Məhkəmə qərarları › İş №2(106)-60/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-60/2025

11.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-60/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Məhkəmə tərkibisı hakimlər X14 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət məhkəmə tərkibində, Hüseynova Gülnarə Süleyman qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-2/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-2/2023 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" ASC-yə və Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə qarşı torpaq sahəsinin bərpa edilməsi və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 ha torpaq sahəsinin orta hissəsində qazılmış kanalın doldurulması, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, torpağın yararsız vəziyyətə salınması nəticəsində dəymiş ziyana və əldən çıxmış faydaya görə ümumilikdə 5000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsi və iddia qaldırılması üçün ödənilmiş 30 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0.1195 hektar torpaq sahəsi 2000-ci ildən onun istifadəsində olmuş və həmin torpaq sahəsində əkin işləri aparılmışdır. Həmin torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun xüsusi mülkiyyəti kimi qeydə alınmış və bu barədə ona xx.xx.2019-cu il tarixli ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Lakin onun xüsusi mülkiyyətində olan torpaq sahəsi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində yararsız vəziyyətə düşmüş və torpaq sahəsindən istifadə hüququ tamamilə məhdudlaşdırılmışdır. Belə ki, cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsinin orta hissəsində böyük bir kanal qazılmışdır. Kanal torpaq sahəsinin orta hissəsindən keçdiyi üçün həmin torpaq sahəsində nə tikinti işləri, nə də əkin işləri apara bilmir. O, qazılmış kanalın doldurularaq ləğv edilməsi və torpaq sahəsinin bərpa edilməsi ilə bağlı Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət etmişdir. Cəmiyyət onun ərizəsinə 25 noyabr 2020-ci il tarixli məktubla cavab verərək torpaq sahəsində qazılan kanalın kollektor olmaması, təbii axmaz göldə çoxalan suların yaxınlıqdakı drenə axıdılması üçün keçmiş kollektiv təsərrüfatçılıq dövründə qazılmış arx olması, həmin arxın kənd bələdiyyəsinə aid olmasını, həmin arxın doldurularaq ləğv edilməsi barədə qərarın kənd bələdiyyəsi tərəfindən qəbul edilməli olmasını, kənd bələdiyyəsinin arxın doldurularaq ləğv edilməsi ilə bağlı qərar qəbul edib Cəmiyyətə müraciət edəcəyi təqdirdə, bu işdə texnika ilə köməklik göstərilməsi məsələsinə baxıla biləcəyini bildirmişdir. O, qeyd olunan cavab məktubunu aldıqdan sonra eyni məzmunlu ərizə ilə X6 müraciət etmişdir. Bələdiyyə onun ərizəsinə xx.xx.2021-ci tarixli məktubla cavab verərək torpaq sahəsində aparılmış qazıntının su kanalı deyil, açıq tipli kollektor olmasını, həmin kanalın Bələdiyyə tərəfindən qazılmadığını bələdiyyənin əhalinin ümumi istifadəsində olan hər hansı bir şəbəkənin ləğv edilməsi barədə hüquqi normativ akt qəbul etmək səlahiyyətinin olmamasını, cavabın onu qane etmədiyi halda məhkəmə orqanlarına müraciət etmək hüququnun olması bildirilmişdir. O, qeyd olunan torpaq sahəsində yüksək bar verən meyvə ağaclarının (gilas, alça, ərik) becərilməsi və meyvə satışını həyata keçirmək niyyətində olmuş və bu barədə meyvə ağaclarının ölkəyə gətirilməsini təmin edən şirkətlərin nümayəndələri ilə razılıq əldə etmişdir. Qeyd olunan şirkətin nümayəndələri torpaq sahəsinə baxış keçirmiş torpağın yararsız vəziyyətdə olması bildirilərək ona meyvə ağaclarının verilməsindən imtina edilmişdir. Cavabdehlər tərəfindən xüsusi mülkiyyətində olan torpağın yararsız vəziyyətə salınması nəticəsində və əldən çıxmış faydaya görə ona 5000 manat məbləğdə ziyan dəymişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyində su kanalının onun mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə etmə hüquqlarını məhdudlaşdırdığı qeyd edilsə də, məhkəmə bu hala hüquqi qiymət verməmişdir. O, mülkiyyətində olan torpaq sahəsini alqısatqı yolu ilə almış və torpaq sahəsini əldə etdiyi vaxt orada heç bir su kanalı mövcud olmamışdır. Ümumiyyətlə, qeyd edilən torpaq sahəsində heç vaxt su kanalı mövcud olmamışdır. Hal-hazırda onun torpaq sahəsndən keçən su kanalının doldurulması heç kəsin maraqlarına ziyan vurmayacaqdır. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən halları, yəni mülkiyyətində olan torpaq sahəsində ümumiyyətlə nə vaxtsa su kanalının mövcud olub-olmamasını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. İddiaçı məhkəmədə əvvəlki məhkəmə iclasında verdiyi izahatın məzmununa uyğun izahat verərək bildirmişdir ki, mübahisəli torpaq sahəsini 1996-cı ildə şifahi alqı-satqı əsasında almış və 2019-cu ildə həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Ona məxsus torpaq sahəsindən keçən kanalın uzunluğu 40-50 metr, eni isə 2-3 metrdir. Həmin torpaq sahəsini alarkən orada su kanalının mövcud olmasını bilirdi. Bu barədə müvafiq orqanlara müraciət edərək şikayət etmişdir. Qeyd edir ki, sözügedən kanal torpaq sahəsindən turbalar vasitəsilə keçir. Turbalar isə hazırda ondadır. Əvvəl axmazın çıxışı olmamışdır. Kollektorun sənədləri yoxdur. Onlar vaxtilə balıqçılıq vasitəsi ilə özləri çəkiblər. Oranın təzə turbalarla əvəz edilməsinə etirazı yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, əvvəllər torpaq şəhadətnamə əsasında verilirdi. Ona məxsus torpaq sahəsi həyətyanı sahədir. Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə həmin torpaq sahəsi Miri adlı şəxsə verilmiş, sonradan müəyyən edilmişdir ki, torpaq onun yox, arvadı Ədilə xanımın adına olmuşdur. Həmin torpaq sahəsini də ona satmışlar. Orada əvvəl kanal olmamış, sadəcə olaraq balıqçılıq üçün nəzərdə tutulan kiçik bir kanal mövcud olmuşdur. Ədilə xanıma məxsus torpaq sahəsi 0.12 ha təşkil edirdi və oranı Ədilə xanımdan başqa heç kim istifadə etmirdi. O, torpağı satın almazdan öncə belə orada örtülü kanal mövcud olmuşdur. İndi isə orada özü turbanı çıxarmışdır. Kanal heç kimin balansında deyil. Kollektorun dövlət hesabına çəkildiyi bildirilsə də, bunu təsdiq edən smeta, xərclər müəyyən edilməliydi. Kollektor torpaq sahəsindən keçir və axmaza tökülən suyu daşıyır. Ona məxsus ərazinin yanında süni göl var və ora alternativ yer kimi düşünülə bilər. Kollektor 1981-82-ci illərdə orada mövcud olmamışdır. 1982-ci ildə “Kənd Soveti” oranı Ədilə xanıma həyatyanı torpaq sahəsi kimi Ədilə xanıma vermişdir. Son olaraq onu da qeyd edir ki, əgər cavabdeh ona körpü çəkmək üçün texnika verərsə, su kanalının üstündən torpaq sahəsinə giriş-çıxış üçün razıdır. "xxxx" ASC-nin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin torpaq sahəsi istifadəyə yararsızdır. Mübahisəli kollektor daha əvvəlki tarixlərdə çəkilmişdir. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Məhkəmə tərkibisı Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdeh Sabirabad rayon Həşimxanlı Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Məhkəmə tərkibisı tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan: xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarışdan görünür ki, Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 hektar torpaq sahəsi tam mülkiyyət üzrə İddiaçı xüsusi mülkiyyətindədir ƏMDK DƏDRX 13 saylı Şirvan Əİ tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunur ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 hektar torpaq sahəsinin xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı ekspert rəyindən görünür ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Seriya RX ******* saylı Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində keçən su kanalının (kollektorun) sərhədləri, ölçüləri və kordinatları naturada müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. İddiaçı doldurularaq ləğv edilməsini tələb etdiyi mübahisəli su kanalı (kollektor) Seriya RX ******* nömrəli Çıxarış əsasında İddiaçı məxsus Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 ha torpaq sahəsinin üzərindən keçir və həmin su kanalının mövcudluğu İddiaçı mülkiyyətində olan 0,1195 ha torpaq sahəsindən təyinatı üzrə istifadə etməsi hüquqlarını məhdudlaşdırır. "xxxx" ASC Meliorasiyaİrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə- Mühafizəsinə Nəzarət İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/31№-li arayışda qeyd olunur ki, İddiaçı ərizə və şikayət məktublarında ona məxsus 0,1195 ha torpaq sahəsindən keçən su kanalı ona heç bir ziyan vurmur. Adıçəkilən ərazidən 1988-ci ildə çəkilmiş beton kanalı altından dəmir boru atılmışdır. Qurunt suların axıdılması üçün nəzərdə tutularaq həmin beton kanal inşa edilən zaman Axmaz adlanan təbii sututarın suyu açıq dren şəklində yığıcı kollektora tökülürmüş. "xxxx" ASC-nin MİOQ va SİMN mütəxəssisi kimi əraziyə baxış keçirərək məlum etmişlər ki, İddiaçı 0.1195 ha əkin sahəsinin yanından keçən suvarma su kanalı (beton kanal) 1988-ci ildə inşa edilib. SSİ-nin balansındadır. Həmin kanal İddiaçı əkin sahəsinə heç bir aidiyyəti yoxdur. Onun sahəsindən keçən dren axmazın qrunt suyunun axıdılması üçün qazılan kollektordur. İddaçı İddiaçı 0,1195 ha torpaq sahəsindən suvarma su kanalı keçmir. Axmaz deyilən təbii su tutarının suyunu axıtmaq üçün qazılan (kalxoz-sovxoz dövründə) kiçik həcmli dren sonradan kənd camaatının müraciəti ilə genişlənərək lildən təmizlənmiş, hal-hazırda fəaliyyətdədir. İddiaçı torpaq sahəsindən keçən dren bağlanarsa, Həşimxanlı kənd sakinlərinin yaşayış məntəqələri qrunt suyundan əziyyət çəkəcəklər. İddiaçı torpaq sahəsindan keçən qrunt suyunu nəql edən kollektorun alternativ yol vasitəsi yoxdur. Məhz ona görə beton kanal inşa edildiyi zaman qrunt suyunun nəqli üçün kanalın altından borulu keçid inşa edilmişdir. Bu mübahisəli məsələ ilə bağlı yerli kənd sakinləri və bələdiyyə üzvləri ilə görüşərək söhbət zamanı məlum oldu ki, İddiaçı həmin əkin sahəsini Həşimxanlı kənd sakini X5 alıb. A.Sadıqova həmin ərazidən keçən qrunt suyu axıtmaq məqsədi ilə açıq drenə dəmir boru ataraq (öz hesabına) üstünü torpaqlamışdır. Lakin illər keçdikdən sonra boru çürüyərək qrunt suyunun axınının qarşısını alaraq Axmazın su səviyyəsini qalxızmış, nəticədə əhaliyə ziyan dəymişdir. Həmin ərazidə yaşayan kənd sakinləri Sabirabad rayon İcra hakimiyyətinin başçısına müraciət edərək çürümüş boru çıxarılmış və kollektor lildən təmizlənərək əhalinin istifadəsinə verilmişdir. "xxxx" ASC Sabirabad Meliorasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 98 saylı arayışda qeyd olunur ki, Kür çayı ətrafında olan bütün axmaz və qobuların X7 İdarəsinin balansında olan Kollektor dren şəbəkəsi ilə əlaqələri vardır ki, həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılır. Buna görə də, təbii yaranmış bütün axmazlarda toplanan qrunt və çirkab sular həyətyanı və əkin sahələrinə ziyan vurmaması üçün kollektora axıdılaraq kənarlaşdırılır. Bunun da axmaz və qobular ətrafında olan torpaqların meliorativ vəziyyətinin qorunub saxlanmasında müstəsna əhəmiyyəti vardır. Qeyd edilənlər Həşimxanlı kəndində olan təbii axmaza da aiddir. Həşimxanlı kəndində mövcud olan axmazda toplanan qrunt va çirkab sular vaxtilə kolxoz-sovxoz dövründə çəkilmiş uzunluğu 90,0 metr olan açıq tipli kanal vasitəsilə kollektora axıdılır. 1980-1985-ci illərdə mövcud olan açıq tipli kanal (drenaj) yeni çəkilmiş beton üzlüklü su kanalı ilə kəsişdiyinə və tranzit axımın kəsilməməsinə görə borulu keçid-hidrotexniki qurğu olan duker tikilmiş, həmin duker vasitəsilə sular ötürülmüşdür. Qeyd olunan 90 metr kanal (drenaj) əhalinin ümumi istifadəsindədir və heç bir torpaq payçısının kollektorun mühafizə zolağında mülkiyyət hüququ ola bilməz. Əgər bu kanal ləğv olunarsa, ətrafında yaşayan kənd sakinlərinin kütləvi haqlı narazılığına səbəb olacaqdır. Göstərilənlərə əsaslanaraq axmazda toplanan qrunt suların kollektora axıdılmasını təmin edən mübahisəli kanalın doldurularaq ləğv edilməsi və yaxud ləğvi məqsədəuyğun hesab edilmir. xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10, X2, X13, X1 rayonu Həşimxanlı kəndində yerləşən ümumi sahəsi 0,1195 ha torpaq sahəsini İddiaçı satmışlar. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən açıq tipli suvarma su kanalı (beton kanal) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçsə də, lakin torpaq sahəsi onun tərəfindən xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi əsasında satın alınaraq əldə edildiyi zaman həmin suvarma beton su kanalı mövcud olmuş və iddiaçı torpaq sahəsini həmin vəziyyətdə bəyənərək qəbul etmişdir. Yəni iddiaçı alqı-satqı əsasında torpaq sahəsini qəbul edərkən torpaq sahəsi, onun üzərində olan su kanalının mövcudluğu vəziyyində iddiaçı tərəfindən bəyənilmişdir və iddiaçı torpaq sahəsini məhz bu vəziyyətində istifadə edəcəyini özü üçün müəyyən etmişdir. Ona görə də, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının cavabdeh təşkilatlar tərəfindən pozulması barədə iddiaçının dəlilləri əsassız olduğundan həmin dəlillər iddia tələblərinin təmin edlməsi üçün əsas ola bilməz. Həmçinin iddiaçı tərəfindən doldurularaq ləğv edilməsi tələb olunan Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən kolxoz-sovxoz dövründə 1980ci illərdə inşa edilmiş açıq tipli suvarma beton su kanalı həyətyanı və əkin sahələrinin suvarılması və yağan intensiv yağışlar zamanı əmələ gələn qrunt suları mütəmadi olaraq axmazlara axıdılmasını təmin etməsi təyinatı üzrə kənd sakinlərinin ümumi istifadəsinə xidmət etdiyi üçün həmin kanal doldurularaq ləğv edildiyi halda ümumi istifadəçilər olan üçüncü şəxslərin (kənd sakinlərinin) hüquqları pozulmuş olacaqdır. Ona görə də, ümumi istifadə üçün xidmət edən su kanalının doldurularaq ləğv edilməsi üçüncü şəxslərin kanalın təyinatından istifadə etmək imkanlarını məhdudlaşdırdığından, iddiaçının kanalın ləğv edilməsi yolu ilə özünün mülkiyyət hüquqlarının təmin edilməsi istəyi həmin şəxslərə münasibətdə qanunsuzdur. Odur ki, ümumi istifadəçilər olan üçüncü şəxslərin (kənd sakinlərinin) kanalın təyinatından istifadə etmək hüquqları hər hansı şəkildə məhdudlaşdırıla bilməz. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 170.2-170.4-cü maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin; Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. MM-in 175.3-cü maddəsinə görə əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. MM-in 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Beləliklə, məhkəmə Məhkəmə tərkibisı mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri mötəbər deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Belə ki, "xxxx" ASC Meliorasiyaİrriqasiya Obyektlərinin Qeydiyyatı və Suların İstifadəsinə-Mühafizəsinə Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli 01/31 saylı və "xxxx" ASC Sabirabad Meliorasiya İdarəsinin xx.xx.2021-ci il tarixli 98 saylı arayışına görə "xxxx" ASCnin MİOQ va SİMN mütəxəssisi kimi əraziyə baxış keçirərək məlum etmişlər ki, İddiaçı 0.1195 ha əkin sahəsinin yanından keçən suvarma su kanalı (beton kanal) 1988-ci ildə inşa edilib və SSİ-nin balansındadır. İddiaçı həmin əkin sahəsini Həşimxanlı kənd sakini X5 alıb. A.Sadıqova həmin ərazidən keçən qrunt suyu axıtmaq məqsədi ilə açıq drenə dəmir boru ataraq (öz hesabına) üstünü torpaqlamışdır. Lakin illər keçdikdən sonra boru çürüyərək qrunt suyunun axınının qarşısını alaraq Axmazın su səviyyəsini qalxızmış, nəticədə əhaliyə ziyan dəymişdir. Həmin ərazidə yaşayan kənd sakinləri Sabirabad rayon İcra hakimiyyətinin başçısına müraciət edərək çürümüş boru çıxarılmış və kollektor lildən təmizlənərək əhalinin istifadəsinə verilmişdir. Həmçinin Həşimxanlı kəndində mövcud olan axmazda toplanan qrunt va çirkab sular vaxtilə kolxoz-sovxoz dövründə çəkilmiş uzunluğu 90 m olan açıq tipli kanal vasitəsilə kollektora axıdılır. 1980-1985-ci illərdə mövcud olan açıq tipli kanal (drenaj) yeni çəkilmiş beton üzlüklü su kanalı ilə kəsişdiyinə və tranzit axımın kəsilməməsinə görə borulu keçid-hidrotexniki qurğu olan duker tikilmiş, həmin duker vasitəsilə sular ötürülmüşdür. Qeyd olunan 90 metr kanal (drenaj) əhalinin ümumi istifadəsindədir və heç bir torpaq payçısının kollektorun mühafizə zolağında mülkiyyət hüququ ola bilməz. Bundan başqa, ƏMDK DƏDRX 13 saylı Şirvan Əİ tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunur ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd Sabirabad rayonu Həşimxanlı kəndində yerləşən 0,1195 hektar torpaq sahəsinin xx.xx.2018-ci il tarixli 4Ə-1127 nömrəli alqı-satqı müqaviləsi olmuşdur. Göründüyü kimi, iddiaçı torpaq sahəsini əldə edərkən həmin kollektor mövcud olmuş və onu mövcud vəziyyətdə almışdır. MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətinin dəlillərində əksini qeyd etməsinə rəğmən məhkəmə iclasında izahatında etiraf etmişdir ki, mübahisəli kollektorun yerləşdiyi torpaq sahəsini almamışdan əvvəl orada örtülü kanal mövcud olmuşdur. Kollektor onun torpaq sahəsindən keçir və axmaza tökülən suyu daşıyır. İddiaçı eyni zamanda göstərmişdir ki, əgər cavabdeh ona körpü çəkmək üçün texnika verərsə, su kanalının üstündən torpaq sahəsinə giriş-çıxış üçün razı olacaqdır. MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə tərkibi diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Məhkəmə tərkibisının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/8395/2024 saylı rəyinə əsasən İddiaçı doldurularaq ləğv edilməsini tələb etdiyi mübahisəli su kanalının (kollektorun) təyinatıkənd təsərrüfatı təyinatlı torpaqlar, mülkiyyəti - dövlət, uqodiyası isə su tutarları (təsərrüfatdaxili kollektor və drenaj) kimi qeyd edilmişdir. Mübahisəli kollektor hazırda "xxxx" ASC-nin aidiyyəti qurumunun nəzarətindədir. Habelə MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərkibi bildirməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləcə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, hazırkı iş üzrə qətnamədən apellyasiya şikayətinin verilməsi, habelə mütəxəssis rəyinin alınması ilə əlaqədar ödənilmiş məbləğlər iddiaçının özünə aid edilməlidir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya Məhkəmə tərkibilarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya Məhkəmə tərkibilarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(056)-2/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutusun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar