Məhkəmə qərarları › İş №2(027)-2308/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2308/2025

17.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2308/2025 17.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Məhkəməsinin İş№8(027)-58/2025 saylı,11 aprel 2025-ci il tarixli Qərardadı ilə, cavabdehlə birgə nikahlarından 26 avqust 2020-ci ildə anadan olan qızı-X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan Cavabdeh xeyrinə tutulması müəyyən edilən alimentin miqdarının azaldılaraq hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh-Cavabdeh ilə 09 sentyabr 2019-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlaından 26 avqust 2020ci il təvəllüdlü X4 anadan olmuşdur. Quba rayon Məhkəməsinin 2(027)-245/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşağının yetkinlik yaşma çatanadək saxlanılması üçün 03 sentyabr 2021-ci il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. O, həmin dövrdə qətnamədə qeyd edilən alimenti hər ay cavabdehə ödəmişdir. Lakin cavabdeh-Cavabdeh yenidən Quba rayon Məhkəməsinə - alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsi barədə ərizə ilə müraciət etmiş və Quba rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli Qərardadına əsasən -xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,64 misli həddində indeksasiya olunması barədə Qərardad qəbul edilmişdir. O, ‘X5’ operator vəzifəsində işləyərək 430 manat əmək haqqı alır. Həmin aldığı əmək haqqı onun yaşayışı üçün belə bəs etmir və onu da qeyd edir ki, himayəsində yaşlı və ankoloji xəstə olan anasıda vardır. Beləliklə Quba rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli Qərardadına əsasən -xx.xx.2020-ci il təvəllüdlü X1 üçün ondan tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,64 misli həddində (430 x 0.64 =275,2) manat məbləğində alimentin tutularaq cavabdeh-Cavabdeh verilməsi ədalətli deyildir. Həmçinin onu da qeyd etmək istəyir ki, cavabdeh - Cavabdeh uşağla ünsiyyət qurmağına imkan vermir demək olar ki, uşağı qətiyyən ona göstərmir. Ona görə də hesab edir ki, işə obyektiv və ətraflı araşdırılma aparılaraq baxılmalıdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, uşağın saxlanılması üçün alimenti ödəyir, həmçinin yenidən ailə qurmaq istəyir, maddi imkanı olmadığından alimentin azaldılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddian qəbul etməyərək göstərmişdir ki, özü işləmir, iddiaçı alimenti vaxtında ödəmir, hər ay hissə-hissə ödəyir, uşaq xəstədir, əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği hazırkı vəziyyətdə uşağın saxlanılmasına kifayət etmir, onun geyiminə, yeməyinə, müalicəsinə və digər-məişət tələbatlarının ödənilməsinə çatmır. Hazırkı iddianın əsassız olmasını hesab edir, rədd edilməsini xahiş edir. İİİ. İşin faktiki halları: İş materiallarında olan AZ-İ № 384355 saylı nikahın pozulması haqqında şəhadətnmaədən görünür ki, tərəflər arasında olan nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(027)- 58/2025 saylı qərardadına əsasən Quab rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1608/2021 saylı qətnaməsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X2 üçün İddiaçı tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı illər üzrə artımlar nəzərə alnmaqa, hər ay ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,64 misli həddində indeksasiya müəyyən olunması qərara alınmışdır. İş materiallarında olan Vətən Kiçik müəssisəsinin 30 may 2025-ci il tarixli 01/25 №li arayışından görünür ki, İddiaçı X5 operator vəzifəsində çalışır və 430 manat əmək haqqı alır. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, qeyd olunan maddi və prosessual hüquq normalarına isinad edərək və yetkinlik yaşına çatmayan uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun bu norması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqarının dəyişilməsi üçün zəruri əsas kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını nəzərdə tutur. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasının əsası kimi aldığı əmək haqqının məbləğinin az olmasını göstərmişdir. İddiaçı alimentin azaldılması üçün bundan başqa heç bir əsas göstərməmişdir. Bu isə alimentin məbləğinin azaldılması üçün əsas olmamasını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşağın özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Məhkəmə hesab edir ki, iddiaçının əməkhaqqısının az olması və valideyninə maddi yardım göstərməsi, uşağın saxlanması üzrə aliment öhdəliyinin azaldılması üçün kifayət qədər əsas hesab oluna bilməz, cünki uşağın saxlanması valideynin birbaşa və daimi borcudur. Qanunvericiliyin mövqeyi, eləcə də ailə dəyərləri baxımından uşağın mənafeyi digər bütün hallardan daha üstündür. Alimentin ödənilməsi uşağın əsas həyat ehtiyaclarının təmininə yönəlmişdir və bu məbləğin azaldılması onun mənafeyinə zidd nəticələr yarada bilər. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynlərini öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentn ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar