Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2177/2021 23.11.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Birinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya Şöbəsi və "xxxx" MMC-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair və ikinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və probasiya Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan Cavabdeh5-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “hərracların keçirilməsinin qanuna ziddi hesab edilməklə, ipoteka müqaviləsinə xtam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işlərin birləşdirilməsi məsləsinə baxaraq, məhkəmə müəyyən etdi: Birinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya Şöbəsi və "xxxx" MMC-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(027)- 2150/2021 saylı və ikinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və probasiya Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan Cavabdeh5-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “hərracların keçirilməsinin qanuna ziddi hesab edilməklə, ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair 2(027)-2177/2021 saylı mülki işlər vardır. Birinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya Şöbəsi və "xxxx" MMC-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İcra və Probasiya şöbəsinin Bakı Apellyasiya Məhkəməsinin 26.04.2014-cü il tarixli, 2(103)-1711/12 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.05.2014-cü il tarixli, 2(102)-1680/14 saylı və Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 25.07.2014-cü il tarixli, 2(006)-2091/2014 saylı icra sənədləri üzrə ona məxsus Quba rayonu, Aşağı Xuc kəndində 4 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 3784.2 kv.m olan, əmlak kompleksinin hərracda satılması zamanı onun hazırkı bazar dəyərinin müəyyən edilməsinin, həmin əmlakın ******* (üç milyon doqquz yüz min) manata hərracda satılmasına dair "xxxx" MMC tərəfindən açıq hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İkinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və probasiya Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan Cavabdeh5-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “hərracların keçirilməsinin qanuna ziddi hesab edilməklə, ipoteka müqaviləsinə xtam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh5 arasında 09 sentyabr 2009-cu il tarixdə bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan, torpaq sahəsi 4 ha olan əmlak kompleksi kimi müəssisənin ipotekadan azad edilməsi, Quba rayonunun Aşağı-Xuc kəndində yerləşən ümumi sahəsi 3784,2 kv.m olan, torpaq sahəsi 4 ha olan əmlak kompleksi kimi müəssisənin hərracda satılmasına dair 26 dekabr 2014-cü il tarixdən sonra keçirilmiş hərracların qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, hər iki iddia eyni tərəflər arasında və bir-birilə əlaqəli tələblər olduğuna görə 2(027)-2150/2021 və 2(027)- 2177/2021 saylı mülki işlər bir icraatda birləşdirilərək bir icraatda baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Birinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba rayon İcra və probasiya Şöbəsi və "xxxx" MMC-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “qiymətləndirmə və hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(027)- 2150/2021 saylı və ikinci iddia tələbi üzrə İddiaçı cavabdehlər Quba regional “ASAN Xidmət” Mərkəzi Notariat Kontoru, Quba rayon İcra və probasiya Şöbəsi, "xxxx" MMC, "xxxx" MMC və ləğv prosesində olan Cavabdeh5-nə qarşı, üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi olmaqla “hərracların keçirilməsinin qanuna ziddi hesab edilməklə, ipoteka müqaviləsinə xtam verilməsi və əmlakın ipotekadan azad edilməsi” tələbinə dair 2(027)-2177/2021 saylı mülki işlər bir icraatda birləşdirilərək baxılsın. Birləşdirilmiş mülki işdə 2(027)-2150/2021 nömrə saxlanılsın. Mülki işlərin baxılması 23 dekabr 2021-ci il tarixə, saat 10:00-a təyin edilsin. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2177/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2177/2021
23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver