Məhkəmə qərarları › İş №2(027)-2760/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2760/2024

25.12.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2760/2024 25.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi ilə, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxslər X1 və X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı üçüncü şəxslər X4, X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı üçüncü şəxslər X4, X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ilə müraiət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-185F, KOD 30321148 saylı şəhadətnaməyə əsasən onun, üçüncü şəxslər X2, X5 mərhum atası X6 xüsusi mülkiyyətində olan Quba rayonunun Rustov (Püstəqasım) kəndi ərazisində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən və üzərində yerləşən yaşayış evindən istifadəsinə və orada yaşamağına cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən törədilən maneələrin aradan qaldırılması, orada təhlükəsiz vəziyyətdə yaşamağının təmin edilməsi, habelə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, maneələrin aradan qaldırılması ilə əlaqədar olan iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Üçüncü şəxslər X4, X7 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı, 263- 264cü və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı üçüncü şəxslər X4, X7 cəlb olunmaqla cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması” tələbinə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardad 100 (yüz) manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi:1********) İddiaçı oğluna qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar