Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-2894/2025 17.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızı İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər arasında hər uşağa 150 manat olmaqla cəmi 300 manat alimentin ödənilməsi barədə razılıq olmuşdur. İddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh barışıq sazişində nəzərdə tutulmuş alimentin ödənilməsi şərtini pozur və alimenti ödəmir. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli Barışıq Sazişinin ləğv olunması barədə hər hansı sübut ərizəyə əlavə olunmamışdır. Göründüyü kimi tərəflər arasında alimentlə bağlı barışıq sazişi var və həmin saziş qüvvədədir. Belə olan halda hesab edirəm ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 153, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №2(027)-2894/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-2894/2025
17.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver