Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-210/2021 24.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi , Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 cavabdehlər Cavabdeh və X6 qarşı “mənzildən istifadə hüququnun müəyyən edilməsi və yaşayış sahəsinə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X15 cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraçiət edərək, Cavabdeh və ailəsinə məxsus olan Quba rayonu, Çiçi kəndində yerləşən evindən istifadə hüququnun müəyyən olunması və oğlu ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiacı X15 iddianı müdafiə edərək göstərdi ki, o, 2011-ci ildə toy mərasimi ilə Cavabdeh və X6 məxsus olan Quba rayonu, Çiçi kəndində yerləşən evlərinə gəlin köçüb, Cavabdeh ilə ailə həyatı qurub. Onların arasında xx.xx.2013-cü il tarixdə Quba Rayon İHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyində nikah bağlanmış və 17 nömrə ilə qeydə alınmışdır. Toy mərasimindən sonra, həyat yoldaşı və ailəsinə məxsus olan Quba rayonu Çiçi kəndində yerləşən, səkili, zirzəmisi olan 3 otaqlı evin iki otaqından istifadə etməklə yaşayıb. 2015-ci ildə az müddətdə müvəqqəti RF-nın Orenburq vilayətinin Burslan şəhərində yaşayıb. Rəsmi nigahdan xx.xx.2015-ci il tarixdə oğlu X17 anadan olmuşdur. Həyat yoldaşı Cavabdeh hal-hazırda X4 Vilayətinin Burslan şəhərində yaşayır, ailəsinin qeydinə qalmır onlara heç bir maddi yardım göstərmir. Anası X2 rayonunun Muxtadır kəndində valideyinlərinin evində yaşayır. Quba rayon Məhkəməsi xx.xx.2020c i i l tarixdə Cavabdeh ilə aralarında olan xx.xx.2013-cü il tarixdə baqlanmış, 17 nömrə ilə qeydə alınmış nigahın pozulması, 06.02. 2015-ci il təvəllüdlü oğlu Elşənin onun yanında saxlanılması və yetkinlik yaşına çatana qədər saxlanılması üçüm Cavabdeh hər ay 160 (yüz altmış) manat aliment alınıb ona ödənilməsi barədə qətnamə qəbul etmişdir. Buna baxmayaraq, Cavabdeh oğlu Elşənin saxlanması üçün alimenti ödəmir və heç bir maddi yardım da göstərmir. Bidirdi ki, hazırda oğluyla valideyinlərinə məxsus, heç bir şəraiti olmayan evdə müvəqqəti sığınmağa məcbur olub. Valideyinlərinə məxsus olan, Quba rayonu Paşaoba kəndində yerləşən fərdi yaşayış evi 2 otaqdan ibarətdir. Həmin evdə atası, anası, iki qardaşı, cəmi altı nəfər yaşayırlar. Ona görədə onun oğluyla həmin evdə qalıb yaşamağı faktiki cəhətdən mümkün deyil. Kirayədə yaşamağa da maddi imkanı yoxdur. Hələlik çətinliklə ailə üzvlərinin himayəsində yaşayır. Odur ki, gəlin köçdüyü və ailə üzvü kimi yaşadığı, Quba rayonu Çiçi kəndində yerləşən evdə hazırda üç ildur ki, heç kim yaşamır. Həyat yoldaşı Cavabdeh və anası evin qapılarını klitlə baqlayıb onları evə buraxmır. Ona görə də uşağıyla birlikdə istifadə hüququnun müəyyən olunmasını və həmin evə köçürülməyisini tələb etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, onun və azyaşlı oğlu X17 ilə birlikdə Quba rayonu, Çiçi kəndində yerləşən Cavabdeh və ailəsinə məxsus olan evindən istifadə hüququnun müəyyən olunması və həmin evə köçürülməyi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X9 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, söbutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İHB-nın Vəl-Vələ kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli, 614 nömrəli arayışından görünürki, Talıbova (Hacıyeva) Mədinə Elman qızı həqiqətən Quba rayonu Paşaoba kəndində atası X7 məxsus iki otaqdan ibarət, birmərtəbəli evdə aşağıdakı tərkibdə ailə üzvlərilə; X13, X18, X21, X19 və öz oğlu X17 ilə birgə yaşayır. İş materiallarında olan Quba rayon İHB-nin Çiçi kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli, 614 nömrəli arayışından görünürki, Talıbova (Hacıyeva) Mədinə Elman qızı 2011- ci ildən 2020- ci ilə qədər X8 məxsus fərdi yaşayış evində ailəsi ilə birlikdə qeydiyyatda olub və həmin evdə yaşayıb. Hal hazırda həmin evdə yaşayan yoxdur. İş materiallarında olan AZE 10902203 seriyalı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X17 xx.xx.2015-ci il X4 Vilayətinin Burslan şəhərində anadan olmuş, Quba rayonu Bərqov kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 868538 seriyalı nikah şəhadətnaməsinin surətindən görünürki, Talıbova (Hacıyeva) Mədinə Elman qızı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Quba Rayon İHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyində nikah bağlanmış və 17 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-238/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Talıbova (Hacıyeva) Mədinə Elman qızı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Quba Rayon İHB-nın Çiçi kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və 17 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X17 anası X5 himayəsinə verilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixindən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq X11 verilsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmədə müəyyən edildi ki, Talıbova (Hacıyeva) Mədinə Elman qızı X8 məxsus fərdi yaşayış evinə gəlin köçmüş və 2011- ci ildən 2020- ci ilə qədər həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə X5 övladı ilə birlikdə Quba rayonu, Çiçi kəndində yerləşən X6,Cavabdeh məxsus olan evindən istifadə hüququnun müəyyən olunması və X5 övladı ilə birlikdə həmin evə köçürülməyi barədə tələbini qanuni hesab edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X5 Quba rayonu, Çiçi kəndində yerləşən X6, Cavabdeh məxsus olan evindən istifadə hüququ müəyyən olunsun və X15 övladı X17 ilə birlikdə həmin yaşayış evinə köçürülsün. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-210/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-210/2021
24.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver