Məhkəmə qərarları › İş №2(027)-2059/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2059/2022

20.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2059/2022 20.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və onun vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə münasibətlərindən doğulmuş 06 sentyabr 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 300 manat sabit pulun məbləğində alimentin və və ilkin mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 50(əlli) manat, hüquq yardım haqqında müqaviləyə əsasən ödədiyi 300 (üç yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü il tarixdə el-adəti üzrə ailə qurmuşlar. Birgə nikahlarını rəsmiləşdirməmişlər. Birgə münasibətlərindən 06 sentyabr 2015-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Cavabdehlə münasibətləri ilk vaxtlar yaxşı olmamış, zaman keçdikcə dahada pisləşmişdir. Belə ki, cavabdeh onlarla maraqlanmırdı, onun və uşağının xərclərini qarşılamırdı. Artıq 2019-cu ildən o qızı ilə birlikdə valideynlərinin yanına gələrək onlarla birlikdə yaşayır. O, qızını valideynlərinin köməkliyi ilə saxlayır. Qızı artıq məktəblidir, ehtiyacları günü-gündən artır. O, qızının ehtiyyaclarını qarşılamaqda çətinlik çəkir. Onun kimi uşağını saxlamaq, ehtiyyaclarını qarşılamaq cavabdehində borcudur. Onu da qeyd edir ki, 3 ilə yaxındır ki, ayrı olsalar da cavabdeh bu vaxta kimi qızına heç bir maddi yardım göstərməyib. İlkin olaraq məhkəmədən kənar qaydada məsələnin həll olunması üçün Mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlmədiyi üçün 25 iyul 2022-ci il tarixdə ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, məhkəmə iclasına gəlməyən Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram göndərərək, həmin teleqramda işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh iddiaya etiraz təqdim edərək, etirazı onunla əsaslandırılmışdır ki, iddianı qismən etiraf edir və iddia tələbində qoyulmuş alimentin miqdarına qarşı aşağıda qeyd edilən dəlillər əsasında öz etirazını bildirir. Belə ki, o, rəsmi qaydada heç yerdə işləmir. Qeyri rəsmi olaraq ara işlərində işləyir və həmin işlə gündəlik qazanc əldə edə bilmir. Əldə ediyi aylıq qazanc isə demək olar ki, ərzaq mağazalarındakı nisyələrə gedir. Belə ki, X7 adlı qadınla qeyri rəsmi ailə həyatı qurmuşdur. Onunla nikahları 07 sentyabr 2022-ci ildə rəsmi qeyd edilmişdir. Onun xx.xx.2011-ci il təvəllüdlü X8 adlı və xx.xx.2014cü il təvəlldlü X5 adlı azyaşlı övladları da onlarla birlikdə yaşayırlar. Həmçinin həyat yoldaşı X4 onunla evlilikdən 8 (səkiz) həftəlik hamilədir və heç yerdə işləmir. Odur ki, o, iddiaçının iddia etdiyi hər ay 300 manat sabit pul məbləğində alimenti faktiki olaraq ödəmək iqdidarında deyil. Lakin, real gəliri baxımdan hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment ödəmək iqdidarmdadır. Etiraz ərizəsinə əlavə etiy dəlilər və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 88-ci maddəsi əsas götürülərək, iddianın qismən təmin edilməsinə və ondan iddiaçının xeyrinə hər ay 100 (yüz) maat sabit pul məbləğində aliment tutulmasına dair qənamə çıxarılmasını xahiş edir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 628160 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikah münasibətlərindən xx.xx.2015-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan Quba Rayon Təsil Şöbəsinin 31 may 2022-ci il tarixli 123 №li arayışından görünür ki, X2 şəhəri, T.Mikayılov adına 5 №li tam orta məktəbin 1-ci sinifində oxuyur. İş materialllarında olan 25 iyul 2022-ci il tarixli, MŞİH-19712 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 400 manat pul ödənilməsi göstərilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 520726 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2022-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Məhkəmə araşdırması zamanı işdəki sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 2014-cü ildə nikahlarını rəsmi qeyd etdirmədən evlənib ailə qurmuş, onların ər-arvad münasibətlərindən xx.xx.2015-ci il tarixdə X6 doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə yaşadıqları müddətdə doğulmuş X6 anası İddiaçı himayəsində yaşayır. Tərəflər arasında yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün aliment ödənilməsi barədə saziş bağlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, işdəki sübutlara əsasən cavabdehin stabil aylıq qazancı (gəliri) müəyyən edilmədiyindən, uşaqın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikah münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan X1 üçün aliment sabit pul məbləğində tutulmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından xx.xx.2015ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh sabit pul məbləğində hər ay 175 (bir yüz yetmiş beş) manat alimentin tutulması, uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. İddiaçı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə iddia tələbi irəli sürsə də, cavabdehdən həmin uşaq üçün alimentin məhz bu məbləğdə tutulması üçün hansı faktoloji əsasların olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 avqust 2022-ci il tarixdən Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 300 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçıların dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınaraq Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalıdır. Bu halda rüsum “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci maddəsinə əsasən 41 (qırx bir) manat təşkil edir. Beləliklə, 41 (qırx bir) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 05 avqust 2022-ci il tarixdən Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin, iddia qalan hissədə təmin edilməsin; hazırki qətnamə alimentin alınması hissəsində dərhal icra edilsin; ilkin mediasiya prosesi üçün ödənilmiş 50 (əlli) manat və hüquqi yardım ilə əlaqədar 300 manat Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 41 (qırx bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar