Məhkəmə qərarları › İş №2(027)-2038/2020

Quba Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(027)-2038/2020

10.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Quba şəhəri İş № 2(027)-2038/2020 10.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi ilə Kreditor-nin Borclu qarşı borcun qaytarılması tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdi: Kreditor ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Quba rayonunda doğulmuş və Quba rayonu, Zizik kəndində qeydiyyatda olan Borclu 857 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 877 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Borclu xx xxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 1294 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 516 manat borcu qalmışdır. İş üzrə Borclu xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Kreditor-dən dəyəri 392 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun müqavilə üzrə ödənişlər etdikdən sonra kreditora 341 manat borcu qalmışdır. Odur ki, Kreditor borcludan 857 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 877 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Həmin Məcəllənin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa məhkəmə əmri verilə bilər. Məhkəmə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Kreditor-nin tələbinin aşkar olduğu, tələbin sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmrinin verilməsi mümkündür. Belə ki, ərizəyə əlavə olunmuş Kreditor ilə Borclu arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor-dən 1294 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Onun 4 manatını ilkin ödəniş etmiş, qalan 1290 manat məbləği 15 ay müddətinə aylıq 86 manat olmaqla Kreditor-yə ödəməyi öhdəsinə götürmüşdür. Kreditor ilə Borclu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, alıcı Borclu hissə-hissə ödəniş şərti ilə satıcı Kreditor-dən 392 manat dəyəri olan məişət avadanlığı əldə etmişdir. Onun 20 manatını ilkin ödəniş etmiş, qalan 372 manat məbləği 12 ay müddətinə aylıq 31 manat olmaqla Kreditor-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Borclu ilə Kreditor arasında xx.xx.2019-cu il tarixində bağlanmış QBK513909 saylı müqavilə üzrə Borclu ödənilməmiş 516 manat, xx.xx.2019-cu il tarixində bağlanmış QBK5676205 saylı müqavilə üzrə ödənilməmiş 587 əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələb və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən borclunun etirazı prossesual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi müddəalara uyğun olaraq iddia icraatına keçir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 857, 276, 280 və 281, 282,284-cü maddələrini rəhbər tutaraq, məhkəmə əmr etdi: xx.xx.1970-ci ildə Quba rayonunda doğulmuş və Quba rayonu, Zizik kəndində qeydiyyatda olan Borclu 857 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 877 manat məbləğində pul vəsaiti alınaraq Kreditor-nin hesabına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməyə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar