Məhkəmə qərarları › İş №2(027)-2240/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2240/2024

22.10.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2240/2024 22.10.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 01 yanvar 2019-cu il tarixdən işlədiyi dövr üzrə onun əmək haqqlarının tam hissəsi birdəfəlik şəkildə, Quba rayonu, Tüləkəran bələdiyyəsindən alınaraq ona ödənilməsi, tərəfindən İMS üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin və kargüzarlıq üçün ödənilmiş 10 manat məbləğində pul vəsaitinin əvəzi olaraq ümumilikdə 60 manat məbləğində pul vəsaitinin Quba rayonu, Tüləkəran bələdiyyəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Tüləkəran bələdiyyəsinin sədrinin 01 yanvar 2019-cu il tarixli, 01 №-li əmri ilə həmin tarixdən bələdiyyəyə kargüzar vəzifəsinə qəbul edilərək əmrin verildiyi tarixdən həmin vəzifəni icra etmişdir. İşəgötürən cavabdeh Quba rayonu, Tüləkəran bələdiyyəsi, büdcədə pulun olmaması bəhanəsi ilə onun əmək-haqlarını ödəməmiş, büdcədə pul vəsaiti olduğu andan əmək haqqının ödəniləcəyinə vəd vermişdir. Lakin, həmin vədlərin davamlı şəkildə təkrarlandığından və əmək haqları ödənilmədyindən məsələ ilə Qusar 1 saylı mediasiya təşkilatına, sonra isə rəsmi məktubla cavabdehə Quba rayonu Tüləkəran bələdiyyəsinə müraciət etmişdir. Cavabdeh Quba rayonu. Tüləkəran bələdiyyəsinin xx.xx.2024-cü il tarixli № 87 nömrəli məktubu ilə uydurma fikirlər əsasında onun əmək haqqları ödənilməsindən imtina etmişdir. Belə ki, cavabdehin adından çıxış edən Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov həmin məktubda qanunvericilik normalarna əsasən, bağlanmış X4 verildikdən sonra 1 (bir) il təqvim ərzində əmək haqqını tələb etmək hüququnun olduğunu, onun, onu istifadəsində olan (070) ***-**-** mobil telefon nömrəsi ilə 2021-ci ilin yay aylarında ona zəng edərək, daha sonra isə Quba şəhəri “Köhnə Avtovağza adlanan ərazidə ona şifahi şəkildə bu barədə məlumat verdiyini bildirmişdir. X4 verilməsi mövzusunda Tüləkəran bələdiyyəsin sədri Rauf Hüseynovla arasında heç vaxtı danışıqlar aparılmayıb, X4 verilməsi ona bildirilməyib. Əksinə, bələdiyyə sədri Rauf Hüseynov əmək müqaviləsinin müddətinin onun tərəfindən artırıldığını ona deyib. Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov, müəyyən vaxtlar ərzində Quba şəhəri "Köhnə Avtovağzal” adlanan ərazidə yox, onun iş otağına gələrək onunla görüşlərdə bələdiyyənin fəaliyyəti ilə bağlı məsləhətlər alıb, həm mülki qanunvericiliklə, həm də bələdiyyələr haqqında qanunvericiliklərlə bağlı məsləhərlər alıb, ondan, qanunlardan çıxarışlar alıb. R.Hüseynov əmək haqlarının ona ödənilməməsini, bələdiyyənin büdcəsində pulun olmaması ilə əsaslandıraraq hətta, həmin səbəbdən onun özün və digər işçilərin də əmək haqları almadıqlarını ona bildirib. O, torpaqların satışının dayandırıldığını, əhalidən vergilərin natamam yığıldığını əsas gətirərək torpaqların satışına start verildikdən sonra satışlardan gələn pul vəsaiti hesabına əmək haqlarının, o cümlədən qalıq borcların ödənilməsinə başlayacağını ona deyib. O, isə ona inanmışdır. Tüləkəran bələdiyyəsinin sədri Rauf Hüseynov 2024-cü ilin əvvəlinə qədər onun əməyindən faydalanıb. Lakin, əmək haqlarının ona ödənilməməsi uzun dövrü əhatə etdiyi əmək müqaviləsindən yaranan və pozulmuş hüquqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada Qusar 1 saylı mediasiya təşkilatına, sonra isə rəsmi məktubla cavabdehin özünə müraciət etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Qusar 1 saylı mediasiya təşkilatı xx.xx.2024-cü il tarixli, MSQ-MT-027-2024-00442 nömrəli “İlkin medias sesiyasında (İMS) iştirak edilməməsi barədə” arayışının əslindən göründüyü kimi cavabdeh Quba rayonu, Tüləkəran bələdiyyəsi xx.xx.2024-cü il tarixdə, saat 1130- 1230 vaxt ərzində İMS-da iştiraka gəlməmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş № ********** əməliyyat nömrəli ödəniş qəbzinin əslindən və Qusar 1 saylı mediasiya təşkilatının xx.xx.2024-c tarixli, MSQ-MT-027-2024-00442 nömrəli “İlkin mediasiya sesiyasında (İMS) iştirak edilməməsi barədə” arayışının əslindən göründüyü kimi cavabdeh Quba rayonu, Tüləkəran bələdiyyəsinin günahı səbəbindən o İMS üçün 50 manat məbləğində, kargüzarlıq üçün isə 10 (on) manat məbləğində pul və ödəmişdir. Göründüyü kimi, Quba rayonu, Tüləkəran bələdiyyəsinin günahı səbəbindən ona 60 (altımış) manat məbləğində əlavə zərər dəymişdir. Məhkəmə iclasında iddaçı İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinin sədri X2 iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı ondan qabaq bələdiyyə sədri işləmiş Laləzar Hümbətova tərəfindən 2019-cü ilin yanvar ayından Tüləkəran bələdiyyəsinə 1 il müddətinə kargüzar vəzifəsinə qəbul olunmuşdur. 2020-ci ilin yanvar ayında İddiaçı əmək müqaviləsinin müddəti bitdiyindən onunla bağlı X4 verilmişdir (elektron sistemdə bununla bağlı məlumat var). Daha sonra həmin bələdiyyə sədri özü olmuşdur və o, bələdiyyə sədri işlədiyi müddətdə bir dəfə də olsa Ömər Məmədovu işdə görməmişdir. Əgər bələdiyyədə işləyirdisə niyə işə gələməmişdir?. Əmək Məcəlləsinə əsasən əmək haqqı bir il müddətinə tələb edilə bilər. İddiaçının əmək haqqını 5 il keçdikdən sonra tələb etməsi düzgün deyil. İddia müddəti keçdiyi üçün iddianın rədd olunması xahiş edir. İş materiallarına əlavə olunmuş əmrlərin qeydiyyatı kitabından görünür ki, Quba Rayon Tüləkəran Bələdiyyəsinin 01 yanvar 2019-cu il tarixli əmrinə əsasən İddiaçı 01 yanvar 2019-cu il tarixdən Quba rayonu, Tüləkəran bələdiyyəsində kargüzar vəzifəsinə qəbul edilmiş, əmək haqqı 150 manat hesablanmışdır. 01.09.219-cu il tarixli əmrinə əsasən İddiaçı əmək haqqları prezidentin fərmanına əsasən 250 manat civarında hesablanmalıdır. İş materiallarında olan X4 Verilməsi ilə X5 Bildirişindən görünür ki, Quba rayon Tüləkəran Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.b, əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə xx.xx.2020-ci il tarixdən xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia müddəti keçdiyi üçün hazırki iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, Quba rayon Tüləkəran Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyi halda, iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinə qarşı qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Quba rayonu Tüləkəran bələdiyyəsinə qarşı qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar