edərək getmişdir. Həmin vaxtdan da uşaq onun yanındadır və uşağın bütün təlabatlarını özü ödəyib, bü gün də ödəyir. Uşağı o saxladığı üçün əsassız olaraq bir gün də olsun yanında olmayan uşağa görə cavabdeh ondan aliment tələb etmiş və əsassız aliment borcu yığılmışdır. X11 himayəsində saxlanmasını Söhüb Bəllədiyəsi tərəfindən təsdiq edilən akt və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri də bir daha təsdiq edir. O cavabdehlə aralarında alimentlə bağlı yaranmış problemin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada mediasiyaya müraciət edərək problem mediasiyada həll etməyə çalışıb. Lakin həmin tarixdə cavabdeh mediasiya sessiyasında iştirak etmədiyi üçün ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. O hər zaman ata olaraq öz övladını saxlayıb və bundan sonra da saxlamağa imtina etmir. Övladı anadan olduğu gündən bu günə kimi onun himayəsində olduğu və Quba Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(027)-56/2022 nömrəli qətnaməsi ilə isə rəsmi qaydada bu hal öz təsdiqini tapdığı üçün və bütün xərclərin onun tərəfindən qarşılandığı zaman onun aliment ödəməməyi üzürlü hal kimi nəzərə alınmalı və həmin müddət üçün borc məhkəmə qaydasında silinməlidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 saylı, 24 iyun 2020-ci il tarixli, qətnaməsinə əsasən, X8 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Quba rayon Rük kənd İƏD nümayəndəliyi tərəfindən həmin tarixli 14 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 anası- X5 yanında qalması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X7 verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(027)-219/2021 nömrəli qətnaməsinə əsasən, xx.xx.2013-cü il təvəllüdlü X10 ilə anası Cavabdeh görüş vaxtı hər həftənin şənbə və bazar günü saat 12:00-dan 18:00-dək müəyyən edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(027)-56/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh İddiaçı qarşı xx.xx.2013-cü il təvəllüdlü X9 cavabdehdən alınaraq onun himayəsinə verilməsinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia üzrə cavabdeh-İddiaçı- cavabdeh X7 qarşı uşağın onun himayəsində saxlanması tələbinə dair qarşılıqlı iddia tələbi isə təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X9 atası- İddiaçı himayəsində saxlanması qət edilmişdir. İş materiallarında olan Quba rayonu, Rük İƏD üzrə nümayəndəliyinin və Söhüb bələdiyyəsinin arayışlarından məlum olur ki, X1 atası atası- İddiaçı himayəsində yaşayır. İş materiallarında olan Quba rayonu Rük İƏD üzrə nümayəndəsinin müavini, Söhüb bələdiyyəsinin mühasibi və Söhüb kənd sakinlərinin iştirakı və imzalarıyla tərtib və təsdiq edilmiş, 28 iyul 2020-ci il tarixli aktdan görünür ki, X1 atası- İddiaçı himayəsində yaşayır. O Söhüb kənd ümumi orta məktəbində təhsil alır. Yaşadığı ev beş otaqdan ibarətdir, yaşaması üçün heç bir çətinliyi yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılmaları üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 107.1-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh X8 2012-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurub. Aralarında olan nikahı xx.xx.2014-cü ildə rəsmiləşdiriblər. Birgə nikahdan 07 oktyabr 2013-cü il tarixdə X10 anadan olub. Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 saylı, 24 iyun 2020-ci il tarixli, qətnaməsinə əsasən, X8 ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və Quba rayon Rük kənd İƏD nümayəndəliyi tərəfindən həmin tarixli 14 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X9 anası- X5 yanında qalması, xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment İddiaçı tutularaq X7 verilməsi qət edilib. X3 xx.xx.2013-cü il təvəllüdlü X9 cavabdehdən alınaraq onun himayəsinə verilməsi tələbinə dair İddiaçı qarşı ilkin iddia, həmçinin İddiaçı X7 qarşı uşağın onun himayəsində saxlanması tələbinə dair qarşılıqlı iddia ərizəsiylə məhkəməyə müraciət ediblər. Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 saylı, 24 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X5 cavabdeh İddiaçı qarşı xx.xx.2013-cü il təvəllüdlü X9 cavabdehdən alınaraq onun himayəsinə verilməsinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək xx.xx.2013-cü il təvəllüdlü X9 atası- İddiaçı himayəsində saxlanması qət edilmişdir. Bu sbəbdən iddiaçı oğlunun doğulduğu gündən bu günə kimi onun himayəsində olduğunu və bu üzdən yetərincə sübutları məhkəməyə təqdim edərək haqqında Quba Rayon Məhkəməsinin qətnaməsilə təyin olunmuş aliment üzrə yaranmış borcu ödəməkdən azad edilməyini və həmin borcun məhkəmə qaydasında silinməyini xahiş edir. Bu barədə isə cavabdeh iddia tələbinə qarşı məhkəməyə irad və etirazını bildirməyib. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək, 07 oktyabr 2013-cü il təvəllüdlü X9 doğulduğu vaxtdan, həmçinin tərəflər arasındakı nikahın pozulduğu vaxtdan atası- İddiaçı himayəsində olmasını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, İddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 nömrəli, 24 iyun 2020- ci il tarixli qətnaməsi üzrə 07 oktyabr 2013-cü il təvəllüdlü X2 üçün ondan tutulmalı olan aliment borcunu ödəməkdən azad olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-202/2020 nömrəli, 24 iyun 2020-ci il tarixli qətnaməsi üzrə 07 oktyabr 2013-cü il təvəllüdlü X2 üçün ondan tutulmalı olan aliment borcunu ödəməkdən azad edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar