Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1922/2020 12.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “məhkəmənin müəyyən etdiyi aliment miqdarının azaldılması”tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-296/2020 saylı qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü qızı Mövlamova Aysu Sərxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı, Cavabdeh xeyirinə hər ay 130 manat sabit pul məbləğində tutulması müəyyən edilən alimentin miqdarının azaldılaraq hər ay 50 manat sabit pul məbləğində alimentin müyyən edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, və Cavabdeh el adəti ilə ailə qurmuşlar. Nikahlarını rəsmi qaydada qeydiyyata aldırmamışlar. Birgə münasibətlərindən - xx.xx.2011-ci il təvəllüdlü qızı Mövlamova Aysu Sərxan qızı anadan olmuşdur. , Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-296/2020 saylı qətnaməsi ilə onun xx.xx.2011-ci il tarixdə anadan olmuş Mövlamova Aysu Sərxan qızına münasibətdə atalığı müəyyən edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Mövlamova Aysu Sərxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Onun, xx.xx.2014-cü il tarixində X5 ilə bağlanmış nikahından üç uşağı – xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşlar. Özü ömürlük ikinci qrup əlildir. 130 manat sosial müavinət alır. Beş nəfərlik ailəni təkbaşına çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 130 manat məbləğində alimenti ödəməyə imkanı çatmır. Qanunvericiliklə uşaqların saxlanılması hər iki valideyinin vəzifəsidir. Qeyd edir ki, cavabdeh özüdə əmək qabiliyətlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 296/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə anadan olmuş Mövlamova Aysu Sərxan qızına münasibətdə atalığı müəyyən edilmiş, xx.xx.2011-ci il təvəllüdlü Mövlamova Aysu Sərxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xx.xx.2019cu il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”lərin surətindən görünür ki, İddiaçı ilə X3 birgə nikahlarından - xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X4 anadan olmuşlar. İş materiallarında olan ƏƏSMN-nin tabeliyində DSMF PHŞ 2 saylı Regional ərazi filialının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Quba rayon, Əlik kənd sakini İddiaçı həqiqətən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsin 2 saylı Regional Ərazi filialında 2-ci qrup əlilliyə görə xx.xx.2019-cu il tarixdən ömürlük 130 manat sosial müavinət alır. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2011-ci il təvəllüdlü qızı Mövlamova Aysu Sərxan qızının saxlanması üçün Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-296/2020 saylı qətnaməsi ilətəyin edilmiş 130 manat alimentin aşağı həddə azaldılaraq,50 manat sabit pul məbləğində aliment tutulmasına dair qərar qəbul edilməsini tələb edir və bunu başqa nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X2, xx.xx.2018-ci il təvəllüdlü X1 onun himayəsində olması halı ilə əlaqələndirir. İddiaçıhəmçinin alimentin azaldılması barədə iddia tələbinin əsası kimi əlil olmasını, heç yerdə işləməməsi və 130 manat əlliyi ilə bağlı təqaüd aldığını qeyd etmişdir. İş materialları ilə, iddiaçının ömürlük ikinci qrup əlil olması sübuta yetirilmişdir. Bundan başqa, iddiaçının himayəsindən üç azyaşlı övladı vardır. Məhkəmə, tərəflərin qanun ilə qorunan hüquqlarını və bərabərliklərini nəzərə alaraq, iddianın əsaslı olduğundan iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsi isə o cümlədən alimentin miqdarının dəyişilməsi əsası kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını təsbit edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərin uşaqlarını saxlamağa borclu olması eyni zamandaAzərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində də təsbit olunmuşdur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Lakin iş materillarından görünür ki, iddiaçı ikinci qrup əlildir. Başqa yerdə işləyə bilmir. Aylıq 130 manat təqaüd alır. Hazirki vəziyyətdə iddiaçının başqa gəlirləri yoxdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması 4 tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 296/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat məbləğində aliment miqdarı azaldılaraq, xx.xx.2011-ci il təvəllüdlü Mövlamova Aysu Sərxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hazırki qətnamə qüvvəyə minəcəyi tarixdən hər ay 80 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilərək Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)- 296/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat məbləğində aliment miqdarı azaldılaraq, xx.xx.2011-ci il təvəllüdlü Mövlamova Aysu Sərxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hazırki qətnamə qüvvəyə minəcəyi tarixdən başlayaraq hər ay 80 manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-1922/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1922/2020
12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver