Məhkəmə qərarları › İş №2(027)-1939/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1939/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1939/2024 21.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X24 qızının katibliyi, İddiaçı X4 iştirakı ilə İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Siracətdin qızına Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə sabit pul məbləğində ödəməli olduğu 120 manat aliment pulunu ödəməkdən azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X8 xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə himayəsində saxlanılmış xx.xx.2011-ci il təvəllüdlü Nuray Əlisultanovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Göstərilənləri nəzərə alaraq, hazırki işlə bağlı məhkəmə Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbinin əsasını dəyişməsini qanunauyğun sayır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, cavabdeh Sevinc .Əlisultanova ilə xx.xx.2010-cu il tarixdə nikalarını rəsmi qaydada qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Əlsultanova Nuray və xx.xx.2013-ci il tarixdə Xədicə adlı uşaqları anadan olmuşdur. Cavabdeh İddiaçı ilə aralarında olan narazılıqlara görə ayrılmışlar. Aralarında olan, nikah Quba rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli qətnaməsi ilə pozulmuş xx.xx.2011-ci il təvəllüdlü Nuray onun, xx.xx.2013-cu il təvəllüdlü Xədicə isə Cavabdeh himayəsində saxlamışdır. xx.xx.2013-cu il təvəllüdlü Xədicənin Saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bildirir ki, Nuray Əlisultanova onun himayəsindədir. Övladının bütün maddi tələbatlarını o qarşılayır. Övladı məktəblidir, övladı 8-cu sinif şagirdidir. O uşağın saxlanmasında çətinlik çəkir. Ona görə də Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 878288 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X11 anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlnamış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X11 adlı uşaq atası X5 himayəsində və xx.xx.2013-cü il təvəllüdlü X10 isə anası Cavabdeh himayəsində saxlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-00909 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, X9 ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etmədi. İş materiallarında olan Quba rayon İHB-nın Zərdabi İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 710 saylı arayışından görünür ki, X3 rayonu, Bağbanlı qəsəbəsində qeydiyyatsız olaraq babası X13 və nənəsi X14 ilə birlikdə yaşayır. İş materiallarında olan Quba rayon Bağbanlı qəsəbə Rövşən Mütəlimov adına tam orta məktəbin 27 sentyabr 2024-cü il tarixli 260 saylı arayışından görünür ki, X1 qəsəbə Rövşən Mütəllimov adına tam orta məktəbinin Vİİİ sinifində təhsil alır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikah münasibətlərindən doğulmuş uşaq Nuray Əlisultanlı atası Salahətdin Əlisulatnovun himayəsindədir. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə müvafiq olaraq bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərin birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşağın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı da məhkəməyə alimentin tutulması tələbi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçı X8 ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X25” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “X25” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. İddiaçı X8 ilə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən Cavabdeh hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat məbləğində aliment tutularaq, iddiaçı X6 ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar