Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-331/2024 12.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları - xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 15 iyul 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2013-cü il tarixdə oğlu X7, xx.xx.2015-ci il tarixdə qızı X4 anadan olmuşdur. Bir neçə vaxtdır ki, cavabdehlə ayrı yaşayır. Aralarında baş verən ailə münaqişəsi nəticəsində o öz övladlarını götürüb atasının evinə getmişdir. Hal-hazırda o və iki övladı atasının himayəsində yaşayır. Bu müddət ərzində cavabdeh övladlarının necə yaşaması ilə maraqlanmır, onların təlim tərbiyəsi ilə məşğul olmur. O işləmədiyindən övladlarının saxlanmasında çətinlik çəkir. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir, əlavə olaraq qeyd etmişdir ki, onlar bir il iki aydır ki, ayrı yaşayırlar, uşaqlar Quba şəhər 4 nömrəli məktəbdə təhsil alır, cavabdeh uşaqlarla maraqlanmır. Birlikdə yaşadıqları vaxt cavabdehin restoranda fərdi qaydada işləməklə müxtəlif məbləğlərdə, hətta ayda 1000 manata qədər qazancı olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, o bu müddətdə dəfələrlə ailəsilə barışmaq istəmiş və buna cəhdlər göstərmişdir. Lakin barışıq mümkün olmamış, hər dəfə həyətdən qovulmuşdur. Hal-hazırda onun rəsmi əmək haqqısı 326 manat təşkil edir və bu barədə məhkəməyə arayış taqdim etmişdir. O aliment vermək iqtidarında deyil və ailəsilə barışıb, ailə münasibətlərini davam etdirmək istədiyi üçün iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ 868507 seriyalı “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, Ağasiyev X5 Reyhanə Rauf qızı ilə 15 iyul 2013-cü il tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuş, bu barədə akt qeydləri kitabında 245 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına” Ağasiyeva” soyadı verilmişdir. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixində Quba rayon Qeydiyyat şöbəsindən verilmiş doğum haqqında arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuş, atası- Cavabdeh, anası- X6 qeyd olunmuşdur. İş materiallarında olan 22 sentyabr 2023-cü il tarixində Quba rayon Qeydiyyat şöbəsindən verilmiş doğum haqqında arayışdan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 doğulmuş, atası- Cavabdeh, anası- X6 qeyd olunmuşdur. İş materiallarında olan X2 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023-001638 saylı arayışına əsasən, Cavabdeh ilkin mediasiya sessiyasında aliment tələbinə etiraz etmiş və növbəti mediasiya prossesinin həyata keçirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan Quba RİH Mənzil İstismar Sahəsinin 11 dekabr 2023-cü il arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən hal-hazıra kimi Mənzil İstismar Sahəsinin DOST İŞ Mərkəzi MMC-nin sosial işçisi kimi Quba şəhərində çalışır, aylıq əmək haqqı 326 (üç yüz iyirmi altı) manatdır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında rəsmi nikah bağlanılmış, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. Rəsmi nikahları olsa da, ayrı yaşayırlar və iddiaçı işləmədiyini, uşaqların maddi təminatlarını ödəməyə çətinlik çəkdiyini qeyd edərək cavabdehdən uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh könüllü şəkildə birgə nikahdan olan uşaqların saxlanması üçün maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq müntəzəm əmək haqqı aldığı müəyyən edilmişdir. Lakin həmin məbləğin 1/3 hissəsi kimi tutulacaq aliment, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğindən az olduğundan, cavabdehdən tutulacaq aliment hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında olmaqla, həmçinin tutulacaq alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Cavabdeh iki uşağa görə xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 175 (yüz yetmiş beş) manata alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq müəyyən edilməsini ağlabatan hesab edilir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşağın taminatının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 62 (altımış iki) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01 avqust 2013-cü il təvəllüdlü X3 və 01 iyun 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 2 uşağa görə qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında və hər uşaq üçün 175 (yüz yetmiş beş) manat alimentə nisbətdə qalıq məbləğ sabit pul məbləğində olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 62 (altımış iki) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-331/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-331/2024
12.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver