Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2177/2023 14.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Quba rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Nəqliyyat ASC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunun və onun əsasında bağlanmış Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 168.2 kvm. qeyri yaşayış obyektinin alıcı Cavabdeh3 17 mart 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində 6.000 manata satılmasına dair ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASCyə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 187.1 kvm. qeyri yaşayış obyektinin alıcı Cavabdeh3 17 mart 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində 6500 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 1482 kvm. sahəsini Cavabdeh4-yə 29 may 2023-cü il tarixdə Quba regional Asan xidmət mərkəzində notariat ofisində 955 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən 226.7 kvm. yeməkxana binasının 31 iyul 2023-cü il tarixdə alıcı Cavabdeh5 Bakı şəhəri, 9 saylı Notariat ofisində 30.000 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 2626.2 kvm. sahəsinin 1011.4 kvm sahəsinin 31 iyul 2023-cü il tarixdə Cavabdeh5 Bakı şəhəri, 9 saylı Notariat ofisində 20.500 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında qeydiyyata alınmış Reyestr Çıxarışlarının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunması qərara alınmışdır. Hazırda iş üzrə İddiaçı Quba rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Quba rayon məhkəməsinin 2(027)- 2177/2023 saylı 06 oktyabr 2023-cü il tarixli qərardadında qeyd edir ki, tərəflərin sahibkarlı subyekti olaraq VÖEN qeydiyyatları olduğundan mülki işə kommersiya məhkəməsində baxılmalıdır. İddiaçı Quba rayon məhkəməsinə özünün sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyil, "xxxx"ASC-nin sədri Cavabdeh1 tərəfindən qanunsuz həyata keçirdiyi ASC-nin mülkiyyətində olan daşınmaz əmlakların digər vətəndaşlara alqı-satqı müqavilələri bağlaması ilə əlaqədardır. Cavabdeh1 bağladığı qanunsuz alqı-satqı müqavilələri ilə əlaqədar, müəssisənin işçiləri məhkəmədə şahid qismində izahat verməlidirlər. İşçilərin mülki işin kommersiya məhkəməsində baxılmalı olduğu təqdirdə Sumqayıt şəhərinə gedib gəlmələri iş qrafikinə görə çətinlik yaradır. Daşınmaz əmlak Quba rayonunda yerləşdiyindən, iddiaçılar və cavabdehlər Quba şəhərində yaşadıqlarından mülki işə Quba rayon məhkəməsində baxılması işin səmərəli, əhatəli və ədalətli baxılmasına yardım edər. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)- 2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğvindən imtina edilməli və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Çünki, hazırda Quba Rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğvi üçün heç bir əsas mövcud deyil. Belə ki, iş üzrə iddiaçı və iddiaçının iddia tələbi üzrə işə cavabdeh qismində cəlb etdiyi şəxslər vergi ödəyicisidir. Belə ki, İddiaçı ********** saylı, Cavabdeh1 Məmməf oğlu ********** saylı, Cavabdeh2 ********** saylı, Cavabdeh3 ********** saylı, Cavabdeh5 adlarına ********** saylı VÖEN vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindən görünür ki, Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 16-cı maddəsinin tələblərinə görə vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq - vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi, “sahibkarlıq fəaliyyəti” qanunvericiliyin müəyyən etdiyi qaydada qeydə alınaraq həyata keçirilən fəaliyyətdir və həmin fəaliyyətdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri tərəfindən baxılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Plenumunun № 10 nömrəli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, “bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 32.7 və 402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2177/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2177/2023
14.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver