Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2190/2023 17.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər X13 Xidmət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X13 Xidmət Mərkəzində Notariat X1 adına verilmiş 12 yanvar 2021-ci il tarixli 2V-23 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, X13 Xidmət Mərkəzində Notariat X6 adına verilmiş 0.091 ha torpaqa dair vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab edilməsi, X13 Xidmət mərkəzində Notariat X2 ilə X9 arasında bağlanmış 07 iyul 2021-ci il tarixli Daşmmaz Əmlakını bağıçlanma müqaviləsinin və qeyd edilmiş bağışlanmanın müqaviləsi əsasında X5 adma verilmiş 13 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və 16 avqust 2021-ci il tarixli çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 06 noyabr 2023-cü il və 17 noyabr 2023-cü il tarixlərə təyin olunmuş məhkəmə hazrlıq iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər X13 Xidmət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışlarının ləğv edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı tərəflər X13 Xidmət Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin və çıxarışlarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-2190/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2190/2023
17.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver