Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-409/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək haqqının ödənilməsi və mənəvi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsilə müraciət edərək, ona əmək haqqı borcuna görə cavabdehdən 2715 manat pulu, hüquqi yardım üçün çəkilmiş xərclər, maddi və mənəvi ziyan üçün 1000 manat pul tutularaq, ümumilikdə 3715 manat pul tutularaq barədə qətnamə qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü illərdə Cavabdeh MMC-də işləmişdir. Bu işlədiyi müddətdə sentyabr, oktyabr, noyabr son haqq- hesabla birlikdə 2715 manat şirkət ona borclu qalmışdır. Əvvəlcə şirkətə müraciət etdikdə səbr edin, əmək haqqınız artıqlaması ilə ödəniləcək deyirdilər. Daha sonra o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Quba-Xaçmaz Regional şöbəsinə müraciət etmişdir. Onun izahatında o, daxil olmaqla Cavabdeh MMC-nin bütün işçilərinin əmək haqqının ödənilməməsini bildirərək pul verməkdən yayınırdılar. Daha sonra X4 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh-MMC-nin əvvəlki hüquqi ünvanı Qusar rayonunda yerləşsədə dəyişiklərdən sonra hüquqi ünvanları Quba rayonunda yerləşir. Eyni vəziyyət orada da yarandı. Bu təşkilat pul vermir, heç bir kəs ala bilməz deyirdilər. Ərizəyə hər iki təşkilatdan olan cavab məktublarının surətini əlavə edir. Məhkəmə iclasında İddiaçı iddia tələbinı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və bildirmişdir ki, 2023-cü ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, bu günə kimi əmək haqqının son haqq hesabı ödənilməmişdir. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinin İddiaçı ünavnalanmış 06 iyun 2024-cü il tarixli məktubdan görünür ki, aparılan araşdırma zamanı Cavabdeh MMC-nin sabiq direktoru X2 izahatına, təqdim etdiyiniz əmək haqqı bank hesabınızdan çıxarışa və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və məşğulluq" altsisteminə baxılaraq müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin işəgötürəni ilə aranızda bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü;) əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş, lakin 2023-cü ilin sentyabr və oktyabr aylarının əmək haqları daxil olmaqla son haqq-hesabınız hal-hazıradək ödənilməmiş, bununlada Əmək Məcəllənin 83.2-ci, 172.1-ci və 172.4-cü maddələrinin tələbləri pozulmuşdur. A.M.Qurbanov öz izahatında sız daxıl olmaqla Qusar Yem” MMC-nin bütün işçilərinin əmək müqavilələrinə xitam verərkən müəssisənin hesabında maliyyə vəsaitinin olmaması səbəbindən qalıq əmək haqlarının və son haqqhesabların ödənilməsini təmin edə bilmədiyini, öz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verdikdən sonra müəssisənin fəaliyyətinin dayandığını, işçilərin sənədlərini və müəssisənin əmlakını Akif Dəmirov və Xaliq Cəfərov adlı şəxslərə təhvil verdiyini, müəssisənin hüquqi təmsilçisi X1 və digər işçilərin qalıq əmək haqları daxıl olmaqla son haqq- hesablarınızı ödəyəcəyinə söz verdiyini qeyd etmişdir. Müraciətiniz ilə bağlı aidiyyəti sənədləri təqdim etmək və araşdırmada iştirak etmək məqsədilə "xxxx" MMC-nin ünvanına xx.xx.2024-cü il tarixli 3-17-5/2-29324/2024 nömrəli məktubla müraciət olunsada, məktub poçtun “ünvan bağlıdır” qeydi ilə geri qayıtmışdır. Cavabdeh MMC-nin hüquqi təmsilçisi T.V.Qafarov ilə votsap şəbəkəsi vasitəsilə (***-***-**-**) əlaqə saxlanılmış və müraciət ilə bağlı aidiyyəti sənədlərin DƏMX-nin Quba-Xaçmaz regional şöbəsinə təqdim etmək və araşdırmada iştirak etmək üçün dəvət olunduğu onun nəzərinə çatdırılmışdır. Votsap əlaqəsi zamanı T.V.Qafarov Azərbaycan Respublikasından xaricdə olduğunu, qeyd olunan halların onun rəhbərlik etdiyi dövrdən əvvəl olduğunu, hazırda müəssisənin fəaliyyətinin olmadığını, Azərbaycana qayıtdıqdan sonra bununla bağlı araşdırma aparacağını bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabınız ödənilmədiyindən Cavabdeh MMC-nin sabiq direktoru A.M.Qurbanov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən DƏMX- nin Quba-Xaçmaz regional şöbəsinin 31,05.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı ilə izibati cərimə olunmuşdur.Məlum edirik ki, müraciətdə qeyd etdiyiniz dövrə aid əmək haqqlarınız daxil olmaqla son haqq-hesabınızın ödənilməsi məqsədilə “Qusar Yem" MMC-yə xx.xx.2024-cü il tarixli 3-17-5/2-34475/2024 nömrəli məktub göndərilməklə icrası məcburi göstəriş verilmişdir. Son haqq-hesabın Cavabdeh MMC tərəfindən ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək müqaviləsi bildirişi”nin surətindən göründüyü kimi, İddiaçı Cavabdeh MMC- ilə xx.xx.2023-cüil tarixdən xx.xx.2023-cü il tarixdək mühasib kimi əmək münasibətində olmuşdur. İş materialarında olan “Kapitalbank” ödəniş kartı üzrə Çıxarışdan göründyü kimi, İddiaçı 0101.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək cəmi 889 manat mədaxil olmuşdur. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, İddiaçı Cavabdeh MMC-də mühasib vəzifəsində işləmiş, xx.xx.2023-cü il tarixli əmrlə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı 889 manat (qros 1000 manat) olmuşdur. İddiaçı iddiasını işdən azad olunarkən əmək haqqı və son haqq-hesabın tam şəkildə ödənilməməsi ilə əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87.5-ci maddəsinə əsasən işəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Həmin Məcəllənin 172 1-ci maddəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmədə tədqiq edilmiş mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində cavabdeh işçi qimsində iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə öz öhdəliklərini lazimi qaydada icra etməmiş, işçiyə əmək haqqı məbləği lazimi qaydada ödənilməmiş, habelə işçi ilə son iş günü haqqhesab edilməmişdir. Bununla da,məhkəmə araşdırması zamanı işəgötürən qimsində çıxış edən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9,83,87, 144,156,172,173-cü maddələrinin tələbləri pozulması müəyyən edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdehin işçi qismində çıxış edən iddiaçı ilə bağlanılmış əmək müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu, lakin ödənilməyən son haqqhesab üzrə ümumi ödənişin məbləği 2418 manat təşkil edir. Cavabdeh qeyd edilən məbləğin 2715 manat olduğunu qeyd etsə də, məhkəmə hesab edir ki, qalıq məbləğ DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı üzrə ödəmərdir ki, ödənişin tutulması halında həmin məbləğlər hər bir halda iddiaçının xeyrinə deyil, müvafiq hesablara ödənilməlidir. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İddia ilə iddiaçı həmçinin cavabdehdən 1000 manat məbləğində maddi və mənəvi zərər tələb edir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərərin vurulduğuna görə 1000 manat məbləğin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən həcmdə fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hansı qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin əmək haqqının qaytarılmamasında ifadə olunan hərəkətləri öz təsdiqini tapdığından, bu hərəkətlərə görə mənəvi ziyana görə istisna olunmayan 350 manat ağlabatan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Habelə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd edilən hissədə də iddia qismən təmin edilməklə 150 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmələri nəzərə alınmaqla 2418 manat ödənilməmiş əmək haqqı, 150 manat maddi zərər, 350 manat mənəvi zərər məbləği, Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. DSMF ayırmaları, işsizlikdən sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmələri əlavə nəzərə alınmaqla 2418 manat ödənilməmiş əmək haqqı, 150 manat maddi zərər, 350 manat mənəvi zərər məbləği, cəmi 2918 (iki min doqquz yüz on səkkiz) manat Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-409/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-409/2025
05.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver