Məhkəmə qərarları › İş №2(027)-232/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-232/2025

13.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-232/2025 13.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Onun nümayəndəsi qismində vəkili Nümayəndə oğlunun, Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı, maraqlı tərəf Quba Regional “ASAN Xidmət" Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsilə müraciət edərək, Maraqlı şəxsndə onunla Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı, Quba rayonu Zizik kənd sakini X3, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus olan 0.04 ha torpaq sahəsini satmaq üçün ona baş etibarnamə vermişdi. X4 qeyd edilən torpaq sahəsini 17 oktyabr 2023-cü il tarixdə Maraqlı şəxsndə Cavabdeh ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsini baş etibarnamə əsasında 21.000 (iyirmi bir min) manata razılaşaraq xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı alqı-satqını həyata keçirmişdir. Həmin vaxt o da Quba regional “Asan xidmət” mərkəzinin Notariat ofisində olub və oturub alqı-satqının tamamlanmasını gözləyib ki, torpağa dair pulunu alsın və Bakı şəhərinə qayıtsın. Baş etibarnamə verdiyi X4 alqı-satqını 1 gün ərzində qurtarmaq məqsədilə cavabdeh ilə razılaşaraq, pulu banka köçürməmək üçün alqı-satqı müqaviləsində əmlakın dəyərini 5200 (beş min iki yüz) manata qeyd etməyi razılaşmış və notarius da alqı-satqını təsdiq edərək, tərəflərə təqdim etmişdir. Cavabdeh Maraqlı şəxsnə gələrkən əl çantasında pulu onlara göstərərək, bildirmişdir ki, “pul ondadır, alqısatqını rəsmiləşdirək, sən imza et, sonra mən sizə pulu verəcəyəm”. Alqı-satqı müqaviləsini təsdiq etdikdən sonra cavabdeh Məmməd Mustafayevə bildirib ki, ona 11.000 (on bir min) manat borcu var. Bundan sonra onların arasında mübahisə düşmüşdü və Cavabdeh alqı-satqıya görə 21.000 manatı X3 ödəməkdən imtina etmişdi. Məmməd Mustafayev cavabdehə bildirmişdi ki, “onun sənə heç bir borcu yoxdur, belə ki, səninlə mənim aramda əvvəlki alqı-satqı ilə əlaqədar, sən torpaq sahəsinin sənədlərini ona mənə yox, torpaq sahəsini mülkiyyətçisi X6 qaytardığından bizim aramızda heç bir borc məsələsi qalmamışdır” demişdir. Qeyd edir ki, Cavabdeh qabaqcadan düşünülmüş şəkildə bu hərəkəti etmişdir və X3 yuxarıda qeyd etdiyi xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı alqı-satqı müqaviləsini onu şirnikləndirmək üçün həyata keçirmişdir. Cavabdeh alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra onlara, ümumiyyətlə pul vermədən çıxıb getmiş və bundan sonra da telefonlarına da cavab verməmişdir. Cavabdehin bu hərəkətindən sarsılaraq, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin o, Quba rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş və hal-hazırda Polis Şöbəsində araşdırma aparılıb və pulun onlara verilməməsi Polis Şöbəsində də təsdiq edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, onun iddia ərizəsi təmin edilməmişdir. Bundan sonra Cavabdeh Quba Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə yeni qətnamə qəbul edilmiş və onun iddia tələbi rədd edilmiş və ona izah edilmişir ki, onun alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair deyil, ləğv edilməsinə dair Quba Rayon Məhkəməsində iddia qaldırmaq hüququ vardır. Ona görə də, o yenidən qeyd edilən alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair məhkəməyə müraciət etməli olmuşdu. Hesab edir ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqaviləsi ləğv edilməlidir. Cavabdeh etiraz ərizəsilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, iddianı qəbul etmir, belə ki, iddiaçıya məxsus torpaq sahəsini və üzərində yerləşən tikilini ona iş üzrə iddiaçının etibarnamə verdiyi X1. İş üzrə İddiaçı qeyd edir ki, özü alqı-satqı aparılan Quba regional “ASAN Xidmət” Mərkəzində olmuşdur. O İddiaçı məhkəmələrdə görüb. Əgər olmuşdursa müqaviləyə özü imzalayardı, ona müqaviləni özü imzalamaq üçün kim və nə maneə olurdu? Göründüyü kimi alqısatqı aparılan tarixdə Məmməd Mustafayevə etibarnamə verərək əməliyyatın onun tərəfindən aparılmasına iddiaçı razı olmuşdur. O satın aldığı daşınmaz əmlakın dəyərini artıqlaması ilə iş üzrə iddiaçının təmsilçisi Məmməd Mustafayevə ödəyərək Notariat kontorunda alqı-satqı müqaviləsini imzalamışdır. İş üzrə İddiaçı guya əmlakı 21000 manata satmağa razılaşdıqlarını desə də, bundan əvvəlki hüquqi araşdırmalar zamanı İddiaçı torpaq sahəsini 18000 manata satmağa razı olduğunu bildirmişdir. Hətta etibarnamə üzrə təmsilçi olan Məmməd Mustafayev də 3000 manat əlavə qazanc əldə etmək niyyəti ilə müqaviləni etibarnamə əsasında onun bağladığını bildirmişdir. O əmlakın dəyərini Məmməd Mustafayevə ödəmiş və ödənişlərilə bağlı qəbzlər də mövcuddur. Əmlakın dəyərinin müqavilədə 5200 manat məbləğində qeyd edilməsi fikri də iddiaçı və onun təmsilçisinə məxsus olmuş və iddiaçı iddia ərizəsində pulun 5200 manat məbləğində qeyd edilməsinə iddiaçının razı olduğunu etiraf etmişdir. İddiaçının da qeyd etdiyi kimi onların hazırki məhkəmə mübahisəsinə Quba Rayon Məhkəməsində, daha sonra isə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmışdır. İddiaçı iddia edir ki, guya o iş üzrə iddiaçının təmsilçisini aldadaraq hər hansı ödəniş etmədən müqavilə imzalatmışdır. Birincisi onunla iddiaçının təmsilçisi Məmməd Mustafayev arasında olan əqd öz aralarında deyil, dövlət qurumu kimi Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisində baş tutmuşdur. Mümkün deyildir ki, belə bir yerdə o kiminləsə qeyri-ciddi şəkildə daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalasın. Eyni zamanda iş üzrə İddiaçı da həmin vaxt ASAN Xidmət mərkəzinin inzibati binasında olmasını özü qeyd edir. Necə ola bilər ki, o tək qadın iki nəfər şəxsi, dövlətin notariusunu aldadıb və ödənişsiz kiminsə torpağını ələ keçirsin. Bu mümkün deyildir. O aldığı əmlaka görə ödədiyi ödənişlərini də təqdim etmiş, əksini sübut etmək isə iddiaçının işidir. İş üzrə İddiaçı pul çatmayıbsa da, o, həmin pulu təmsilçi kimi əqdi bağlayan Məmməd Mustafayevdən tələb etməlidir. Ən vacib məsələ isə ondan ibarətdir ki, əqdlərdə kimisə aldadaraq müqavilə bağlamağa nail olma aldatma hesab edilir və bu əqdin ləğvi deyil, etibarsızlığının əsasıdır. Bu halı da iddiaçı sübut etməli idi. Belə bir hal yoxdur, o pulunu iddiaçının təmsilçisinə ödəmişdir. Bundan əlavə isə iddiaçı öz təmsilçisi Məmməd Mustfayevlə birlikdə ona qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 2(105)- 1025/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı və X2 ona və Maraqlı şəxsnə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Həmin qətnamədə apellyasiya məhkəməsi müəyyən etmişdir ki, hazırkı işdə mövcud əqdin bağlanması zamanı əqdin etibarsız hesab olunması halları müəyyən edilməmişdir Qeyd etdiyi kimi məhkəmə qərarı ilə onun iddiaçını aldadacaq hər hansı davranışının olmaması öz təsdiğini tapmış və alqı-satqı müqaviləsi etibarlı əqd sayılmışdır. Əqd etibarlı sayıldıqdan sonra müqavilənin ləğvi o halda verilə bilərdi ki, o və iddiaçı etibarlı əqd üzrə üzərinə hər hansı öhdəlik götürər və həmin öhdəliyin də sonradan xitamını tələb edər. Hazırki vəziyyətdə onun iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Belə ki, onunla iddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış, hətta qeyd edilən daşınmaz əmlaka mülkiyyət hüquqlarını qeydiyyata aldırmış, müqavilə üzrə öhdəlik icra olunmuş və onun iddiaçı arasında hazırda davam edən hər hansı bir müqavilə münasibəti mövcud deyildir. Belə ki, ləğv etmə ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. Çünki hüququn əsas mövqeyi ondan ibarətdir ki, yalnız mövcud, davam edən və etibarlı müqavilələr ləğv edilə bilər. Hazırda davam edən hər hansı müqavilə münasibəti mövcud deyildir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə istinad edərək iddia edir ki, guya hazırki vəziyyətdə müqavilənin əhəmiyyətli dərəcədə pozuntusu halı mövcuddur və o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Hazırki mübahisəyə ləğvetmə ilə bağlı normaların tətbiq edilə bilməməsi bir kənara, Mülki Məcəllənin 421.2-ci maddəsi ümumiyyətlə tətbiq edilə bilməz. Çünki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında da qeyd olunur ki, 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğvi birtərəfli iradə ifadəsi ilə məhkəmədənkənar qaydada baş verir. Yəni, 421.2-ci maddəsi ilə müqavilənin ləğv edilməsi məsələsi məhkəmənin səlahiyyətində deyildir. Eyni zamanda hazırki mübahisənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsində nəzərdə tutulmuş hallar da çıxış edə bilməz. Ona görə ki iddiaçı müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət edərkən ən azından 423.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya riayyət etməli idi. Məhkəmə isə həmin tələbə iddiaçının riayyət edib etməməsini yoxlayaraq iddia ərizəsinin icraata götürülüb- götürülməməsi məsələsini yoxlamalı idi. Lakin iş üzrə iddiaçı müqavilənin ləğvi ilə bağlı ona hər hansı təklif belə göndərməmişdir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında vurğulayır ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Bu şərtlərin heç biri isə hazırki iddia tələbi üzrə mövcud deyildir. Bundan əlavə iddiaçının ona qarşı yönələn müqavilənin ləğvi ilə bağlı iddia tələbinin əsassızlığı həm də ondan irəli gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Hazırki vəziyyətdə də müqavilə bağlamış, müqavilə etibarlı müqavilədir və həmin müqavilə üzrə daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə ki, mən ödəniş edərək daşınmaz əmlak almış, iddiaçı da ona həmin əmlakı satmışdır. İddiaçı satdığı əmlakın dəyəri çatdırılmayıbsa, onun əsas tələb yönəldə biləcəyi şəxs etibarnamə alaraq onu təmsil edən və ondan əmlakın dəyərini alan Məmməd Mustafayev olmalıdır. Qeyd edilənlərə əsasən iddiaçının iddia ərizəsində göstərdiyi halların əqdin etibarsızlığına aid olduğundan, bununla bağlı qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin preyudisial əhəmiyyət kəsb edən 2(105)-1025/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsində əqdin etibarsızlığı ilə bağlı heç bir hal olmadığı qeyd edildiyindən, iddia tələbi tamamilə əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Quba rayonu, Timiyazev kəndində yerləşən həyətyanı torpaq sahəsini satmaq üçün elan vermişdir, bir müddətdən sonra Məmməd adlı şəxs ona zəng edərək elanda göstərilən torpaq sahəsini almaq istədiyini bildirmişdir. Bakı şəhərində yaşadığından, torpaq sahəsini satmaq üçün Quba rayonuna gəlmiş və Məmməd adlı şəxslə görüşərək torpağı 18000 manata satacağı barədə razılaşmışdır. Daha sonra Məmmədlə Quba rayonunda yerləşən ASAN Xidmətin qarşısında görüşmüşdür ki, satacağı torpaq sahəsinin alqı-satqısını həyata keçirsinlər. Həmin vaxt Məmməd ona bildirmişdir ki, torpaq sahəsini qohumu üçün alacaqdır ona görə də baş etibarnamə verməsini xahiş etmişdir. O da Məmmədə baş etibarnamə vermişdir. Məmmədin yanında bir qadın olduğunu görmüş və başa düşmüşdür ki, torpağı həmin qadın alır. Lakin baş etibarnamə verdiyindən ona maraqlı olmamışdır ki, həmin qadınla bir-başa alqı-satqı müqaviləsi bağlasın. Həmin müddət ərzində ASAN Xidmətin inzibati binasında gözləmiş, alqı-satqı baş tutduqdan sonra Məmməddən pulu istədikdə Məmməd ona bildirmişdir ki, pulun məbləği çox olduğundan qadın pulu evdə qoymuş və gətirməsi üçün evə getmişdir. Bir müddət də orda gözlədiyindən və iş saatının qurtardığını görmüş, Məmməddən pulu tələb etdikdə, o bildirmişdir ki, qadın telefona cavab vermir. O dərhal bu barədə ASAN Xidmətdə fəaliyyət göstərən notariusa məlumat vermiş ki, özünün adından verilmiş baş etibarnaməni ləğv etdirsin. Notarius ona bildirmişdir ki, artıq alqı-satqı baş tutmuş ona görə də etibarnamənin ləğv edilməsinin bir əhəmiyyəti qalmamışdır. Bunadan sonra o dərhal 102 Xidmətinə aldadılması barədə məlumat vermişdir. Mülkiyyətində olan torpaq sahəsinin satışından ona heç bir məbləğ ödənilməmişdir. Alqı-satqı baş tutmuş və müqavilədə niyə 5200 yazılbsa bilmir. İddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qismində vəkili Vəkil cavabdehin etiraz ərizəsində göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş üzrə maraqlı tərəf Maraqlı şəxs notariusu məhkəməyə ərizə ilə müraciət edərək, işin çoxluğu səbəbindən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklərini nəzərə alıb, işə nümayəndələrinin iştirakı olmadan baxlmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, alqı-satqı ilə məşğul olur və həyətyanı torpaq sahəsini satma barədə elana görə Əliyə zəng edərək torpaq sahəsini almaq istədiyini bildirmişdir. görüşərək torpağı 18000 manata razılaşmışdır. Daha sonra torpağı qohumunun alacağını deyərək Əlidən baş etibarnamə verməsini xahiş etmişdir. Əli ona baş etibarnamə vermişdir. Cavabdehlə aralarında torpaqla bağlı alqı-satqı razılıqları olmuşdur Sonra cavabdeh həmin torpağı almq istədiyini demiş və ASAN Xidmətin inzibati binasında alqı-satqı baş tutduqdan sonra Cavabdeh ona pul vermədən getmişdir. İddiaçı ondan pulu istədikdə ona qadının gətirəcəyini demişdir. Bir müddət də gözlədikdən sonra Əli ondan pulu tələb etdikdə, qadına zəng etmiş, lakin telefona cavab verilməmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi qismində vəkilinin və cavabdehin nümayəndəsi qismində vəkilinib izahatlarını dinləyib, cavabdehin etirazını və digər sübutları araşdıraraq, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Timiryazev kəndində yerləşən 0,04 ha torpaq sahəsi X4 tərəfindən baş etibarnamə əsasında 5200 manata Cavabdeh satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Quba rayonu, Timiryazev kəndində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh mükliyyətindədir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-270/2024 saylı qətnaməsinə əsasən, İddiaçı adından X4 ilə Cavabdeh arasında Maraqlı şəxsndə bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1025/2024 saylı qətnaməsinə əsasən, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-270/2024 saylı qətnaməsi ləğv edilərək, iddiaçılar İddiaçı və X2 Cavabdeh və Maraqlı şəxsnə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 ilə Cavabdeh arasına torpaq alqı-satqısı barədə müqavilə bağlanmış və cavabdeh X5 mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. İddiaçı alqı-satqı müqaviləsi bağlansa da, əmlakın dəyərinin müqavilədə 5200 manat göstərildiyi və əslində 21.000 manata razılaşdıqlarını və ümumiyyətlə həmin məbləğləri almadığına istinad edərək xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsini xahiş edir. Cavabdeh öz növbəsində əmlakın dəyərinin iddiaçının təmsilçisi Məmməd Mustafayevə ödənildiyini, Notariat kontorunda alqı-satqı müqaviləsini imzaladığını, əmlakın dəyərinin müqavilədə 5200 manat məbləğində qeyd edilməsi fikrinin də iddiaçı və onun təmsilçisinə məxsus olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqısatqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyşməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o hada əhəmiyyətli saylır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəratin dəyişməsinə bərabər tutulur. Məhkəmə hesab edir ki, iddaçı əmlakın dəyərini almamasına dair faktiki hal əqd təmsilçi vasitəsilə bağlandığından qeyri-müəyyəndir. İddiaçı təmsilçinin təhqiqat zamanı əmlaka görə 3000 manat aldığını bildirsə də, araşdırma zamanı şahid olan təmsilçi ümumiyyətlə pul verilmədiyini bildirir. Təmsilçi əmlakın dəyərini almadan müqaviləyə imza atmasını da əsaslandıra bilməmiş və digər hlarla da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2, 422.2.1, 422.2.2 və 422.2.3-cü maddələrinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişdirilmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər; müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozur və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavil bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında da qeyd olunur ki, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, ləğv edilməsi tələb edildiyi xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilə gələcəyə yönəlik olmamaqla tərəflərin iradə ifadəsini əks etdirən əqd qismində çıxış etmiş, qarşılıqlı iradə ifadəsinin, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə icra edilməklə münasibətlər alqı-satqı ilə nəticələnmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Maraqlı şəxsndə bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ №1208880 saylı daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin ləğv edilməsi barədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı, maraqlı tərəf Quba Regional “ASAN Xidmət" Mərkəzində Notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ilə bağlı ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar