Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-433/2026 09.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X6 (sədrlik edənməruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, Cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh nikahı ##.##.1996-cı ildə *** nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 * saylı Gəncə Ərazi İdarəsinin ## ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli əmlaka dair arxiv məlumatlarının verilməsi barədə məktubdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, ev 1 ünvanında yerləşən ** saylı mənzil ** nömrəli order, ** saylı mənzil istismar sahəsinin ## ###### 2009cu il tarixli, *** saylı forma 2 arayışına əsasən X5 Gəncə şəhəri * saylı dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 2009-cu il tarixdə təsdiq edilmiş *E-**-**** saylı razılıq ərizəsinə, Vəkil Tofiq oğlunun Gəncə şəhəri * saylı dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 2009-cu il tarixdə təsdiq edilmiş *E-**-**** saylı razılıq ərizəsinə, Cavabdeh Gəncə şəhəru * saylı dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 2009-cu il tarixdə təsdiq edilmiş *E-**-**** saylı razılıq ərizəsinə, X3 Gəncə şəhəri * saylı dövlət notariat kontorunun dövlət notariusunun ## ###### 2009-cu il tarixdə təsdiq edilmiş *E-**-**** saylı razılıq ərizələrinə əsasən Əliyev Tofiq Bəşir oğlunun adına qeydiyyata alınmış və ona ## #### 2009-cu il tarixli, 202011000571-05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhər Asan Xidmət mərkəzində notariat kontorunun xüsusi notariusunun ## ###### 2014-cü il tarixli, 4Ə-1-*** reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən Əliyev Tofiq Bəşir oğlu tərəfindən Cavabdeh bağışlanmış və sonuncunun adına Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 237, ev 1 ünvanında yerləşən ** saylı mənzilə dair ## ###### 2014-cü il tarixli , 202011000571-05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X1 * saylı Gəncə Ərazi İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli adına əmlakın olub-olmamasına dair ətraflı məlumatın verilməsi barədə məktubdan görünür ki, İddiaçı adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə və Respublika üzrə daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında ## #### 1996-cı il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsində *** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10-a dair istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ilə ##.##.1996-cı ildə Gəncə şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Ailə qurduğu gündən Gəncə şəhəri, Ş.İ.Xətai pr., 237 , ev 1, mənzil 10 ünvanına gəlin köçmüşdür və yaxın müddətə kimi həmin ünvanda yaşamışdır. Birgə nikahdan övladları olmamışdır. Bu dövr ərzində ailə münasibətləri normal olsa da, son dövrdə cavabdehin ona qarşı olan münasibətləri dəyişmişdir ki, bu da ailə münasibətlərinin pozulmasına səbəb olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra həmin mənzildən qovulub və orada yaşamasına icazə verilməyib. Cavabdeh Cavabdeh və digər ailə üzvləri gəlin köçdüyü Gəncə şəhəri, Ş.İ.Xətai pr., 237, ev 1, mənzil 10-da 1972-ci ildən yaşamışlar və ##.##.2009-cü ildə qaynatası Əliyev Tofiq Bəşir oğlunun adına qeydiyyata aldırmışlar. ##.##.2014-cü ildə Əliyev Tofiq Bəşir oğlu həmin mənzili bəxşeyiş müqaviləsinə əsasən cavabdeh Cavabdeh adına bağışlamışdır. Həmin mənzilə dair istifadə hüququ vardır. Hazırda yaşayış üçün başqa yeri olmadığına görə qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ilə övladı olmadığından onunla ayrılmaq qərarına gəlib. İddiaçı heç bir təzyiq olmadan könüllü şəkildə ##.##.2022-ci il tarixdə özünə məxsus əşyaları evdən çıxararaq daimi başqa yerə köçmüşdür. Bunu qonşular: İlyasov Muxtar Həsən oğlu (AA0268034), X7 (AA4238111), X2 (AA0182446) təsdiq edə bilərlər. Bundan sonra başqa qadınla qeyri rəsmi ailə quraraq həmin qadını və iki azyaşlı övladları birlikdə evə küçürmüşdür. Beləliklə, iddiaçı könüllü şəkildə evindən 3 ildən artıqdır ki, çıxmışdır, həmin evdən onu heç kim qovmamışdır. İddiaçıya məxsus evdə heç bir əşyası qalmamışdır. Hesab edir ki, iddiaçı həmin mənzilə olan istifadə hüququnu itirmişdir və onun mənzilə köçürülməsi təmin edilməməlidir. Həmçinin iddiaçı ilə nikahın pozulması ilə bağlı məhkəməyə iddia ilə müraciət etmişdir. Hazırda iş məhkəmənin icraatındadır. İddiaçı ilə aralarındakı ailə münasibətləri xitam olunmuşdur. Əlavə olaraq bildirir ki, iddiaçı 2021-ci ildə atasından miras qalmış Gəncə şəhəri Tağı Arani küçəsi bina 27, mənzil 39-u sataraq həmin mənzilin qeydiyyatından çıxaraq onun mənzilinə qeydiyyata alınmışdır. 2024-cü ildə iddiaçı həmin evdən qeydiyyatdan çıxmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş edir.
8. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (Hakim: Orxan Dəmirli) iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanına iddiaçı İddiaçı istifadə hüququnun tanınması və onun, həmin ünvana köçürülməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi,qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. İddiaçı məhz həmin tarixdə cavabdeh və onun ailə üzvlərinin order əsasında istifadəsində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçmüş və 2022-ci ilədək həmin evdə yaşamışdır. 2022-ci ildə iddiaçı cavabdehin tələbi ilə həmin mənzildən çıxmış və hazırda bacına məxsus olan evdə yaşayır. Məhkəmə qeyd edir ki, 2022-ci ildə iddiaçı öz istəyi ilə deyil cavabdehin tələbi əsasında evdən çıxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən mənzilə istifadə hüququ itirməmişdir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı öz istəyi ilə deyil onun tələbi ilə evdən çıxmışdır. Həmçinin hazırda tərəflər arasında nikaha xitam verilməsi həmin hüququn itirilməsinə səbəb olmur. Bundan başqa cavabdehin dəlil kimi iddiaçıya atasından qalmış evi satmasına münasibtədə məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edirlir ki, iddiaçı həmin mənzili cavabdehlə aralarında mübahisə yaranmasından bir il əvvəl satmışdır. Belə olan halda iddiaçı öz əmlakı barədə sərəncam vermək səlahiyyəti olmuşdur. Əgər iddiaçı həmin evi cavabdehlə aralarında olan mübahisədən sonra satmış olsa idi, hazırda servitutun əsası, yəni istifadə hüququnun zəruriliyi aradan qalxmış olacaqdı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanına iddiaçı İddiaçı istifadə hüququ tanınmalı və o həmin ünvana köçürülməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 228.1, 228.2, 228.5, 255.8-ci maddələrinə, Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən narazı qalan cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin təmamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. İddiaçı məhz həmin tarixdə cavabdeh və onun ailə üzvlərinin order əsasında istifadəsində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçmüşdür və 2022-ci ilədək həmin evdə yaşamışdır. Lakin 2022-ci ildə iddiaçı cavabdehin tələbi ilə həmin mənzildən çıxması işin mübahisəli halıdır. Belə ki, iddiaçı evdən könüllü çıxmaqla özü ilə öz əşlalarını aparmışdır və buna heç kim məcbur etməmişdir. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığıdı zaman qüvvədə olan hüquq normalarına tarixə görə maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Maddi hüqüq normanın tətbiqində hesab etmişdir ki, məhkəmə bu hüququ münasibətlərinin davam edənliyi nəzərə almamış və yalnış qətnamə çıxarmışdır hesab etməklə ki, iddiaçının 1996-cı ildə mübahisəli mənzilə köçməsi və 2022-ci ilədək orada yaşaması onun həmin mənzilə istifadə hüuququ yaranmışdır. Məhkəmə ##.##.2022-ci il tarixdən iddiaçının həmin mənzildə qalmaması hallarını araşdırmamışdır. İddiaçının tətbiq olunan maddi hüquq normaya görə mənzilə istifadə hüququ yaransa da iddiaçı bu hüququ sonradan itirmişdir. İlk növbədə qeyd etmişdir ki, iddiaçı öz əşyalarını evdən çıxarmaqla evi tərk etmişdir. Bu hal onun daimi əsaslarla evdən çıxmasından və daimi başqa yerdə yaşamaq niyyətini göstərmişdir. Bundan başqa, iddiaçı ilə ##.##.2022-ci il tarixdə mübahisəli mənzili tərk etməklə onunla cavabdeh arasında faktiki nigah münasibətlərinə xitam verilmişdir. Məhkəmənin ##.##.2026-cı il qətnaməsi tərəflərin nikahı rəsmi pozulmuşdur. Belə olan halda məhkəmə mübahisə ilə bağlı Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməli idi. Həmin Maddi hüququ normaya görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, məhkəmənin iclaslarının birində sədlik edən iddiaçıya sual vermişdir: “iddia tələbinin təmin olduğu halda, yəni məhkəmə sizin isitifadə hüququnu tanıdıqda Siz mübahisəli mənzilə köçüb yaşayacaqsınız?. Buna cavabdeh olara iddiaçı, “ Xeyir, mən mənzildə yaşamaq istəmirəm və ora köçmək istəmirəm” demişdir. Beləliklə, iddiaçı öz tələblərini müdafiə etməmişdir, onun həqiqətən də mənzildə yaşamaq niyyəti yoxdur. Sadəcə cavabdeh ondan boşanmaq istədikdə iddiaçı bu tələblə məhkəməyə müraciət etmişdir. Belə hallarda məhkəmə onun izahatını idiadan imtina etməsi kimi qəbul edərək işin icraatına xitam verməli idi. Məhkəmə ##.##.2022-ci il tarixdən iddiaçının həmin mənzildə qalmaması səbəblərini araşdırmamışdır. İddiaçının həmin mənzili tərk etməsi, özü ilə əşyaları aparmasını, iddiaçının evə qayıtmaq istəyiyinin olub-olmadığını, istəyi olmuşdursa, bu müddət ərzində məhkəməyə müraciət etməməsi hallarını da aydınlaşdırmamışdır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onların birgə nikah dövründə iddiaçının atasından miras ev qalmışdır. İddiaçı bacısı ilə atalarından qalmış miras əmlakı satmış və pulu aralarında bölmüşdülər. O isə iddiaçıya pulu kart hesabına qoymaqlarını və pulun üstünü düzəldib başqa ev almaqlarını bildirsə də, iddiaçı bundan imtina etmişdir.
15. Məhkəmə kollegiasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq iddiaçının evdən könüllü olaraq çıxdığını və mənzildən istifadə hüququnu itirdiyini qeyd etmişdir. Sədrlik edənin sualına cavab olaraq isə bildirmişdir ki, iddiaçının atasından ona miras ev qalmışdır və iddiaçı evi sataraq bacısı ilə aralarında bölmüşdür.
16. İddiaçıya məhkəmə iclasınını vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
17. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına isə cavab olaraq bildirmişdir ki, əşyaları hazırda əmisinin evinin zirzəmisindədir. O, 2022-ci ildə evdən çıxmış və bü müddət ərzində cavabdehlə əlaqə saxlamamışdır. Ona qayınanası evdən getməsini demiş, o da, əşyalarını götürüb getmişdir. O, evdən çıxandan onun ayrılmaq niyyəti olmamış, lakin 3-4 ay sonra cavabdehlə aralarında olan nikahın pozulması qərarına gəlmişdir. Onun atası 2020-ci ildə vəfat etmişdir. Atasında 3 otaqlı mənzil miras qalmış və həmin mənzili bacısı ilə sataraq aralarında bölmüşlər. O, əvvəlcə mənzilin satısından onun payına düşən pulu bacısına borc olaraq vermiş, daha sonra isə həmin pulu bacısına bağışlamışdır. Cavabdehin hazırki ailəsi ilə münasibətləri normal deyildir.
Azərbaycan Respublikasının Konstitusiyası
18. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
22. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
23. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
30. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilmələrək iddia tələbi təmin edilməməlidir.
36. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ilə ##.##.1996-cı ildə Gəncə şəhər Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş, Gəncə şəhəri, Ş.İ.Xətai pr., 237, ev 1, mənzil 10 ünvanına gəlin köçmüşdür və 2022-ci ilədək kimi həmin ünvanda yaşamışdır. Birgə nikahdan övladları olmamışdır. Birgə nikahları dövründə cavabdeh başqa qadınla faktiki evlənmiş və iki övladı olmuşdur. Sonradan o, digər ailəsini həmin evə gətirmiş və onlar birlikdə yaşamışlar. Tərəflərin ailə münasibətləri əvvəllər normal olsa da, sonradan ailə münasibətləri pozulmuş və iddiaçı könüllü şəkildə ##.##.2022-ci il tarixdə özünə məxsus əşyaları götürüb evdən çıxararaq daimi bacısının evinə köçmüşdür.
37. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.1996-cı il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmuşdur. İddiaçı məhz həmin tarixdə cavabdeh və onun ailə üzvlərinin order əsasında istifadəsində olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanda yerləşən yaşayış sahəsinə gəlin köçmüş və 2022-ci ilədək həmin evdə yaşamışdır. 2022-ci ildə iddiaçı cavabdehin tələbi ilə həmin mənzildən çıxmış və hazırda bacına məxsus olan evdə yaşayır. Məhkəmə qeyd edir ki, 2022-ci ildə iddiaçı öz istəyi ilə deyil cavabdehin tələbi əsasında evdən çıxmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən mənzilə istifadə hüququ itirməmişdir. Bu baxımdan məhkəmə bir daha qeyd edir ki, cavabdeh məhkəmə iclasında etiraf etmişdir ki, iddiaçı öz istəyi ilə deyil onun tələbi ilə evdən çıxmışdır. Həmçinin hazırda tərəflər arasında nikaha xitam verilməsi həmin hüququn itirilməsinə səbəb olmur. Bundan başqa cavabdehin dəlil kimi iddiaçıya atasından qalmış evi satmasına münasibtədə məhkəmə qeyd edir ki, işin halları ilə müəyyən edirlir ki, iddiaçı həmin mənzili cavabdehlə aralarında mübahisə yaranmasından bir il əvvəl satmışdır. Belə olan halda iddiaçı öz əmlakı barədə sərəncam vermək səlahiyyəti olmuşdur. Əgər iddiaçı həmin evi cavabdehlə aralarında olan mübahisədən sonra satmış olsa idi, hazırda servitutun əsası, yəni istifadə hüququnun zəruriliyi aradan qalxmış olacaqdı. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanına iddiaçı İddiaçı istifadə hüququ tanınmalı və o, həmin ünvana köçürülməlidir.
38. Birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında münasibətlər 1996-cı ildə yaranmışdır. Kollegiya iddiaçının mübahisəli evə 1996-cı ildə köçdüyü vaxtı nəzərə alaraq hesab edir ki, iddiaçının mübahisəli evə istifadə hüququ ##.##.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun həmin vaxt iddiaçının mübahisəli evdən istifadə hüququ yaranmışdır. Belə ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də, icarədarın ailə üzvləri hesab edilə bilərlər.
39. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
40. Lakin eyni zamanda işin hallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı İddiaçı 2022-ci ildə mübahisəli evi könüllü şəkildə tərk edərək bacısının evinə köçmüşdür. İddiaçı onun qayınanası tərəfindən qovulduğunu qeyd etsə də, həmin halı təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı evdən çıxdıqdan sonra əşyalarını da, çıxarmışdır. Halbuki, iddiaçı cavabdehin onun əşyalarının çıxarılması üçün cavabdeh tərəfindən ona hər hansı təsir göstərilməsi ilə bağlı heç bir sübut tədim etməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, iddiaçının evdən zorla çıxarılması halında onun ötən müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olmuşdur. Lakin, iddiaçı həmin hüququndan yalnız dörd ilə yaxın müddət keçdikdən sonra istifadə etmişdir.
41. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur. Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servtitutdur. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.
42. Göründüyü kimi, iddiaçı İddiaçı Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, ** saylı mənzili 2022-cı ildə könüllü tərk edərək daimi yaşamaq üçün özünə başqa yaşayış yeri seçmiş və yaşayış yerini tərk etdiyi mübahisəli fərdi yaşayış evini könüllü tərk etdiyi vaxtdan ötən 4 ilə yaxın il müddət ərzində həmin evdə yaşamaqla mübahisəli fərdi yaşayış evinə ehtiyacı aradan qalxmışdır.
43. Bu baxımdan cavabdehin 1996-ci ildə mübahisəli fərdi yaşayış evinə köçərkən istifadə hüququ yaransa belə, həmin hüquq mahiyyət etibarilə servitut kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarına uyğun olaraq, MM-nin 255.8-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bu baxımdan cavabdehin 2022-ci ildə cavabdehin mübahisəli fərdi yaşayış evini könüllü tərk etməsi, ötən 4 ildən artıq müddət ərzində özünə başqa yaşayış yeri seçməsi fərdi yaşayış evinə ehtiyacın aradan qalxması kimi qiymətləndirilməlidir ki, birinci instansiya məhkəməsi bu hal üzrə düzgün nəticəyə gəlməmiş, bu halı cavabdehin fərdi yaşayış evinə ehtiyaclarının aradan qalxması və onun mənzili könüllü tərk etməsi kimi qiymətləndirməmişdir.
44. Məhkəmə kollegiyası iddia tələbinin iddiaçının mübahisəli evdən istifadə hüququ tanınması hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddiaçı ilə cavabdeh arasında yaranmış ailə münasibətlərinə xitam verilmiş və iddiaçı cavabdehin ailə üzvü deyildir. Bu baxımdan iddiaçının yenidən mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köşürülməsi üçün də, əsaslar mövcud deyildir.
45. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsi məhkəmə qətnaməsinin qanuni və əsaslı olmasını tələb edir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
47. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarınıqətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
48. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, MPM-in 88, 217, 218, 372.1-ci maddələrinin tələblərinə riayət edilməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh və onun nümayəndəsi vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Cavabdeh məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 237, ev 1, mənzil 10 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi barədə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.