Məhkəmə qərarları › İş №2(027)-228/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-228/2023

15.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-228/2023 15.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş X1 Azərbaycan Dövlət İqtisad Universitetinə (Zaqatala filialı) qəbul olunması ilə əlaqədar ödənilməli olan illik 2000 manat təhsil haqqının və yaşayış xərci olaraq aylıq 350 manatın hər ay Cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş X2 iddiaçının himayəsində saxlanmışdır. Yahyayev Məhəmməd bu il Azərbaycan Dövlət İqtisad Universitetinin (Zaqatala filialı), əyani, ödənişli Turizm işinin təşkili ixtisasına qəbul olmuşdur. Yahyayev Məhəmməd əyani təhsil aldığı üçün hər hansı gəlir yeri yoxdur, yalnız valideynləri hesabına təhsil alması mümkündür. Yaşayış yerindən kənarda - Zaqatalada təhsil alması səbəbilə Yahyayev Məhəmmədin əlavə yaşayış xərcləri yaranmışdır. Buna görə də görə iddiaçı təhsil haqqının ödənilməsi və əlavə xərclərdə cavabdehin iştirak etməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı qızı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdir ki, uşaq ödənişli təhsil alır, illik 1200 manat təhsil haqqı ödəyir, kirayədə qalır, 150-200 manat məbləğində kirayə pulu verir, özü isə xəstədir, maddı imkanları olduqca acınacaqlı vəziyyətdədir. Uşağın təhsil xərcini ödəmək iqtidarında deyillər. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, uşağın təhsil haqqına hər ay 50 manat məlbəğində aliment ödəməyə razıdır. Belə ki, maddi imkanı yoxdur, ikinci ailəsindən iki uşağı vardır. İddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2-34/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsindən çıxarışdan görünür ki, Cavabdeh ilə cavabdeh İddiaçı Fleydan qızı arasında bağlanmış xx.xx.2003-cü il tarixli nikah qeydi ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının 21 dekabr 2022-ci il tarixli, 01-01/213 saylı arayışından görünür ki, X2 2022/2023-cü tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Zaqatala İqtisad Məktəbinin əyani təhsil forması üzrə Turizm işinin ixtisasının bakalavr pilləsinin ödənişli əsaslarla İ kurs tələbəsidir, təhsil haqqı 1200 manatdır. İş materiallarında olan Epikrizdən görünür ki, 2004-cü il təvəllüdlü X2 xx.xx.2010-cu ildən ambulator qeydiyyatdadır. Allergiya diaqnozu ilə xəstə Bakı şəhərində Quba RMXda, Qusar RMX-da ambulator müalicə alıb. İş materiallarında olan Epikrizdən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı sol süd vəzinin xəstəliyi T2 N0 M0 İİ A mərhələ, İİ klinik qurp diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, X2 Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının Zaqatala İqtisad Məktəbinin əyani təhsil forması üzrə Turizm işinin ixtisasının bakalavr pilləsinin ödənişli əsaslarla İ kurs tələbəsidir və İllik təhsil haqqı 1200 (bir min iki yüz ) manatdır. Maddi yardıma ehtiyacı vardır. Məhkəmə 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb hesab edir ki, X1 təhsil aldığı müddət ərzində cavabdehdən hər ay 100 manat iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbləri rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 təhsil aldığı müddətdə Cavabdeh hər ay 100 (yüz) manat əlavə xərc tutulub İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar