Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2369/2022 25.10.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdehnun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 21 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddiaının təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə 2008-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə qurub. Birgə nikahdan 21 may 2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Nikahı Quba rayon Məhkəməsinin 2(027)-2033/2015 saylı qətnaməsi ilə pozulmuşdur. Uşağ onun himayəsində saxlanılmış, amma həmin vaxt aliment tələbi olmadığı üçün aliment müəyyən edilməmişdir. Halhazırda uşağını çətinliklə saxlayır, maddi vəziyyəti uşağın tələbatını təmin etməyə imkan vermir. Heç bir yerdə işləmir. Cavabdeh isə işləyir və normal qazanc əldə edir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gələrək, birgə nikahdan doğulmuş 21 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, onlar ayrıldıqdan sonra uşağı ona göstərmirlər. O 200 manat məbləğində aliment ödəmək iqtidarında deyil, buna maddi imkanı yol vermir. Ayda 40 manat aliment ödəmək imkanı olar. Əlavə qazancı olduqda əlavə də ödəyə bilər. Belə də, uşağını tələb edir. Ona görə də verilənləri nəzərə almağı və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdehnu dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 436505 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 21 may 2009-cu il təvəllüdlü X1 rayonu, Qonaqkənd qəsəbəsində doğulmuş və doğum haqqında akt qeydləri kitabında 14 noyabr 2014-cü il tarixində 1314 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-2369/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə X4 arasında 4 avqust 2008-ci il tarixdə bağlanmış nikah pozulması, tərəflərin ümumi uşaqları, 21 may 2009-cu il tarixdə doğulmuş X3 anası X2 himayəsində saxlanılması və nikahın ləğvi Qeydiyyat şöbəsində qeydə alınarkən Cavabdeh qanunla müəyyən edilmiş dövlət rüsumu alınması, iddiaçı bu rüsumu ödəməkdən azad olunması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MŞİH nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından məlum olur ki, həmin arayış Cavabdeh ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə verilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilənləri nəzərə alınaraq, məhkəmə hesab edir ki, Cavabdeh 13 sentyabr 2022-ci il tarixdən başlayaraq, 21 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 13 sentyabr 2022-ci il tarixdən başlayaraq, 21 may 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-2369/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2369/2022
25.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver