Məhkəmə qərarları › İş №2(067)-412/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-412/2025

29.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-412/2025 29.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərər əvəzinin ödənilməsi və pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xaçmaz rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6700 manat məbləğində pulun, 1000 manat məbləğində mənəvi zərər əvəzinin və 98 manat məbləğində dövlət rüsumunun, cəmi 7798 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyun 2024-cü il tarixdə Xaçmaz şəhərində maşın bazarında Xaçmaz şəhər sakini Şahid məxsus Opel Sintra markalı, ** BU *** qanunun tələblərinə uyğun etibarnamə əsasında 6700 (altı min yeddi yüz) manat məbləğində satın almışdır. O,maşını satanda maşında heç bir problem olmadığını, maşın saz vəziyyətdə olduğunu və bəzi hissələrdən yağ axıtdığını bildirmişdir. O, ona inanaraq, maşını sürüb Qusar şəhərinə gətirmiş və bir müddət sonra isə Qusar şəhərində maşın təmiri sexinə aparmışdır. Usta maşına baxaraq, bildirmişdir ki, maşında problemlər çoxdur, maşın təmirinə çox vəsait tələb olunacaq və bütün detallardan yağ axıtdığını bildirmişdir. Bundan sonra o, telefonla Cavabdehlə əlaqə saxlamış, maşının nasaz vəziyyətdə olduğunu ona bildirmiş və pulunu geri qaytarmasını ondan xahiş etmişdir. Bir müddət sonra isə maşını sürüb Xaçmaz şəhərinə aparıb, Cavabdeh təhvil vermiş və ondan maşının təhvil alındığı barədə iltizam almışdır. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq halal zəhməti ilə qazandığın pulu geri ala bilmir. Dəfələrlə onunla əlaqə saxlamış, pulunu geri tələb etmişdir, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Qeyd etmək istəyir ki, 4 ay müddətində (maşınını satandan sora) başqasının maşını icarəyə götürmüş, işə maşınla gedib qayıdır və əsəb sarsıntı keçirmişdir. Sonradan çarəsiz qalıb Xaçmaz RPŞ-nə müraciət etmişdir. Araşdırmanın nəticəsi olaraq Xaçmaz RPŞ-dən ona mülki qaydada məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 6700 manat avtomobilin qiymətidir. Onun meyvə bağı var. Ora fəhlə aparmaq üçün bu maşını almaq istədiyinə görə bibisindən borc pul alaraq, həmin bu maşını almışdır. Maşının mühərriki yağ axıdırmı və o, bunu maşın həyətində 10 gün qaldıqdan sonra bilmişdir. O, maşının pulunu Rövşənə vermiş, o, da ona etibarnaməni vermişdir. Maşını Rəvşənin yanında işləyən şəxs sürüb evə qədər gətirmişdir. Maşın həyətdə 10 gün qaldıqdan sonra, yağ axıtdığını Rövşənə bildirmişdir. O, da “gətir, düzəltdirək” deyə bildirdi. O, maşını gətirib düzəlməsi üçün cavabdehə vermişdir. Maşını təmir edib ona versə də, evə çatanda həmin problemin aradan qalxmadığını və maşınının yağ axıtdığını görmüşdür. Maşını yenidən qaytarıb cavabdehə vermiş, və ona maşını istəmədiyini, pulunu qaytarmasını bildirmişdir. O, avtomobili cavabdehdən almışdır. Mülkiyyətçini tanımır. Həmçinin ona dəyən mənəvi zərəri cavabdehdən tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, Xaçmaz şəhərində icarəyə yer götürmüşdür. Orada dost tanış satılması üçün avtomobillər gətirib qoyurlar, o, da onar üçün vasitəçilik edərək, satılmasında köməklik göstərir. Əlbəttə ki, öz qazancı da olur. İddiaçının dedikləri doğrudur. İddiaçı maşın almaq üçün ona yaxınlaşmı və maşınlara baxdıqdan sonra sözügüdən bu maşını bəyənmişdir. O, da ona maşını ustaya göstərilməsini məsləhət görmüşdür. Maşın tanıdığı başqa şəxsin idi. Sadəcə özü xəstə olduğuna görə maşının satılmasını ona həvalə etmişdir.Əhməd maşını əvvəlcə sürüb baxdıqdan sonra ondan almışdır. Mülkiyyətçi ona maşını 8000 manata satmağı demiş, lakin iddiaçı isə maşının qiymətini aşağı samağı təklif etmişdir. O, maşının mülkiyyətçisi ilə telefonla danışmış, mülkiyyətçi də iddiaçının dediyi qiymətlə razılaşaraq, ona satmağını bildirmişdir. İddiaçı ona 6700 manat pul verib, maşını almışdır. O, da həmin pulu maşının mülkiyyətçisinə çatdırmışdır. Orda onun 100 manat qazancı olmuş, 100 manatdan da 30 manatını etibarnamə almaq üçün dövlət rüsumu köçürmüşdür. 70 manat da ona qalan məbləğ olmuşdur. Asəf notariusa gedərək, etibarnamə yazdırıb, iddiaçıya çatdırması üçün ona vermişdir. O, etibarnaməni Əhmədə təqdim etmişdir. Sonradan iddiaçı maşının nasaz olduğunu, mühərrikinin yağ axıtdığını bildirmiş, o, də maşını gətirməsini və təmir etmək üçün ustaya göndrəcəyini bildirmişdir. O, sadəcə vasitəçi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ona pul lazım olduğuna görə maşını satmaq niyyəti ilə Rövşənin maşın dayanacağında saxlamışdır. Rövşən ona zəng vurub maşını almaq istəyənin olduğunu bildirmiş və pulunda məbləği azaltmağını istəmişdir. O, da onların dediyi məbləğə maşını satmağını bildirmişdir. Sonra notariusa gedib etibarnaməni imzalamış, Rövşən özü etibarnaməni alıcıya çatdırmışdır. Etibarnamə yazılan günü maşının pulu ona verilmişdir. Alıcı 20 gündən sonra maşının nasaz olduğunu bildirmiş, Rövşən də təmir etdirmişdir. İddiaçı sonradan həmin problem aradan qalxmadığına görə maşını qaytarmaq niyyəti ilə Rövşənin yanına gətirmişdir. Hazırda maşını satışa qoymuşlar ki, satılsın və Əhmədin pulunu qaytarsın. Rövşən maşını satıb pulunu ona vermiş, o, isə həmin pulu əməliyyat olunduğuna görə xərcləmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iddiaçının və cavabdehin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı, polis mayoru X1 23 oktyabr 2024-cü il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci bəndindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları, tərəflərin izahatları və şahidin ifadəsi ilə müəyyən olunmuşdur ki, Şahid özünə məxsus “OPEL SİNTRA” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq məqsədi ilə tanışı, Cavabdeh icarə əsasında işlətdiyi dayanacağa gətirmiş və avtomibilin satılmasını Cavabdeh həvalə edərək, ondan həmin avtomobili 8000 manata satmasını xahiş etmişdir. Bundan sonra İddiaçı Cavabdeh icarə əsasında işlətdiyi dayanacağa gedərək, sözügedən avtomobili bəyənmiş və almaq üçün 6700 manat pul təklif etmişdir. Cavabdeh avtomobilin sahibinə - Şahid zəng vuraraq avtomobilin alıcısı olduğunu və 6700 manat pul təklif etdiyini bildirmişdir. Şahid həmin avtomobilin iddiaçının təklif etdiyi məbləğdə satılmasına razılıq verdikdən sonra, notariat ofisinə gedərək etibarnamə əsasında sonuncunu İddiaçı satmış və etibarnaməni Cavabdeh vasitəçiliyi ilə iddiaçıya vermişdir. İddiaçı da etibarnaməni aldıqdan sonra 6700 manat məbləğində pulu Cavabdeh vermişdir. Cavabdeh da həmin gün pulu avtomobilin sahibinə - Şahid vermişdir. Bundan sonra İddiaçı sözügedən avtomil nasaz olduğuna görə qaytarmaq məqsədi ilə dayanacağa gətirmiş və narazılığını ifadə edərək, verdiyi 6700 manat məbləğində pulu Cavabdeh geri tələb etmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 6700 manat məbləğində pulun, 1000 manat məbləğində mənəvi zərər əvəzinin və 98 manat məbləğində dövlət rüsumunun, cəmi 7798 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda göstərilən işin hallarından görünür ki, Cavabdeh mübahisəli məsələdə birbaşa tərəf olmamış, sadəcə vasitəçi kimi iştirak etmişdir. Belə ki, İddiaçı iddia tələbində cavabdeh qismində qeyd etsə də, məhkəmə araşdırmasında sonuncunun cavabdeh olmadığı öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçıya cavabdeh qismində avtomobilin sahibi Şahid qeyd etməli olduğunu izah etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçının iddia ərizəsində göstərdiyi hallar üçün cavabdeh olmadığından, işin obyektiv həlli və həmin faktın varlığı barədə güvənli nəticə çıxarmaq məqsədəmüvafiq deyildir. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənəvi zərər əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı mənəvi zərər əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar