Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2034/2022 13.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 oğlunun, vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba regional «ASAN Xidmət» mərkəzində Notariat Ofisi və X2 qarşı «alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-854 KOD 30319018 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvü olan X3 məxsus olan 0,81 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqiləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbindən imtina etdiklərini, cavabdehlər Orucov X8 İlqar Əhəd oğlu, Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi və Cavabdeh5 qarşı Alqı-satqı müqavilələrinin etibarsız esab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməs tələbinə dair iddia tələbi əsasında Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-854 KOD 30319018 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvü olan X3 məxsus olan 0,81 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ 016İ220 nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı1 iddia tələbini müdafiə edərək, sözü gedən torpaq sahəsindən ona düşən payı tələb etdiyini qeyd edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı1 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. İddiaçılar iddia ərizəsində göstərmişdir ki, onlara və digər ailə üzvü olan X3 Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN-854 KOD 30319018 nömrəli Dövlət Aktına əsasən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,81 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətçilərdən X7 31 oktyabr 2009-cu il tarixdə vəfat etmişdir. Qeyd etdiyi Dövlət Aktında mülkiyyətçilərdən İddiaçı2 adı yanlışlıqla X6 qeyd edilmişdir və onlar Quba rayon İHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyindən ad səhvi ilə bağlı arayışı iddia ərizəyə əlavə edib. Onlar Cavabdeh4nə Torpağa Mülkiyyət Hüququna dair JN854 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilməsi ilə bağlı müraciət eediblər. Lakin həmin qurumdan onlara torpaq sahəsinə dair qeyd etdiyi dövlət aktına əsasən çıxarış verə bilməyəcəklərini bildirmişlər. Daha sonra onlara vəkil sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavab verilərək göstərilmişdir ki, JN-854 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,81 ha torpaq sahəsi iki hissədə (0,51 ha və 0,297516 ha) olub, İddiaçı1 və ailə üzvləri Quba rayon notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. В.Orucovun hər iki torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixdə mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. Sonradan Cavabdeh2 0,51 ha torpaq sahəsi ilə yanaşı olan digər torpaq sahəsini də Quba Regional ASAN Xidmətət Mərkəzində yerləşən Notariat ofisin notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2019-cu il tarixli, 4Ə-639 və 4Ə-637 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmışdır. Sonuncu mülkiyyətçi Cavabdeh3 qeyd olunan 0,51 ha torpaq sahəsini digər torpaq sahəsiylə birləşdirərək 1,0199 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixdə mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. Daha sonra onlar qeyd edilən 22 mart 2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqısatqı müqaviləsinin surətinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə müraciət etmiş və həmin qurumdan onlara Quba dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2002-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən İddiaçı1 adına rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 4-Ə-118 reyestr nömrəli müqavilənin 05 noyabr 2002-ci il tarixdə İddiaçı1 və ailə üzvləri barəsində deyil digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh2 və həmin vaxt Quba rayonunda dövlət notariat ofisinin notariusu işləmiş Mehriban Quliyeva onların xəbəri və məlumatı olmadan onlara məxsus olan torpaq sahəsinin Cavabdeh2 satılmasını hansısa yollarla rəsmiləşdirmiş, həmin müqavilə notariat arxivində başqa şəxslərin adına tərtib olunmasına baxmayaraq digər Cavabdeh4 də Cavabdeh2 eyni reyestr nömrəsi ilə başqa şəxslərin adına alqısatqı müqaviləsi olmasına, qeyd edilən alqı-satqı müqaviləsinin onlarla Cavabdeh2 arasında bağlanması ilə bağlı arxivdə heç bir məlumat olmamasına baxmayaraq həmin şəxsə çıxarış vermişdir. Bir daha qeyd edirlər ki, onlar mülkiyyətlərində olan torpaq sahəsini heç kimə satmamışdır. Hal-hazırda cavabdehlərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüquqları kobudcasına pozulduğu üçün pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olub. Hesab edirlər ki, cavabdehlər Orucov X8 İlqar Əhəd oğlu, Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisi və Cavabdeh5 qarşı Alqı-satqı müqavilələrinin etibarsız esab edilməsi və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışların ləğv edilməs tələbinə dair iddia tələbi əsasında Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-854 KOD 30319018 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvü olan X3 məxsus olan 0,81 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ 016İ220 nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş ediblər. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və X2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi və X5 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmiş və işə onların iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə cavabdeh Quba regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə onların iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə İddiaçı1, vəkili və nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan JN-854 KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 0,81 ha torpaq sahəsi X7, İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilib. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Gülyaz Salam qızı arasında xx.xx.1986-cı ildə nikah bağlanmışdır. İş materiallarında olan Xİİ-ЖГ 414199 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1987-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində anadan olmuş, atası- X7, anası- İddiaçı3 qeyd olunub. İş materiallarında olan Xİİ-ЖГ 414199 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci il tarixdə Quba rayonu İ Nügədi kəndində anadan olmuş, atası- X7, anası- İddiaçı3 qeyd olunub. İş materialında olan Quba rayonu İ Nügədi İƏD üzrə nümayəndəliyinin 233 nömrəli arayışına əsasən Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olan İddiaçı2 adı JN-607F KOD 30319018 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən X12 yazılıb, Düzgün olan yazılış İddiaçı2 kimi yazılmalı və oxunmalıdır. İş materialında olan AZ-İİ 373909 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu il tarixində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İş materialında olan notarius tərəfindən təsdiq edilmiş xx.xx.2002-ci il tarixli, 4-Ə 118 reyestr nömrəli torpaq alqı-satqı müqaviləsinə əsasən, Quba rayonu, İ Nügədi kəndində yaşayan X7, İddiaçı3, İddiaçı1 və İddiaçı2, JN-854 KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.81 ha torpağ sahəsini Quba rayonu, İ Nügədi kəndində yaşayan Cavabdeh2 satmışdılar. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********76 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümümi sahəsi 0.2975 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə Cavabdeh2 adına dövlət reyestrində 227 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********11 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümümi sahəsi 0.5099 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə Cavabdeh2 adına dövlət reyestrində 227 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli, 4Ə-637 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı- Cavabdeh2 Quba rayonu İ Nügədi kəndində yerləşən ümümi sahəsi 0.5099 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı- Cavabdeh3 sataraq, onun mülkiyyətinə vermişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin RX seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********05 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən ümümi sahəsi 0.51 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə Cavabdeh2 adına dövlət reyestrində 68 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ ******* nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı- Cavabdeh2 Quba rayonu İ Nügədi kəndində yerləşən ümümi sahəsi 0.51 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə alıcı- Cavabdeh3 sataraq, onun mülkiyyətinə vermişdir. Göründüyü kimi məhkəmə gedişatı zamanı iddiaçılar İddiaçı2 və İddiaçı3 iddia tələbindən imtina etmişdir. İddiaçı1, cavabdehlərə qarşı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin iş materiallarına baxarkən, məhkəmə gedişatında da müəyyən edildi ki, Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən iddiaçılar, xx.xx.1987-ci il təvəllüdlü İddiaçı1 15 (on beş), xx.xx.1988-ci il təvəllüdlü İddiaçı2 14 (on dörd) yaşı olmuşdur. Burdan da görünür ki, İddiaçı1 və İddiaçı2 mülki hüquq fəaliyyət qabiliyyəti olmamışdır. Həmçinin sübuetmə yükü baxımından İddiaçı1 istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə işdə olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba regional «ASAN Xidmət» mərkəzində Notariat Ofisi və X2 qarşı Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-854 KOD 30319018 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvü olan X3 məxsus olan 0,81 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ 016İ220 nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDK və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba regional «ASAN Xidmət» mərkəzində Notariat Ofisi və X2 qarşı Quba rayon Dövlət notariat kontorunda bağlanmış 22 may 2002-ci il tarixli, 4-Ə-118 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Torpağa Mülkiyyət Hüququna Dair JN-854 KOD 30319018 saylı Dövlət aktı ilə onlara və vəfat etmiş digər ailə üzvü olan X3 məxsus olan 0,81 ha torpaq sahəsi ilə bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə Cavabdeh3 arasında Quba regional ASAN Xidmət mərkəzində notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ 016İ220 nömrəli, 4Ə-639 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2034/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2034/2022
13.12.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver