Məhkəmə qərarları › İş №2(027)-353/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-353/2022

14.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-353/2022 14.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsindən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 175 manat sabit pulun Cavabdeh ödəməkdən azad olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 11 iyul 2016-cı il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 18 oktyabr 2017-ci də Dəniz adlı uşaqları anadan olmuşdur, usaq Cavabdeh himayəsindədir. Cavabdeh 27 oktyabr 2017-ci il tarixdə valideynləri ilə birlikdə onların evindən çıxıb getmiş və bir daha onların evinə qayıtmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ona xəyanət edərək başqa şəxslə qoşulub qaçmışdır, hazırda onun olduğu, yaşadığı yer məlum deyildir. Quba rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq cavabdehin himayəsində saxlanılmış, ondan uşağın saxlanması üçün hər ay 175 manat aliment alınıb cavabdehə verilməsi qət olunmuşdur. O, dəfələrlə həyat yoldaşı və qızı ilə maraqlanmaq istəmiş, lakin onun yaşadığı Küsnət-qazma kənd sakinləri bildirmişlər ki, Cavabdeh və ailəsi uzun müddətdir ki, kənddən çıxıb getmişlər, onların harada olmaları barədə məlumatları yoxdur. Cavabdehin adına açdığı karta 100 manat aliment ödəmişdir. Lakin cavabdeh həmin pulu götürməmişdir. Aliment ödəməli olduğu azyaşlı qızı Dənizin taleyi barədə məlumatı yoxdur. Ona görə də aliment ödəməkdən azad olunmağı barədə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(027)-99/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Cavabdeh arasında olan Quba rayon Qeydiyyatı Şöbəsində 11 iyul 2016-cı il tarixə bağlanmış və 285 nömrə ilə qeydə alınmış nikah qeydi pozulması, 18 oktyabr 2017-ci il təvəllüdlü X2 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 02.02.2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2021ci il tarixli 2(105)-1473 saylı qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 02 fevral 2021ci il tarixli, 2(027)-99/2021 saylı qətnaməsi qismən, İddiaçı 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutularaq Cavabdeh verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab ediri ki, iddia aşağıda göstərilənlərə əsasən əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində birinci instansiya məhkəməsi üçün həmin məhkəmənin qətnaməsinə dəyişiklik edilməsi, yəni bu qətnamənin dəyişdirilməsi səlahiyyətləri nəzərdə tutulmamışdır. Qanunda bu səlahiyyətlər apellyasiya instansiya məhkəmələrinə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Digər tərəfdən, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2(027)-99/2021 saylı qətnaməsi ilə nikah pozularkən tərəflərin birgə nikahından 18 oktyabr 2017-ci il təvəllüdlü X1 anası Cavabdeh himayəsinə verilməsi, İddiaçı 02.02.2021-ci il tarixdən başlayaraq, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutulub Cavabdeh verilməsi qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.04.2021-ci il tarixli 2(105)-1473 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 02 fevral 2021ci il tarixli, 2(027)-99/2021 saylı qətnaməsi qismən, İddiaçı 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulub Cavabdeh verilməsi hissəsində ləğv edilmiş, 18 oktyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutularaq Cavabdeh verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qərarları da qanuni qüvvəyə minmişdir. Qanuni qüvvəyə minmş məhkəmə qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqın saxlanması üçün alimentin tutulması artıq müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu işdə də preyudisiallıq şərtləri mövcuddur. Belə ki, konkret fakt işdə iştirak edən şəxslərin (tərəflərin) iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmişdir və bu fakt həmin işdə iştirak edən tərəflərin iştirak etdiyi başqa bir iş üzrə də sübut etmə predmetinə aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, qanun norması tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu təqdirdə alimentin artıq müəyyən olunmuş miqdarının dəyişilməsini və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla alimentin ödənilməsindən azad edilməsini təsbit edir. Qanun normasının mənasına görə tərəflərin ailə vəziyyətlərinin dəyişilməsi dedikdə, aliment ödəyən şəxsin himayəsində olan şəxslərin sayının artması və bunun onun maddi vəziyyətinə mənfi təsir etməsi başa düşülür. Tərəflərin maddi vəziyyətlərinin dəyişilməsi dedikdə isə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Adətən bu hal alimenti ödəyən, yaxud aliment alan şəxsin gəlirinin çoxalması və ya azalması ilə əlaqədar olur. Belə ki, aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, alimentin miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edə bilər. Diqqətəlayiq başqa maraqlar isə hər bir konkret işdən asılı olmaqla differensasiya olunur və bu zaman həmin halın müvəqqəti olması və yaxud daimi xarakter daşıyıb-daşımaması nəzərə alınmalıdır. İddiaçı iddia tələbini əsaslandırdığı halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və bununla da iddia tələbinin əsaslı olduğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda istinad olunan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət e t d i: İddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar