Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(125)-7103/2025 12.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh 1 saylı Gəncə regional Asan Xidmət Mərkəzinə qarşı “mirasdan imtina ərizəsinin ləğvi, sənədlərin məhkəməyə təqdim edilməsi və miras hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: İddiaçı cavabdeh 1 saylı Gəncə regional Asan Xidmət Mərkəzinə qarşı “mirasdan imtina ərizəsinin ləğvi, sənədlərin məhkəməyə təqdim edilməsi və miras hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsinin “xahiş etdi” hissəsində - ASAN xidmət tərəfindən 2*21-ci ildə tərtib edilmiş mirasdan imtina ərizəsinin hüquqi qüvvədən salınması, ASAN xidmətə həmin ərizə ilə bağlı bütün sənədlərin məhkəməyə təqdim edilməsi, mərhum Vüqar Məmməd oğlunun varisləri – Vəliyeva Mədinə (azyaşlı) və Vəliyeva Səbinənin - miras hüquqlarının bərpa olunması üçün hüquqi maneələrin aradan qaldırılmasının təmin edilməsi xahişi əks olunmuşdur ki, iddia tələbinin obyektini təşkil edən xahişin mahiyyətini müəyyən etmək mümkün deyildir. Eyni zamanda, iddiaçı tərəfindən qeyri-müəyyənliyə yol verilmiş, qeyri-dəqiq, birbiri ilə uzlaşmayan ifadələr əks olunmaqla anlaşılmazlığa yol verilmişdir. Bununla da müəyyən olunur ki, iddia ərizəsi, iddia ərizəsinin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. 152.1.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmənin qənaətinə əsasən İddiaçı cavabdeh 1 saylı Gəncə regional Asan Xidmət Mərkəzinə qarşı “mirasdan imtina ərizəsinin ləğvi, sənədlərin məhkəməyə təqdim edilməsi və miras hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərar verdim: İddiaçı cavabdeh 1 saylı Gəncə regional Asan Xidmət Mərkəzinə qarşı “mirasdan imtina ərizəsinin ləğvi, sənədlərin məhkəməyə təqdim edilməsi və miras hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməsinə mane olmur. Qərardaddan, rəsmi qaydada verildikdən 1* (on) gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən işə baxan Azərbaycan Respublikası Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-7103/2025
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №2(125)-7103/2025
12.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver