Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-1961/2020 23.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2009-cu il tarixində anadan olmuş X1, xx xxx 2013-cü il tarixində anadan olmuş X3 və xx xxxx 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması və təhsil alması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq mənə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2008-ci il tarixində el adəti ilə ailə qurmuş. Nikahlarını isə xx xxxxxxxx 2008-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxx 2009-cu il tarixdə X4, xx xxx 2013-cü il tarixdə X5, xx xxxx 2017-ci il tarixdə X7 qızı adlı uşaqları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda cavabdehlə bağlı münasibətləri normal olmuşdur. Lakin sonradan münasibətləri bir qədər pozulmuşdur. Belə ki, Cavabdeh vaxt keçdikcə evə sərxoş vəziyyətdə gəlmiş, evdə narahatçılıq yaratmışdır. İşlədiyi yerdən aldığı məvacibi içkiyə və mərc oyunlarına xərcləyir evə çox az miqdarda sərf edir. Son vaxtlar öyrənmişdi ki, Cavabdeh mərc oyunlarına görə borclanmış və aldığı məvacibi tam şəkildə mərc oyunlarına xərcləyir. Cavabdehə dəfələrlə uşaqların tələblərinin qarşılanması ilə baqlı danışılsada nəticə olmamışdır. Onun müəllimlikdən aldıqı əməkhaqqını yalnız ərzaq xərclərinə çatır. Uşaqların tələbatı günügündən artır və o, artıq uşaqların tələbatını ödəyə bilmir. Cavabdeh uşaqların tələbatını könüllü olaraq ödəmədiyi üçün aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq, xx xxxx 2009-cu il tarixində anadan olmuş X1, xx xxx 2013-cü il tarixində anadan olmuş X3 və xx xxxx 2017-ci ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Məhkəmədə Cavabdeh iddianı qəbul edərək göstərdi ki, hər uşağa 200 manat aliment ödəməyə razıdır. Ona qarşı verilmiş iddianın təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə Cavabdeh dinləyib, iş materiallarını tam, hərətəfli və obyektiv araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Quba rayonu Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. xx xxx 2013-cü il tarixində anadan olmuş X3 və xx xxxx 2017-ci ildə anadan olmuş X2 İş materiallarında olan AZ İİ N 295606 nömrəli doğum haqqında şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, X4 xx xxxx 2009-cu il tarixində Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZ İİİ N 113347 nömrəli doğum haqqında şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, X5 xx xxx 2013-cü il tarixində Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan AZ İİİ N 951192 nömrəli doğum haqqında şəhadətnamənin təstiq olunmuş surətindən görünür ki, X4 xx xxxx 2009-cu il tarixində Quba rayonu Qırmızı Sloboda qəsəbəsində anadan olmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilməlidir. Beləliklə, göstərilənləri və cavabdehin iddianı tam qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, xx xxxx 2009-cu il təvəllüdlü X4, xx xxx 2013-cü il təvəllüdlü X5 və xx xxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat olmaqla, üç uşağa görə cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. xx xxxx 2009-cu il təvəllüdlü X4, xx xxx 2013-cü il təvəllüdlü X5 və xx xxxx 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, üç uşağa görə cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-1961/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-1961/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver