Məhkəmə qərarları › İş №2(027)-2348/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2348/2025

23.09.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2348/2025 23.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı əmək haqqı pulu tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-nin ona borclu olduğu 3200 (üç min iki yüz) manat əmək haqqının alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o cavabdeh təşkilatda fəhlə vəzifəsində çalışmışdır. 13 noyabr 2024-cü il tarixə kimi həmin müəssisədə çalışaraq həmin tarixdə işdən azad edilmişdir. O, işdən azad edilərkən əməkhaqqının hesablanması zamanı cavabdehin ona 3200 manat əməkhaqqı borcu müəyyən edildi və müəssisənin rəhbəri X1 verdi ki, yaxın vaxtlarda onun əməkhaqqını ödəyəcək. Lakin onun dəfələrlə etdiyi müraciətlərə baxmayaraq cavabdeh bu günə kimi əməkhaqqını ödəməmişdir. Ona görə də hazır ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdu. İddia Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba - X2 məktubundan aşkar olur ki, cavabdeh təşkilat onun və digər işçilərin işdən azad olunarkən tam haqqı hesab edib borclu olduğu əmək haqlarını ödəməmişdir. Ona görə də cavabdeh təşkilatın rəhbəri X3 inzibati məsuliyyətə cəlb edilmişdir. O, dəfələrlə cavabdeh təşkilatın rəhbərinə müraciət edərək əmək haqqımın ödənilməsini tələb etmiş, lakin cavabdeh təşkilat onun əmək haqqını ödəməkdən imtina etmişdir. O, iddiasının məhkəmədənkənar qaydada həll edilməsi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh təşkilat mediasiya prosesində iştirak etmədiyi üçün cavabdehlə heç bir razılıq əldə olunmamışdır ona görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, 2014-cü ildə işə qəbul olunmuş, 2024-cü ilə kimi işləmişdir. Son vaxtlar əmək haqqının tam verməmişlər. İşdən çıxarkən ona pulunun ödəniləcəyi bildirilmiş, bu günə kimi əmək haqqının son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİİ. İşin faktiki halları: İş materialarında olan xx.xx.2025-ci il tarixli, MŞQ/MT/040/2025-00485 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Quba-X2 İddiaçı ünavnalanmış 15 aprel 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı çatacaq qalıq son haqq-hesabı hal-hazıradək cəmiyyət tərəfindən ödənilməmişdir. Bu faktı Cavabdeh-nin işəgötürəni xx.xx.2024-cü il tarixli məktubunda təsdiq etmiş və eyni zamanda cəmiyyətin xx.xx.2023-cü il tarixdən fəaliyyətinin dayandırılması səbəbindən ona aid sənədlərin arxivdən götürülməsinin mümkün olmadığını qeyd etmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh-yə fəhlə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Lakin İddiaçı işdən çıxamqla əlaqədar əmək haqqı və son haqq-hesab tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsindəsində deyilir: “Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir”. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyasının 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyasının bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlalıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyasının 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə Hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. (MPM-nin 6-cı maddəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsi) Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Eyni Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Beləliklə, məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) Cavabdeh-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar