Məhkəmə qərarları › İş №2(027)-2594/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2594/2024

23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2594/2024 23.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı, cavabdehlər X2 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxıb, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Bəhruz və Cavabdeh1lərlərdən müştərək qaydada 600 manat məbləğində behin mülki qanunvericiliyə uyğun olaraq 2 qat şəkildə, yəni 1200 manat məbləğində ona ödənilməsi, bu məsələ ilə bağlı tərəfindən çəkilmiş yol xərcinin əvəzi olaraq 2000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun, cəmi 5200 manat məbləğində pulun və 73 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 12 noyabr 2022-ci il tarixdə tap.az saytında Quba rayonu, Küsnət kəndində 0,12 ha torpaq sahəsinin satışa çıxarılması barədə elanı görmüş, 13 noyabr 2022-ci il tarixdə həyat yoldaşı ilə birlikdə həmin yerə baxmaq üçün Küsnət kəndinə gəlmişdir. Anar adlı şəxslə əlaqə saxlayaraq, çalışdığı Qırız-Dəhnə kəndində yerləşən iş yeri olan restorana getmişdir. Anar sotu 2.000 manat olmaqla, 12 sotu 24.000 manata satacağını bildirmişdir. Lakin, sonradan 18.000 manata razılaşmışlar. 14 noyabr 2022-ci il tarixdə yenidən Küsnət kəndinə gedərək Anarla əlaqə saxlamışdır. Anar bildirdi ki, işdə olduğundan çıxa bilmir, ona görə qardaşı Bəhruzla əlaqə saxlamağını xahiş etmişdir. Bu səbəbdən Bəhruzla görüşüb, təkrarən onunla birlikdə torpağa baxmışlar. Sonda Bəhruza həyat yoldaşının yanında beh olaraq 600 manat məbləğində pul vermiş və 2-3 həftə ərzində gəlib rəsmiləşdirməni aparacağını demişdir. Sonra Bakıya qayıtmışdır. 05 dekabr 2022-ci il tarixdə Anarla zəngləşərək torpaq sahəsinin sənədləşdirilməsi üçün Quba şəhərinə gəldiyini bildirmiş və onlar onunla Quba şəhərindəki Asan Xidmətin qarşısında görüşmüşlər. Anar Mərkəzin inzibati girişindən girdi, sonra ordan çıxıb ona bildirdi ki, torpağı hərrac yolu ilə aldığından, 5 il ərzində alğı-satqı etməsi qeyri-mümkündür. Buna görə, Anardan behi geri istəmişdir. O, isə artıq behi xərclədiyini, yalnız maaş alarkən geri qaytara biləcəyini bildirmişdir. Buna baxmayaraq, dedi ki, torpağı alternativ yolla adına keçirə bilər. Bəhruz ona zəng vuraraq, dedi ki, ona torpağa dair etibarnamə verə bilər ki, tikinti işlərinə başlasın, 5 ildən sonra isə torpağı adına keçirəcəkdir. Lakin, O, bununla razılaşmamışdır. Bəhruzdan 600 manat behi geri istədikdə, o 2023-cü ilə qədər pulu hissə-hissə qaytaracağını bildirmişdir. Bəhruz ona 2023-cü ilin yanvar ayında pulu tam qaytaracağına dair söz versə də, yanvarda yenidən mart ayına kimi möhlət istəmiş, martda isə ümümiyyətlə telefon zənglərinə cavab verməmişdir. Quba RPŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Rəcəbovun 23 mart 2023- cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehlərlə aralarında olan razılaşma cavabdehlərin təqsiri üzündən pozulduğundan, tərəfindən cavabdehlərə ödənilmiş 600 manat məbləğində beh mülki məcəllənin 492.2-ci maddəsinə uyğun olaraq 2 qat şəkildə, yəni 1200 manat məbləğində mənə geri qaytarılmalıdır. Əlavə olaraq, o, Bakı şəhəri, Lökbatan qəsəbəsində yaşayır. Cavabdehin qanunsuz əməllərini ifşa etmək üçün, eyni zamanda pulunu tələb etmək üçün tez-tez Quba şəhərinə getməli olmuşdur. Bu da onun üçün əlavə və planlaşdırılmayan xərcə çevrilmişdir. Ümumilikdə bu məsələ ilə bağlı 2000 manat məbləğində yol xərci çıxmışdır. Bundan başqa, o, mənəvi sarsıntı və iztirablara məruz qalmışdır. Uzun müddət verdiyi pulu geri ala bilməmişdir. Belə olan halda, hesab edir ki, cavabdehlər mənəvi zərərin əvəzi olaraq mənə 2000 manat məbləğində pul ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbini beh hissəsində qəbul edərək, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişlər. Belə ki, onlar iddiaçıda 600 manat məbləğində beh almışlar, lakin torpağı alğı-satqısında yaranmış problemlərə görə torpaq sahəsini iddiaçının adına rəsmiləşdirə bilməmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı torpaq sahəsinin alğı-satqısı əsasında beh olaraq 600 manat məbləğində pul almışlar. Lakin, həmin torpaq sahəsi cavabdehlər tərəfindən iddiaçıya satılması mümkün olmamışdır (mübahisəli torpaq sahəsi bələdiyyə tərəfindən iş üzrə cavabdehə satıldığından həmin torpaq sahəsini 5 il ərzində digər şəxsə satılması qanunvericiliklə məhdudiyyət qoyulmuşdur). Məhkəmə iclasında iştirak etmiş cavabdehlər iddiaçıdan torpaq sahəsinin alğı-satqısı üçün 600 manat məbləğində beh aldıqlarını etiraf etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.2-ci maddəsinin tələblərinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin iddiaçı çəkilmiş yol xərcinin əvəzi olaraq 2000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edidir. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə mövcud sübutların məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 (bir min iki yüz) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 73 manat alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrəini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1200 (bir min iki yüz) manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 73 manat alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar