Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2032/2022 13.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X24 qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən Çələbizadə (Həminova) Təranə Məmmədağa qızının adına olan Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində Cavabdeh ilə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinin təmir və tikintisinə çəkilmiş xərclərin dəyərinin müəyyən edilərək həmin əmlakdan mənim onun payına düşən 2/3 hissənin ( cavabdehlə birgə nikahdan doğulmuş və onun himayəsində olan 08 iyul 2009-cu il təvəllüdlü X18 və 07 fevral 2011-ci il təvəllüdlü X12 mənafeyini nəzərə alaraq) dəyərinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2006-cı ilin dekabr ayında faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Aralarında olan nikahı isə 18 dekabr 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Faktiki olaraq Cavabdeh ilə ailə qurduqdan sonra cavabdehin anası ilə birlikdə yaşadığı Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən mənzilə gəlin köçmüş və gəlin gedərkən apardığı cehiz əmlakını da cavabdehin və anasının razılığı ilə həmin mənzilə yerləşdirmişdir. Cavabdeh ilə rəsmi nikah münasibətlərindən 08 iyul 2009-cu il tarixdə X18, 07 fevral 2011-ci il tarixdə isə X19 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə uzun illər mehriban yaşasaq da, sonradan münasibətləri pozulmuşdur. Ailəni qoruyub saxlamaqla bağlı cəhdləri nəticə vermədiyindən Cavabdeh təzyiqi üzündən azyaşlı övladları ilə birlikdə yaşadığı evdən çıxaraq yaşlı anasının yanında qalmağa məcbur olmuşdur. Cavabdeh ilə aralarında olan nikah Quba Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(027)-1285/2022 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi qət edilmişdir. Onun və uşaqlarının yaşamağa mənzili yoxdur. Cavabdehin ona qarşı olan zorakı hərəkətlərinə dözməyərək azyaşlı övladları ilə anasının yaşayış üçün, eləcə də 2 azyaşlı uşaq böyütmək üçün heç bir şəraiti olmayan evinə sığınmağa məcbur olmuşdur. Lakin daimi olaraq həmin evdə yaşamaq mümkünsüzdür. O, 2006-cı ildə gəlin köçərkən, eləcə də 2008-ci ildə rəsmi nikaha daxil olarkən yaşadığı mənzil cavabdehə və anası Təranə Çələbizadəyə məxsus Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 3 otaqlı mənzil olmuşdur. Lakin sonradan birgə nikah dövründə Quba rayonu, Timiryazev qəsəbəsində 0,02 ha torpaq sahəsi satın alaraq həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. Torpaq sahəsi alınarkən qayınanası olan digər cavabdeh Təranə Həmidova oğlunun xasiyyətini yaxşı bildiyini və gələcəkdə heç bir problem olmaması üçün torpaq sahəsini öz adına alacağını bildirmişdir. Onlar birgə nikah dövründə əldə etdikləri torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışlar. Evin təmir və tikintisi zamanı pensiyaçı olan anası X10 dəfələrlə bankdan kredit alaraq təmir və tikinti üçün nəğd şəkildə təxminən 11500 manatdan çox pul xərcləmiş, daha sonra isə həmin kreditləri faizləri ilə birlikdə banklara ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddiaçı və ya onun anası tərəfindən onlara evin tikintisi və maşın alınması üçün heç bir məbləğdə pul verilmədiyini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 bildirmişdir ki, cavabdeh onun oğludur. İddiaçı və onun ailəsi tərəfindən evin tikintisi üçün heç bir məbləğdə pul verilməmişdir. 2008-ci ildən həmin evin tikintisi üçün özü pul xərcləmiş, evi öz zəhməti ilə tikmişdir. Mübahisə predmetini təşkil edən ev onun adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, iddiaçı onun qızıdır. Cavabdehə ev tikintisi üçün pensiyasından kreit alaraq, müxtəlif vaxtlarda 1500 manat, 2000 manat, 4000 manat və 3000 manat məbləğində pul vermişdir. Cavabdehin ailəsidə onlara pul verdiyini bilirlər. Ev tikmək üçün olan torpağı cavabdehin anası aldı. Cavabdeh maşın almaq istəyəndə ona maşın üçün pulu o, vermişdir. Krediti bankdan onunla bacısı Sinavər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, iddiaçı onun bacısı qızıdır. Bacısı Qızbəs ilə birlikdə banka getmiş, orada kredit alaraq cavabdehə vermişlər. Cavabdeh onların ev tikdirdiyi torpaq sahəsini də aparıb göstərmişdir. Müxtəlif vaxtlarda hissə-hissə cavabdehə və onun ailəsinə bacısı Qızbəs tərəfindən pul verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri püblik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Çələbizadə (Həmidova) Təranə Məmmədağa qızının adına xx.xx.2008-ci İ tarixli, ********** qeydiyyat nömrəli, **********27-05101-093001 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Zərdabi qəsəbəsində mənzil, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Timiryazev qəsəbəsində 0.02 ha yaşayış məntəqələrinin torpaq sahəsi aşkar edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X15 arasında nikah xx.xx.2008-ci il tarixdə bağlanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X18 və xx.xx.2011-ci il təvəllüdlü X19 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1285/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.2008-ci il tarixdə Quba rayon qeydiyyat şöbəsində bağlanmış və 458 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmuş, 08 iyul 2009-cu təvəllüdlü X18 və 07 fevral 2011-ci il təvəllüdlü X19 anası- İddiaçı himayəsinə verilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən başalayaraq, 08 iyul 2009cu il təvəllüdlü X18 və 07 fevral 2011-ci il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qərara alınmışdır. İş materiallarında olan X10 və X8 tərəfindən tərtib edilmiş və imzalanmış xx.xx.2022ci il tarixli aktdan görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə Quba rayonu, Timiryazev qəsəbəsində cavabdeh X5 adına olan torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evinin tikintisində İddiaçı anası X10 müxtəlif vaxtlarda bankdan kredit alaraq 11500 manatdan çox vəsait sərf etmişdir. İş materiallarında olan AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X14 rayonu, Timiryazev qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini 2500 manata X1. Beləliklə, məhkəmədə tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli çıxarışa əsasən Çələbizadə (Həminova) Təranə Məmmədağa qızının adına olan Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsində Cavabdeh ilə birgə nikah dövründə tikdikləri fərdi yaşayış evinin təmir və tikintisinə çəkilmiş xərclərin dəyərinin müəyyən edilərək həmin əmlakdan onun payına düşən 2/3 hissənin ( cavabdehlə birgə nikahdan doğulmuş və onun himayəsində olan 08 iyul 2009-cu il təvəllüdlü X18 və 07 fevral 2011-ci il təvəllüdlü X12 mənafeyini nəzərə alaraq) dəyərinin Cavabdeh alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, AN-İ ******* saylı, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında X14 rayonu, Timiryazev qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsini 2500 manata X1. Mübahisə predmetini təşkil edən torpaq sahəsi Cavabdeh oğunun anası X2 adına rəsmiləşdirilmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 iddiaçının anası olduğundan və X11 iddiaçının xalası olduğundan, onların aralarında halhazırda qərəzli mübahisə mövcuddur. Onlar qeyd edilən məbləğin nə vaxt və hansı şəraitdə cavabdehə verilməsi ilə bağlı məhkəməyə sübut təqdim etməyiblər. Məhkəmə iclasında verdikləri şahid ifadələr ziddiyyət təşkil etdiyindən, məhkəmə hesab edir ki, X13 və X4 verdiyi ifadələr sübut növü kimi qəbul edilə bilməz. İddiaçı mübahisəli torpaq sahəsində tikilmiş evə müəyyən məbləğdə pul verilməsini qeyd etsədə, bununla bağlı tərəflər arasında hər hansı müqavilə olmamışdır. Qeyd edilən torpaq sahəsi iddiaçının ərinin deyil onun anasının mülkiyyətində olmuşdur. İddaçı həmin evdə yaşamamışdır. İş materillarından görünür ki, həmin ev yaşayış üçün hazır deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair» 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir. Birinci şərt - əmlakın ər-arvadın nikah müddətində əldə olunması. Göstərilən şərtlə bağlı məhkəmə qeyd edir ki, mübahisəli əmlak( torpaq sahəsi) cavabdehin anasının mülkiyyətində olmuşdur. Cavabdeh isə həmin torpaq sahəsində tikilən evin ona aidiyyatının olmamasını bildirmişdir. İkinci şərt-əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Göstərilən şərtlə bağlı məhkəmə qeyd edir ki, mübahisəli evin tikilməsi üçün iddiaçı və cavabdeh tərəfindən hər hansı məbləğin verilməsi məhkəmə araşdırması zamana öz təsdiqni tapmayıb. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2032/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2032/2022
13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver