Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-405/2020 17.03.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 manat sığorta ödənişi məbləğinin, 500 manat işlərin görülməsi xərcinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5530 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şirkəti ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Şirkəti ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İsuzu MD 22V” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məhsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı alınmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “İsuzu MD 22V” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, SMM dairəsinin yaxınlığında yol-nəqliyyat hadisəi törətmiş və “Mercedes Benz E260” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E240” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Şirkəti ASC 5.000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Quba RPŞ DYPB-nin İddiaçı Şirkəti ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli qərarına əsasən, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. İddiaçı Şirkəti ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdehməhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarınaəlavə olunmuş AB 547703 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə Cavabdeh məxsusdur. İş materiallarına əlavə olunmuş AA 995868 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “İSUZU MD – 22V avtobus” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarına əlavə olunmuş xx.xx.2017-ci il tarixli ƏN-İİİ 991167 nömrəli “Nəqliyyat vasitəsini idarə etmək” səlahiyyəti verən etibarnamənin surətindən görünür ki, Mülkiyyətçi X6 **- LS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə olunmuş AD 126457 nömrəli ABC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə X5 məxsusdur. İş materiallarına əlavə olunmuş AC 921373 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E260 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İş materiallarına əlavə olunmuş AC 216203 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə X8 məxsusdur. İş materiallarına əlavə olunmuş AD 171128 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E240 minik” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2r. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 5739/18/AA-5364/18 nömrəli Sığorta aktından və ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən X1 hesabına 3900,50 manat məbləğində dəymiş zərərə görə sığorta ödənişi edilmişdir.Faydalana şəxsX2r. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli 5534/18/AA-5364/18 nömrəli Sığorta aktından görünür ki, İddiaçı ASC tərəfindən X4 1099,50 manat məbləğində dəymiş zərərə görə sığorta ödənişi edilmişdir.Faydalana şəxsKəlbixanov Rafiq Musaiboviçdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli icbari sığorta müqaviləsindən görünür ki, X10 “İSUZU MD – 22V avtobus” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili bir il müddətinə əmlaka vurulan zərərə görə 5000 manat dəyərində İddiaçı ASC-də sığortalatmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ziyan aktından görünür ki, “Mercedes Benz E240 minik” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 5570 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli ziyan aktından görünür ki, “Mercedes Benz E260 minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1570 manat dəyərində ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli İXP2102843 nömrəli “İnzibati xəta haqqında” protokoldan və xx.xx.2018-ci il tarixli TP2187450 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzbati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Quba RPŞ-nin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında Qanunu ilə müəyyən edilmiş “D” kateqoriyası olmaması, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi müəyyən edildiyindən Cavabdeh barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə məhkəməyə təqdim edilmiş təkzibedilməz sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Şirkəti ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “İsuzu MD 22V” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məhsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı alınmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “İsuzu MD 22V” markalı, **-LS- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, SMM dairəsinin yaxınlığında yol-nəqliyyat hadisəi törətmiş və “Mercedes Benz E260” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E240” markalı, **-GP-*** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı Şirkəti ASC 5.000 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Quba RPŞ DYPB-nin İddiaçı Şirkəti ASC-yə təqdim etdiyi xx.xx.2018-ci il tarixli qərarına əsasən, Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülmüşdür. Sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-6.2-ci maddələrinə görə icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 13.1-13.2-ci maddələrinə görə icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, sığorta şirkəti qeyd olunan iş üzrə zərərçəkənlərə dəymiş zərərin əvəzini ödədiyindən, tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçmişdir. Belə olan halda, Cavabdeh xx.xx.2018-ci il tarixdə “İsuzu MD 22V” markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu, SMM dairəsinin yaxınlığında yol-nəqliyyat hadisəi törətmiş və “Mercedes Benz E260” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz E240” markalı, **-GP- *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yaranan yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə «xxxxxxxxx» ASC (sığortaçı) tərəfindən ödənilən sığorta məbləği (5.000 manat) cavabdehdən subroqasiya qaydasında tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün qismən təmin edilməli, 5.000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 5030 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı-yə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçı işlərin görülməsi ilə bağlı cavabdehdən 500 manat məbləğində pul tələb etsə də, həmin işlərin görülməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.000 manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbləğində dövlət rüsumu, cəmi 5030 manat məbləğində pul tutularaq İddiaçı-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-405/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-405/2020
17.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver