Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2314/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Sosial Xidmətlər Agentliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənzilə köçürülmə») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh ilə X5 arasında nikah ##.##.2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında **** saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Rzayeva soyadı verilmişdir.
2. Tərəflərin birgə nikahdan ##.##.2007-ci il təvəllüdlü Rzayev Ağa Tərlan oğlu və ##.##.2015-ci il təvəllüdlü X1 adlı iki övladları var.
3. “X2” Mənzil Tikinti Kooperativinin ## ####### 2025-ci il tarixli arayışında göstərilib Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Cənub yaşayış kompeksi **D saylı binanın ** saylı, 2 otaqlı mənzili ailə tərkibi nəzərə alınmaqla Cavabdeh verilmişdir.
4. «X2» MTK-nın ##.##.2025-ci il tarixli arayışında göstərilib ki, Cavabdeh həqiqətən Qaradağ rayonu ünvan 2 ünvanda yaşayır. Mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 balansındadır.
5. ##.##.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan (##.##.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi ** saylı evin ** saylı mənzilini qaynatası X3 bağışlamışdır.
6. Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi ** saylı evin ** saylı mənzili xüsusi mülkiyyət kimi ##.##.2011-ci ildə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
7. ##.##.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda göstərilib ki, X3, İddiaçı, Cavabdeh, onların övladları Bakı şəhəri Qaradağ rayonu Lökbatan ərazi dairəsi Lökbatan qəsəbəsi D.Bünyadzadə küçəsi ev 14 mənzil 11 ünvanda qeydiyyatadır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququnun müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı ##.##.2015ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Cənub yaşayış kompeksi **D saylı binanın ** saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
9. İddiada göstərilib ki, o, cavabdeh Cavabdeh ilə ## ###### 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan doğulmuş ##.##.2007-ci il təvəllüdlü Rzayev Ağa Tərlan oğlu və ##.##.2015-ci il təvəllüdlü X1 adlı iki övladları var. Cavabdeh müharibə veteranı olmaqla ailə üzvləri nəzərə alınaraq 2018-ci ildə ünvan 1 ünvanda yerləşən ** saylı, 2 otaqlı mənzili verilmişdir. Həmin ev mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 balansında olmaqla o və uşaqları nəzərə alınmış və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışlar. Lakin cavabdeh 1 ay olar ki, onu mənzilə buraxmır, evdə özü tək yaşayır. Həmin mənzil cavabdehə ailə üzvləri nəzərə alınmaqla verilmiş, onlar ailə üzvü kimi qeyd edilmişlər. Onun yaşamaq üçün başqa yerdə evi yoxdur, hazırda mənzildə yaşamaqdan məhrumdur.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) iddia tələbinin qismən təmin edilərək iddiaçı İddiaçı azyaşlı övladı ##.##.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Cənub yaşayış kompeksi **D saylı binanın ** saylı mənzilinə köçürülməsi; ödənilmiş 50 manat mediasiya xərcinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi; ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, təqdim olunmuş sübutlardan göründüyü kimi, Cavabdeh mübahisə olunan mənzil verilərkən ailə üzvlərinin sayı nəzərə alınmış, məhz bu səbəbdən iki otaqlı mənzil verilmişdir. Müvafiq sənədlərdə cavabdehin ailə üzvləri mənzildən istifadə hüququ olan şəxslər siyahısında göstərilmişlər. Bu səbəbdən, cavabdehin həyat yoldaşı (iddiaçı) və övladlarının da mənzildən istifadə hüquqları yaranmışdır. Belə olduğu təqdirdə, iddia qismən təmin edilməli, iddiaçı İddiaçı azyaşlı övladı ##.##.2015ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Cənub yaşayış kompeksi **D saylı binanın ** saylı mənzilinə köçürülməlidirlər. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd olunduğu kimi, iddiaçının və azyaşlı övladının mübahisə edilən mənzildən istifadə hüquqları vardır, bu hüququn yenidən tanınması mümkün deyil. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı İddiaçı azyaşlı övladı ##.##.2015-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Cənub yaşayış kompeksi **D saylı binanın ** saylı mənzilinə köçürülməlidirlər. Ödənilmiş 50 manat mediasiya xərci cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, cavabdeh Cavabdeh 2-ci qrup əlil olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik qazanmışdır, müharibə veteranıdır, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh (və nümayəndəsi Vəkil) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətində göstərib ki, iddiaçı iddiasını sübut edə bilməməsinə, məhkəməyə müvafiq mötəbər sübutlar təqdim etməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin etirazın əsaslı hallarına heç bir hüquqi qiymət verməmişdir. Məgər bu qeyd qanun və məhkəmə qarşısında bərabərlik prinsipinin pozulması deyilmi?! Bu isə nəticə etibarilə Konstitusiyanın 127-ci maddəsinin faktiki şəkildə pozulması deməkdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən cavabdehin prosessual hüquqları faktiki olaraq təmin edilməmiş, məhkəmə iclasında iştirakı təmin olunmadan işə baxılmış və qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X6 bildirdi ki, mübahisələndirilən mənzil cavabdehinn ailə tərkibi nəzərə alınmaqla verilib, mübahisənin həllini isə məhkəmənin mülahizəsinə buraxırlar.
15. Cavabdeh Cavabdeh nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində səhhətində yaranmış problemlərlə bağlı hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin səbəbini təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (## ####### 2009-cu il tarixdən qüvvədə olan):
Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilər. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında göstərilmişdirki,yaşayışsahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
27. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
29. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
30. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim edib və məhkəmə də haqlı olaraq iddianı mübahisələndirilən hissədə təmin edib. Cavabdehin iddiaya etiraz etməsi isə iddanın rədd edilməsi üçün əsas ola bilməzdi. Bununla yanaşı, cavabdeh şikayətində konkret göstərmir ki, etirazının hansı əsaslı hallarına hüquqi qiymət verməli idi. Demək ki, bu cür formal dəlillərdən istifadə edilməsi apellyasiya şikayətinin əsassızlığına dəlalət edir.
31. Bundan əlavə, cavabdeh məhkəmənin prosessual hüquqlarını faktiki olaraq təmin etmədiyini, məhkəmə iclasında iştirakı təmin olunmadan işə baxılaraq qətnamə qəbul edildiyini göstərsə də, bu dəlillər də açıq-aşkar formal və əsassız hesab edilir. Çünki cavabdehin nümayəndəsi və vəkili olub və məhkəmə iclasında iştirak edib. Cavabdehin də şəxsən məhkəmə iclasında iştirak etməsinə də hər hansı bir maneə yox idi. Buna görə də anlaşılan deyil ki, məhkəmə onun iştirakını hansı formada təmin etməli idi ki, bundan “razı” qalsın. Əlbətdə ki, cavabdehin prosessual hüquqlarından sui istifadə edərək bu cür dəlilləri apellyasiya şikayətində göstərməsi yolverilməz sayılır. Çünki bu cür dəlillərin göstərilməsi apellyasiya şikayətinin əsassızlığını bilavasitə təzahür etdirir.
32. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.