Məhkəmə qərarları › İş №2(027)-1897/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1897/2025

02.10.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1897/2025 02.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “son haqq-hesabların ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 5*** manat məbləğində əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, o, cavabdeh təşkilatda fəhlə vəzifəsində çalışmışdır. 01 yanvar 2024-cü il tarixə kimi həmin müəssisədə çalışaraq 01 yanvar 2024-cü il tarixində işdən azad edilmişdır. O, işdən azad edilərkən əməkhaqqının hesablanması zamanı cavabdehin ona 5*** manat əməkhaqqı borcu müəyyən edildi və müəssisənin rəhbəri X6 verdi ki, yaxın vaxtlarda onun əmək haqqını ödəyəcək. Lakin onun dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdeh bu günə kimi əməkhaqqını ödəməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Quba - X19 məktubundan aşkar olur ki, cavabdeh təşkilat onun və digər işçilərin işdən azad olunarkən tam haqqı hesab edib borclu olduğu əmək haqlarını ödəməmişdir. Ona görə də cavabdeh təşkilatın rəhbəri X20 inzibati məsuliyyətə cəlb edilmişdir. Mediasiya sənədindən məlum olur ki, o, məhkəmədən kənar keçirilən mediasiya prosesinə əməl etmişdir. Tərəflər müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Quba X19 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli müraciətiniz ilə bağlı Sizə xx.xx.2024-cü il tarixli 3-17- 5/2-E-23882/2024 nömrəli məktub ünvanlanmışdır. Həmin məktuba əlavə olaraq bildiririk ki, X16 xx.xx.2020-ci4.al tarixində, Siz Z.Ə.Eminova, X3, X1,X9, X11 xx.xx.2023-cü il tarixində, X4, X12 xx.xx.2023-cü il tarixində, X13, X17, X2, İddiaçı, X5, X18, İddiaçı və X22 xx.xx.2024-cü il tarixində Cavabdeh-dən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işdən azad olunmuşunuz və Sizlərə çatacaq son haqq- hesablarınız hal-hazıradək cəmiyyət tərəfindən ödənilməmişdir. Bu faktı Cavabdeh-nin işəgötürəni xx.xx.2024-cü il tarixli məktubunda təsdiq etmiş və eyni zamanda cəmiyyətin xx.xx.2023-cü il tarixdənfəaliyyətinin dayandırılması səbəbindən Sizlərə aid sənədlərin arxivdən götürülməsinin mümkün olmadığını qeyd etmişdir,-Bünunlada Əmək Məcəlləsinin 83- cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitamdı ilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin soiY-rıaqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (işçiyə ödənilməli son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməlidir) tələbləri pozulmuşdur. Bu səbəbdən də, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğundan Cavabdeh-nin işəgötürəni X20 barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında Protokol tərtib edilmiş və bu protokla uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar ilə F.M.Yaqubov inzibati məsuliyyətə cəlb olunmuşdur. Son haqq-hesabın hesablanaraq ödənilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh-yə göstəriş məktubunu göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5.3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlananəmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Mülki hüquq münasibətlərindən fərqli olaraq əmək hüquq münasibətlərinin tərəflərindən biri mütləq fiziki şəxs olur və bu münasibətlərin əsasında müstəsna olaraq fiziki şəxsin əməyi durur. Həmçinin əmək münasibətlərinin bir tərəfi olan fiziki şəxs, yəni işçi müəssisədaxili intizam qaydalarına tabe olmalı və əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını şəxsən yerinə yetirməlidir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçiyə müvafiq işi təqdim etməli, onun sağlam və təhlükəsiz əmək şəraitində işləməsini təmin etməli və əməyinin qarşılığını ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinin “d” bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqıalmaq işçinin hüququdur. 12-ci maddəsinin a) və b) bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələridir. 68.2.-ci maddəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan) 83.4-cü maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir Həmin Məcəllənin (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan) 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Hazırki iş üzrə iddiaçı iddia ərizəsində cavabdeh hüquqi şəxs tərəfindən ümumilikdə 5*** manat təşkil edən son haqqı-hesab məbləğinin ödənilməsi tələbini irəli sürsə də, tələb edilən məbləğin miqdarının müəyyən edilməsi barədə konkret sənəd təqdim edə bilməmişdir. Lakin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Quba Xaçmaz Regional şöbəsi tərəfindən İddiaçı və digər şəxslərə ünvanlanmış 24 may 2024-cü il tarixli məktubda iddiaçının xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Cavabdeh-dən işdən azad edilməsi və son haqq-hesabın ödənilmədiyi faktı öz əksini tapmışdır. Hətta bunun nəticəsi olaraq hüquqi şəxsin işəgötürəni qismində çıxış edən F.M.Yaqubovun inzibati məsuliyyətə cəlb edildiyi qeyd edilmişdir. Göründüyü kimi iş materialları ilə iddiaçının cavabdeh qismində çıxış edən Cavabdeh-də işləməsi, işdən azad edilməsinə baxmayaraq ona son haqq-hesabın ödənilməsi faktı öz təsdiqini tapdığından məhkəmə iddaçının göstərdiyi məbləğlə bağlı hər hansı bir sübutun mövcud olmamasını, iddianın rədd edilməsi üçün əsas olaraq görmür. Belə ki, bu birbaşa olaraq tərəfin qanunla qorunan hüquqlarının kobud şəkildə pozulmasına səbəb ola bilər. Odur ki, məhkəmənin qənaətinə görə iddia qismən təmin edilməli, ödənilməli olan son haqq-hesab məbləğinin hesablaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar