Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2158/2020 09.12.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsi üzrə üçüncü şəxs Qusar rayonu notariat ofisinin xüsusi notariusu Tağıyev Dəyanət Adgözəl oğlu tərəfindən 4Ə-792 reyestr nömrəsi ilə təsdiq edilərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli daşınmaz əmlaka dair alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzrə üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4 tərəfindən verilmiş Cavabdeh2 adına tam xüsusi mülkiyyət hüququnun rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reysterindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X1) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiəyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Quba Rayon Məhkəməsinə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2051/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi ərazi aidiyyəti üzrə Quba rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçılar şikayət vermiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-2051/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki iş baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, üçüncü şəxslər DƏDRX-nin 5 saylı Ərazi İdarəsi və Qusar rayonu notariat ofisi olmaqla “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddiaçılara izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2158/2020
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2158/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver