Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-2667/2022 15.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin, Əzizin müalicə olunması üçün hər ay 100 manat əlavə yardımın, eləcə də, mediasiya xərci olaraq ödədiyi 50 manat rüsumun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Qızı Süleymanova (Ömərov) Günay Fikrət qızı ilə cavabdeh X4 ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə evlənib ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il tarixdə Əziz adlı uşaqları doğulmuşdur. Qızı Günay cavabdehlə ailə qurduqları ilk vaxtlarda münasibətləri yaxşı olsada sonradan cavabdeh mütəmadi olaraq qızı Günayı döymüşdür. Günay xx.xx.2010cu il tarixdə vəfat etmişdir. Həmin vaxtdan bu günədək nəvəsi Əziz Süleymanov onun himayəsindədir. Bu səbəbdən də Quba rayon İcra Hakimiyyəti başçısının 29.11,2010-cu il tarixli, № 209 saylı Sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş nəvəsi X5 üzərində qəyyum təyin edilmişdir. Cavabdeh uşağın yeməyi, geyimi, müalicəsi ilə maraqlanmır, uşağına heç bir maddi yardım göstərmir. Cavabdehin pay torpaqları vardır. Həmin torpaq sahəsindən yaxşı gəlir əldə edir. Bundan başqa fuad Rusiya federasiyasına gedib-gələrək, ticarətlə məşğul olur. Maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır, lakin gəlirini gizlədir. Bütün qazancını ikinci ailəsindən doğulmuş övladına xərcləyir. Uşağın bütün geyim, yemək, müalicə və digər ehtiyyaclarını o ödəyir. Belə ki, o, Əzizin iki aylığından hal-hazıradək əməliyyatlarına müalicəsinə 16.000 (on altı min) manatdan artıq pul xərcləmişdir. Hazırda da Əziz müalicə olunur və hər gün masaj olunur. Əziz bundan sonra da müalicəsini davam etdirməlidir. Lakin cavabdeh Əzizin müalicəsi ilə maraqlanmamış, ona heç bir maddi yardım göstərməmişdir. O, xəstə olduğunu, pensiya aldığını, başqa gəlir və qazanc yeri olmadığını qeyd etmişdir. Cavabdeh Əziz ilə maraqlanmır, aliment tələb edəcəyini dedikdə isə uşağı öz himayəsinə götürəcəyini demişdir. Cavabdeh 2022-ci ilin may ayında Əzizi öz yanına aparmış, lakin onun nə tərbiyəsi, nə təhsili, nə müalicəsi, nədə ki, maddi ehtiyacları ilə maraqlanmamış, iki aydan sonra Əzizi saxlaya bilməyəcəyini bildirərək, onun yanına göndərmişdir. Əziz Süleymanovun yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması ilə bağlı Mediasiya Şurasına müraciət etmişdir. Lakin xx.xx.2022-ci il tarixdə keçirilmiş mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir. Ona görə də qanunvericiliyin tələbinə əsasən alimentin tutulması üçün Quba rayon məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X1 birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 209 saylı Quba RİHB-nın Sərəncamından görünür ki, Quba şəhəri, 32/33-cü məhəllədə yaşayan İddiaçı valideyn himayəsindən məhrum olunmuş nəvəsi xx.xx.2009-cu il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. Ailə Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Valideyn himayəsindən məhrum olmuş uşaqlara görə aliment bu Məcəllənin 76—78-ci maddələrinə uyğun olaraq tutulur və uşağın qəyyumuna (himayəçisinə) və ya himayədar valideynlərə (atalığa, analığa) ödənilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 150 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, xx.xx.2009-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan xx.xx.2022-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən uşaq üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərhedilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Lakin iddiaçı uşağın xəstəliyi ilə bağlı heç bir sübut məhkəməyə təqdim etməyib. Ona görə iddia uşağın müalicəsi ilə bağlı qeyd edilən hissədə təmin edilə bilməz. Bununla yanaşı, iddiaçının ilkin mediasiya xidməti üçün ödədiyi 50 (əlli ) manat pul pulun yarısı, yəni 25 (iyirmi beş) manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixindən başlayaraq uşaq üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 38 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 25 (iyirmi beş) manat məbləğində pul alınaraq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-2667/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-2667/2022
15.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver