Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2446/2023 07.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Nəqliyyat ASC-nin xx.xx.2022-ci il tarixli iclas protokolunun və onun əsasında bağlanmış Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 168.2 kvm. qeyri yaşayış obyektinin alıcı Cavabdeh3 17 mart 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində 6.000 manata satılmasına dair ******* Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASCyə mülkiyyət hüququ əsasında məxsus olan, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində istifadə hüququ ilə 1.0 ha torpaq sahəsi üzərində yerləşən 187.1 kvm. qeyri yaşayış obyektinin alıcı Cavabdeh3 17 mart 2023-cü il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində 6500 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 1482 kvm. sahəsini Cavabdeh4-yə 29 may 2023-cü il tarixdə Quba regional Asan xidmət mərkəzində notariat ofisində 955 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən 226.7 kvm. yeməkxana binasının 31 iyul 2023-cü il tarixdə alıcı Cavabdeh5 Bakı şəhəri, 9 saylı Notariat ofisində 30.000 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Quba Nəqliyyat ASC-yə mülkiyyət hüququ əsasında məxsus olan, Quba şəhəri, Heydər Əliyev prospekti 210 ünvanında yerləşən əmlak kompleksinin 2626.2 kvm. sahəsinin 1011.4 kvm sahəsinin 31 iyul 2023-cü il tarixdə Cavabdeh5 Bakı şəhəri, 9 saylı Notariat ofisində 20.500 manata satılmasına dair ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqavilələri əsasında qeydiyyata alınmış Reyestr Çıxarışlarının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiəyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunması qərara alınmışdır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmə qərardadı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-264- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5, Milli Bankın Qiymətli Kağızları üzrə Departamentinə, üçüncü şəxslər Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisdinə, Xaçmaz rayon 1 saylı Notariat Ofisinə, Bakı şəhər 9 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iclas protokolunun və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, reyestr çıxarışlarının ləğv edilməsi” tələbinə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunsun. İddiaçılara izah olunsun ki, ərizəni qəbul etməkdən imtina edilməsi həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2446/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2446/2023
07.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver