Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-295/2022 16.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsinə əsasən 29.11.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin miqdarının azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-518/2021 №li 17.02.2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, 29.11.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, ondan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(105)-1491/2021 saylı qətnaməsinə əsasən Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli, 2(105)-1491/2021 saylı qətnaməsinin qəbul edilməsinə əsas olan nüanslardan biri də onun adına **********, **********, **********, ********** saylı VÖEN-lərin olması olmuşdur. Cavabdeh tərəf Vergilər Nazirliyinin internet portalına daxil olaraq İddiaçı adına olan yuxarıda qeyd edilən VÖEN-ləri çıxardaraq, guya onun gəlirinin yüksək olduğunu bildirirək, qətnamə qət edilməsini xahiş etmişdir. Özü, xəstə halı ilə fəhlə işləyərək, həm Muradı, həm də ki, ikinci ailə həyatından olan oğlu Nihadın təlabatlarını ödəməyə çalışır. Quba Rayon Məhkəməsinin 2(027)-518/2021 saylı iş üzrə 17.02.2021-ci il tarixli qətnaməsində göstərilənlər həqiqəti əks etdirmir. Birinci instansiya məhkəməsinin hakimi əsassız qətnamə qəbul edərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sevda hər dəfə ona qarşı eyni tələb ilə məhkəməyə müraciət edən zaman onun iştirakı təmin edilmədən Sevdann iddiaları tam şəkildə təmin edilirdi. Hazırki tələb ilə bağlı özü də məhkəmədə iştirak edərək, şəkərli diabed xəstəliyindən əziyyət çəkdiyini, dövlət tərəfindən ona insulin verildiyini, onun gəlirinin artmamasını, ikinci ailəsinin olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Lakin onun xahişlərinin heç birisi nəzərə alınmadan yalnız və yalnız 2021-ci il üçün uşaqlarının saxlanma xərclərinin artmasını əsas tutaraq, iddiaçının iddiası tam şəkildə təmin edilmişdir. Onun gəliri artmamış və əksinə daha da azalmışdır çünki gün keçdikdcə onun səhhəti daha da pisləşir və iş qabiliyyəti azalır. Üstəlik ölkəni cənginə alan Covid- 19 pandemiyasına görə işsizlikdən lap əziyyət çəkir. Sevdaya ödədiyi aylıq aliment pulunu elə ay olur ki, dost- tanışından borc alır ki, Murad ondan uzaqdadır və onun ödənişini vaxtında ödəsin. Lakin Sevda bundan istifadə edərək, onu bu xəstə halı ilə yüklü etmək niyyətindədir. O, şəkərli diabed xəstəsi, həm Muradın ödənişini, yaşadığı evin kirayə haqqını və həm də ki, ikinci ailəsinin tələbatını ödəməyə çalışır. İddiaçı ilə aralarında olan rəsm nikah məhkəmə qaydasında ləğv edildikdən sonra iddiaçı oğlu Murad ilə onun ünisyyətinə mane olmuşdur. Belə ki, Quba Rayon Məhkəməsinin 2(027)-205/2011 saylı qətnaməsi ilə oğlu Murad üzərində olan atalıq hüquqlarından məhrum edilmişdir. O, oğlu Murad üzərində olan atalıq hüquqlarından məhrum edildikdən sonra keçmiş qaynatası və qaynanası Muradı övladlığa götürmüşdürlər. Bunu sübut etmək üçün Quba rayon Təhsil Şöbəsinin metodisti, qəyyumluq və himayəçilik və yetkinlik yaşına çatmamışların vərəsəlik hüquqlarının mühafizəsi işləri Orqanının ictimai ispektoru tərəfindən 09.08.2012-ci il tarixli rəydə verilmişdir. Özü 2-ci dəfə ailə həyatı qurmuş, həmin nikahdan 2012-ci il təvəllüdlü X6 adlı bir övladı var. Heç bir yerdə işləmir və hər hansı bir sabit gəliri yoxdur. Hər dəfə alimentin miqdarı artırıldıqda onun maddi sıxıntıları olur. Hesab edirəm ki, Quba Rayon Məhkəməsinin 2(027)- 518/2021-ci il tarixli qətnaməsi ləğv edilməlidir və daha ədalətli qərar verilməli və onun xəstəliyi, maddi vəziyyəti nəzərə alınmalıdır. Göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh qismində dindirilmiş Cavabdeh nümayəndəsi X4 iddian qəbul etməyərək göstərmişdir ki, təmsil etdityi Cavabdeh onun doğma qızıdır. Quba Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, 29.11.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, İddiaçı hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin olunmuş aliment məbləği hazırkı vəziyyətdə uşağın saxlanılmasına kifayət etmir, onun geyiminə, yeməyinə, müalicəsinə və digərməişət tələbatlarının ödənilməsinə çatmır. Uşaq böyüdüyündən onun, maddi tələbatı da artmışdır. Hazırkı iddianın əsassız olmasını hesab edir, belə ki, İddiaçı taksi fəaliyyəti ilə məşqul olmaqla, gəlir yeri vardır, bu da alimentin artırılması üçün əsasdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-4049/2018 saylı 20.12.2018-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 06 mart 2018-ci il tarixli, 2(027)-760/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2024/2020 saylı 24.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli, 2(027)-499/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Mülki işin materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-518 /2021 saylı 17.02.2021-ci il tarixli qətnamədən görünür ki, Quba Rayon Məhkəməsinin 14.10.2016-cı il tarixli 2(027)-5119/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmaqla, 29.11.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, ondan hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1491/2021 saylı 27.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, Quba rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(027)-518/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Mülki işin materiallarında olan Bakı şəhər Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin 09 iyul 2021-ci il tarixli uçota dair arayışdan görünür ki, İddiaçı sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 08.07.2021-ci il tarixdən 08.07.2026-cı il tarixədək dayandırılmışdır. Mülik işin materiallarında olan Bakı Sağlamlıq Mərkəzinin Ambulator Stasionar Xəstənin X3 görünür ki, İddiaçı E10 insulindən asılı olan şəkərli diabet diaqnozu qoyulmuşdur. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun bu norması məhkəmə tərəfindən alimentin müəyyən olunmuş miqarının dəyişilməsi üçün zəruri əsas kimi alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasını nəzərdə tutur. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı alimentin miqdarının azaldılmasının əsası kimi göstərdiyi; xəstə olması, ikinci dəfə ailə qurması, həmin ailəsindən övladının olması ilə bağlı hallar, bundan öncə də onun tərəfindən alimentin artmaması əsası kimi irəli sürülmüş həmin hallara Sumqayıt Apellyasiya Məhkəməsinin 27.04.2021-ci il tarixli qətnaməsində hüquqi qiymət verilərək, bu tələb təmin edilməmişdir. İddiaçının ikinci uşağının dünyaya gəlməsi isə onu birinci nikahdan olan uşağı saxlaması vəzifəsindən azad etmir. Həmçinin İddiaçı E10 insulindən asılı olan şəkərli diabet xəstə olmasını əsas göstərsə də bu cür xəstələrə müalicə olunması üçün dərman və digər tibbi preparatların verilməsi dövlət tərəfindən tam olaraq ödənişsiz həyata keirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqalrın qayğısına qalmaq valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşağın özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynlərini öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentn ödənilməsi onlara öz şəxsi istehlak təlabatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, qeyd olunan maddi və prosessual hüquq normalarına isinad edərək və yetkinlik yaşına çatmayan uşaqın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, qət e t d i: İddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-295/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-295/2022
16.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver