Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-408/2025 10.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, ona olan əmək haqqı borcuna görə cavabdehdən 3660 manat pulu dövlət rüsumuna ödənilmiş pulu, hüquqi yardım üçün çəkilmiş xərcləri maddi və mənəvi ziyan üçün cəmi 1000 manat pul tutaraq, ümumilikdə 4660 manat pulun tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh MMC-də işləyərkən ödənilməyən əmək haqqı – 2023-cü ilin sentyabr ayı üçün – qros 1000 manat, net 889 manat, 2023-cü ilin oktyabr ayı üçün - qros 1000 manat, net 889 manat, 2023-cü ilin noyabr ayı üçün - qros 1000 manat, net 889 manat və son haqq-hesab – qros 660 manat, net 591,50 manat olmaqla ümumilikdə qros 3360 manat (net 3216,50 manat) məbləğin ödənilməsi və DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü illərdə Cavabdeh MMC-də işləyirmişdir. Bu işlədiyi müddətdə sentyabr, oktyabr, noyabr son haqq- hesabla birlikdə 3.660 manat ona şirkət borclu qalmışdır. Əvvəlcə şirkətə müraciət etdikdə səbr edin, əmək haqqınız artıqlaması ilə ödəniləcək deyirdilər. Daha sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinə müraciət etmişdir. Onun izahatında o, daxil olmaqla Cavabdeh-in bütün işçilərinin əmək haqqının ödənilməsini bildirərək pul verməkdən yayınırdılar. Daha sonra o, X3 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh-MMC-nin əvvəlki hüquqi ünvanı Qusar rayonunda yerləşsədə dəyişiklərdən sonra hüquqi ünvanları Quba rayonunda yerləşir. Eyni vəziyyət orada da yarandı. Bu təşkilat pul vermir, heç bir kəs ala bilməz bildirdilər. Ərizəyə hər iki təşkilatdan olan cavab məktubunun surətini əlavə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri birbaşa şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və bildirmişdir ki, 2023-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, bu günə kimi əmək haqqının son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismənm təmin edilməlidir. Belə ki, iş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 14 iyun 2024-cü il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh MMC-nin sabiq direktoru X2 izahatına, təqdim etdiyiniz əmək haqqı bank hesabınızdan çıxarışa və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxılaraq müəyyən olunmuşdur ki, "Qusar Yem” MMC-nin işəgötürəni ilə aranızda bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə (tərəflərdən birinin təşəbbüsü;) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarının əmək haqları daxil olmaqla son haqq- hesabınız halhazıradək ödənilməmiş, bununlada Əmək Məcəllənin 83.2-ci, 172.1-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. A.M.Qurbanov öz izahatında siz daxil olmaqla Qusar Yem” MMC-nin bütün işçilərinin əmək müqavilələrinə xitam verərkən müəssisənin hesabında maliyyə vəsaitinin olmaması səbəbindən qalıq əmək haqlarının və son haqqhesabların ödənilməsini təmin edə bilmədiyini, öz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdikdən sonra müəssisənin fəaliyyətinin dayandığını, işçilərin sənədlərini və müəssisənin əmlakını Akif Dəmirov və Xaliq Cəfərov adlı şəxslərə təhvil verdiyini, müəssisənin hüquqi təmsilçisi X1 və digər işçilərin qalıq əmək haqları daxıl olmaqla son haqq- hesablarınızı ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. “Qusar Yem" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-29324/2024 nömrəli məktubla müraciət olunsada, məktub poçtun “ünvan bağlıdır" qeydi ilə geri qayıtmışdır. Cavabdeh MMC-nin hüquqi təmsilçisi T.V.Qafarov ilə votsap şəbəkəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və müraciət ilə bağlı aidiyyəti sənədlərin DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə təqdim etmək və araşdırmada iştirak etmək üçün dəvət olunduğu onun nəzərinə çatdırılmışdır. Votsap əlaqəsi zamanı T.V.Qafarov Azərbaycan Respublikasından xaricdə olduğunu, qeyd olunan halların onun rəhbərlik etdiyi dövrdən əvvəl olduğunu, hazırda müəssisənin fəaliyyətinin olmadığını, Azərbaycana qayıtdıqdan sonra bununla bağlı araşdırma aparacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabs ödənilmədiyindən Cavabdeh MMC-nin sabiq direktoru A.M.Qurbanov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən DƏMX- nin Quba-Xaçmaz regional şöbəsinin 31,05.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə izibati cərimə olunmuşdur. Müraciətdə qeyd olunan dövrə aid əmək haqqlarının daxil olmaqla son haqq-hesabın ödənilməsi məqsədilə Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 3-17-5/2-34475/2024 nömrəli məktub göndərilməklə icrası məcburi göstəriş verilmişdir. Son haqq-hesab Qusar Yem" MMC tərəfindən ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-də mühasibat vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı 889 manat (qros 1000 manat) olmuşdur. Lakin İddiaçı işdən çıxmaqla əlaqədar əmək haqqı və son haqq-hesab tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Ümumidünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsindəsində deyilir: “Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir” Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyasının 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyasının bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlalıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyasının 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə Hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. (MPM-nin 6-cı maddəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsi) Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Eyni Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Eyni Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı həmçinin cavabdehdən 1000 manat məbləğində mənəvi zərər tələb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Zərər tələb edilərkən, zərər tələb edən şəxs, yəni iddiaçı bu zərərin göstərilən məbləğdə olması, həmin zərərin cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş yaranması, zərərlə cavabdehin qanunsuz hərəkətlər arasında səbəbli əlaqənin olması və zərər vurulmasında cavabdehin təqsirli olmasını sübut etməlidir. Bu halları da qanun görə iddiaçı sübut etməlidir. İddiaçı Cavabdeh MMC-dən 1000 manat məbləğində maddi mənəvi təzminat tələb etsə də, iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, bunun nəticəsində ona cavabdeh tərəfindən 1000 manat məbləğində mənəvi zərər vurulması, cavabdehin hansısa qanunsuz hərəkətləri ilə bu mənəvi zərər arasında səbəbli əlaqənin olması və bu məbləğdə mənəvi zərərin vurulmasında cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia 1000 manat məbləğində mənəvi təzminat tələbi hissəsində əsassızdır və təmin olunmamalıdır. Bundan başqa, İddiaçı hüquqi yardımla bağlı ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalı, 3216,50 manat ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli və 443,50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. 3216,50 manat ödənilməmiş əmək haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin və 443,50 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-408/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-408/2025
10.01.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver