Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2114/2025 29.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 və Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: I.İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, faktiki birgə nikahlarından anadan olmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X5 onun yanında saxlanılması və övladının yetkinlik yaşına çatanadək saxlanması üçün uşağa görə hər ay 300 ( üç yüz ) manat aliment və övladının 3 yaşa çatanadək saxlanılması üçün əlavə olaraq 150 (yüz əlli) manat olmaqla, ümumilikdə hər ay 450 (dörd yüz əlli) manat sabit pul məbləğində alimentin və mediasiyaya ödədiyi 60 manat pulu Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 dekabr 2022-ci ildə tarixdə nişanı olub və həmən tarixdən bir yerdə yaşamışlar, onların faktiki nigahalarından xx.xx.2023-cü il təvəllüdlü X8 dünyaya gəlib. Hal-hazırda cavadeh faktiki birgə nigahlarından dünyaya gələn övladına atalıq müəyyən olunması barədə razılığa gəlib. Övladı üçün doğum haqqında şəhadətnamə alınıb. Cavabdehlə 2022 ci ilin oktyabrında tanış olmuşlar 2022-ci ilin dekabrında nişanı olsada aralarında münasibəti olub. Cavabdehlə təxminən 2 ay yaşamağına baxmayaraq sonradan ona digər məsələlər və cavabdehlə münasibəti tutmadığına görə o, valideyininin evinə qayıtdı. Valideyininin evinə qayıtdıqdan sonra cavabdehlə aralarında olan münasibətə görə o, hamilə oldu və xx.xx.2023-cü il tarixdə X8 dünyaya gəldi. O, ər evindən valideyininin evinə qayıtdıqdan sonra cavabdeh heç vaxt onunla maraqlanmadı və övladı dünyaya gəldikdən sonra da münasibətləri düzəlmədiyi üçün o, bu günədək valideyininin evində yaşamalı oldu. Cavabdehin ona və övladına qarşı münasibəti olmamışdır. Cavabdehlə ailə qurduqdan sonra arlarında müəyyən vaxtlarda mübahisə yaranmışdır. Bu mübahisələrin ailə daxilində, qarşılıqlı razılaşma ilə həll olunması üçün göstərdiyi səylər nəticəsiz qalmışdır. 2023-ci ilin fevral ayından valdeyin evinə qayıtmağa məcbur olmuş və hal-hazırda Quba şəhər Vaqif küçəsi əlillər binasının yanı (sosial bina) blok 2, mənzil 38 yaşayır. Övladı onun 2 ildən yuxarıdır ki himayəsindədir və tək baxır cavabdeh hərdən aylarla keçdikdən sonra minimum məsələn 3 aydan bir 100 manat ya verib ya verməyib. O, özü övladının saxlanılmasını təmin edir cavabdeh heç onlarla maraqlanmır ona və övladına qarşı hətdindən artıq birganəlik edərək öz maraqları üçün yaşayır. Cavabdehin özünə və valideyinlərinə məxsus evləri kirayə versələrdə əldə olunan gəlirlə övladının saxlanılması üçün xərclər çəkmirdi. Onun himayəsində az yaşlı övladı olduğu üçün heç bir yerdə işləmir və digər gəliri yoxdur. Cavabdehlə uşağının saxlanması üçün heç razılığa gələ bilmirlər. Uşağının saxlanması üçün alimentin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. İş üzrə Cavabdeh cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən iddia ərizəsinə etiraz göndərərək, göstərmişdir ki, tələbdə qeyd edilən 300 manat məbləğ real qanunla müəyyən edilən məbləğdən artıq göstərilmişdir, uşağın 3 yaşına çatana qədər əlavə 150 anat pul ödənilməsi ilə heç bir qanunda öz əksini tapmamışdır. Qeyd etdiklərini nəzərə alaraq qanuna uyğun qərar qəbul edilməsini və onun hal-hazırda çəzaçəkmə müəssisəsində cəza çəkdiyini, yəni alimenti ödəmək iqtidarında olmadığını da nəzərə alınmasını və məhkəmə iclaslarının onun canlı və onlayın formarda iştirakı olmadan, onsuz keçirilməsini xahiş edir. Qeyd edir ki, həbsdən azad edildikdən sonra övladına istənilən formada maddi və mənəvi qayğı göstərəcək. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, uşaqın iddiaçının himayəsində olduğunu, cavabdehin uşaqla maraqlanmadığını, maddi yardım etmədiyini bildirərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək, verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi cavabdeh həbsdədir, özü isə xəstədir, hazırda aliment ödəməyə imkanı yoxdur. İİİ. İşin faktiki halları: İş materiallarında olan: -AZ-İ seriyalı 448631 №li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X6 atası hesab edilmişdir. -AZ-İV seriyalı 932080 №li doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. -xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00348 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödədi. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədi. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, tərəflər arasında uşaqın saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh stabil aylıq qazancı (gəliri) müəyyən edilmədiyindən, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurəti nəzərə alınaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün aliment bir uşağa hər ay (hər il minimum əmək haqqının indeksasiyası nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində sabit pul məbləğində tutulmalıdır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə Cavabdeh bir uşağa görə xx.xx.2025-ci il tarixdən hər ay sonrakı artımlar nəzərə alınmaqla uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi uşağın saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onlarn mənafeləri, həmçinin uşağın mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025 il tarixdə təqdim edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, X5 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul və ilkin mediasiya prosesi üçün ödənilmiş 50 manat Cavabdeh tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Bundan başqa, iddiaçı aliment tələbinə görə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, Cavabdeh 44 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: - 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. V. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. xx.xx.2023-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2025-ci il tarixdən sonrakı artımlar nəzərə alınmaqla hər ay 2025-ci il üzrə minimum əmək haqqının 0,50 misli miqdarında sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh mediasiyaya ödənilmiş 50 manat məbləğində rüsumun əvəzi tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 44 məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2114/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2114/2025
29.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver