Məhkəmə qərarları › İş №2(027)-2246/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2246/2025

20.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2246/2025 20.11.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilən hər uşağa görə 120 manat cəmi 240 manatin aliment məbləğinin azaldılaraq hər uşağa görə 100 (yüz) manat azaldılaraq ondan tutulması və cavabdeh Fərzəliyeva Hicran Fəxrəddin qızına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa görə tutulan 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı aliment məbləği ilə razı deyil. O, işsizdir heç bir yerdə çalışmır. Hazırkı aliment məbləği ilə razı deyil. Qətnamənin aliment hissəsində dəyişdirilməsini xahiş edir. Yaşayışının qarşılanması və digər xərcləri nəzərə alaraq hesab edir ki, 240 manat rayon yeri üzrə yüksək aliment məbləğidir. Aliment məbləği yuxarida qeyd edilən əsaslara görə azaldılmalıdır. Usta olaraq aylıq dəyişən gəlirə (gəlir bir ay olur bir ay olmur) əsasən əsasən aylıq hər uşağa görə 200 manat ödəyə bilər. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, əlavə olaraq qeyd etmişdir ki, iddia tələbində hər uşağa görə 120 manat qeyd ödədiyini qeyd etsə də, hazırda hər uşağa görə 192 manat məbləğində pul ödəyir. Hazırda heç bir yerdə işləmir. Hesab edir ki, həmin məbləğə 100 manat qədər endirilməlidir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği hazırkı vəziyyətdə uşağın saxlanılmasına kifayət etmir, onun geyiminə, yeməyinə, müalicəsinə və digər-məişət tələbatlarının ödənilməsinə çatmır. Uşağın birinin səhhətində problem mövcuddur. Odur ki, maddi ehtiyacları çoxdur. İddiaçının özünün kifayət qədər maddi təminatı vardır. Hazırkı iddianın əsassız olmasını hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh yazılı qaydada iddia tələbinə dair etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, o, ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-l717/2020 sayh qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və 01,04.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşağa tutulan 120 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq İddiaçı onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(027)-41/2025 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,50 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu İddiaçı həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, Quba Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(027)- 41/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmiş, Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 saylı 07 mart 2025-cü il tarixli qərardadından borclu İddiaçı tərəfindən Quba Rayon Məhkəməsinə verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin İş № 8(105)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu X5 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 8(027)- 41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı aliment məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması hissəsində dəyişdirilib indeksasiya olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Qeyd olunan qərara əsasən alimentin məbləğinin azaldılıb 0.50 misli həddindən 0.48 misli həddində müəyyən edilməsinə baxmayaraq İddiaçı yenidən Quba rayon məhkəməsinə alimentin məbləğinin azaldılması üçün müraciət etmişdir. İş üzrə borclu İddiaçı tərəfindən verilmiş iddia ilə razılaşmır. Belə ki, övladlarının hər ikisi məktəblidir. Maddi tələbatları gündən günə artır. Övladlarının maddi tələbatlarını çətinliklə qarşılayır. Maddi vəziyyəti olduqca pisdir. X2 bronxlarında kəskin allergiya xəstəsidir. Nəfəs almada çətinlik çəkir, ayda bir neçə dəfə boğulma halları baş verir. Bununla əlaqədar mütamadi olaraq müalicə alır. Bəzi dərmanları varki yaşadığı Quba şəhərində tapılmadığından, Bakı şəhərindən sifariş ilə gətirtmək məcburiyyətindədir. Bir dərmanı 40- 50 manat təşkil edir. Bundan başqa boğulma halı (tutmaları) baş verərkən Quba şəhərindən Qusar şəhərinə həkimə apararaq inqalyasiya aparatı vasitəsi ilə övladı Elmir Kürəbəyova müəyyən dərmanların verilməsi həyata keçirilir. Bundan başqa övladı qurdla bağlı müalicə alır. Bütün bunlar maddi vəsait tələb edir. Lakin İddiaçı övladlarının mənafeyi, dolanışığı, maddi tələbatları ilə maraqlanmır. Övladlarının gündəlik xərcləri və maddi tələbatları artmışdır. İddiaçı şikayət ərizəsində işsiz olduğunu, sonra isə usta işləyərək aylıq dəyişən gəliri olduğunu qeyd edir. Bildirir ki, Əlyar Bakı şəhərində başqa şəxsin villasında yaşayaraq rəsmi əmək müqaviləsi olmadan evin mühafizə və təsərrüfat işləri ilə məşğul olur, ayda 1000 manat civarında gəlir əldə edir. Lakin bunu məhkəmə instansiyalarından gizləyir. İddiaçı bu vaxta kimi könülsüz şəkildə alimentin ödənilməsi ilə kifayətlənmiş, övladları ilə maraqlanmamış, lakin alimentin məbləği iki uşaq üçün 384 manat müəyyən edildiyindən, indi uşaq tələbi ilə mediasiya təşkilatına, eləcə də məhkəməyə alimentin azaldılması barədə müraciət etmişdir. Göründüyü kimi İddiaçı övladlarının mənafeyi, sağlamlığı, mənəvi və maddi ehtiyaclarının qarşılanması, eləcə də, təhsil və tərbiyyəsi maraqlandırmır. Yalnız və yalnız özünü və cibini düşünür. Dəfələrlə iddiaçı alimentin ödənişi ilə əlaqədar ona zəng vurub təhqir etmiş, ləyaqətini alçaltmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İş № 8(105)- 103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı aliment məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Yəni bir uşaq üçün 192 manat olmaqla iki uşaq üçün 384 manat. İddiaçının iddia ərizəsində hər uşaq üçün müəyyən olunmasını istədiyi 100 manat olduqca azdır. İddiaçı ərizədə qeyd edir ki, ayda 240 manat aliment rayon yeri üçün yüksək aliment məbləğidir. Əgər rayon yeri üzrə 240 manat böyük məbləğdirsə özünün işsiz olduğunu bildirən İddiaçı Bakı şəhərində hansı vəsait hesabına dolanır və iş yeri və maddi imkanı yoxdursa niyə 240 manatın böyük məbləğ sayıldığı Quba rayonuna gəlib Susay kəndində yaşayan valideynlərinin yanında yaşamır?!. Ona görə də göstərilənləri nəzərə alaraq, borclu İddiaçı tərəfindən verilmiş alimentin azaldılmasına dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİİ. İşin faktiki halları: Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-3129/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli 8(027)-41/2025 saylı qərardadı ilə Quba rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1717/2020 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün İddiaçı tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının hər uşaq üçün 0,50 misli həddində indeksasiya olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclu X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməklə, Quba Rayon Məhkəməsinin 8(027)-41/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı aliment məbləğinin hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunması hissəsində dəyişdirilib indeksasiya olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən İddiaçı məşğulluq haqqında arayış verilmişdir. X4 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli MSQ-MT- 040-2025-00334 saylı arayışdan göründüyü kimi, tərəflər prossesin davam etdirilməsinə razılıq verməmişlər. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının :

17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Qanun :

4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı: Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir....Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” 27 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Qanunu: 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda iddiaçı maddi vəziyyətinin yaxşı olmaması, eyni zamanda heç bir yerdə çalışmadığını əsas gətirməklə aliment məbləğinin azaldılması tələbi ilə çıxış edir. “Elektron məhkəmə” İnformasiya Sistemində İddiaçı rəsmi iş yerinin olması barədə hər hansı bir məlumat mövcud deyildir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Belə olan halda Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmənin qiymət verməli olduğu hal məhkəmə qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra tərəflərin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olmasıdır. Məhkəmə iddiaçının maddi vəziyyətinin ağır olması ilə bağlı əsasına münasibətdə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Digər tərəfdən məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-103/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçıdan tutulan aliment məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.48 misli həddində indeksasiya olunmaqla, 0,48x400=192 manat həddində müəyyən edilmişdir. Bu isə 2025-ci il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan azdır. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar