Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-438/2021 10.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 995,00 (doqquz yüz doxsan beş) manat sığorta ödənişi məbləğinin, 1000,00 (bir min) manat işlərin görülməsi xərcinin və 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2025,00 (iki min iyirmi beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə X4 arasında xx.xx.2019-cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və sonuncuya məxsus “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixdə “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Neftçilər prospektində yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Zərərin aradan qaldırılması üçün “xxxx” ASC tərəfindən 995,00 (doqquz yüz doxsan beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə zamanı Cavabdeh “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində, iddianın müdafiə etdiyini nəzərə alaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tərəfinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı şəhər BPİ DYPİ-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, ***-**** saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində Cavabdeh idarə etdiyi “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə X3 məxsus “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və sonuncunun əməli inzibati məsuliyyətin yaranmasına səbəb olmuşdur. Həmin arayışda qeyd edilir ki, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi ilə idarə etmişdir; Bakı şəhər DYPİ-nin ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhər DYPİ-nin ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 40 manat məbləğində cərimə edilmişdir; AD 371867 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Polo minik” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mükiyyətindədir; ƏN-İ № 780132 nömrəli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC-nə 5 (beş) il müddətinə etibar etmişdir; xx.xx.2020-ci il tarixli 068 nömrəli yol vərəqinin surətindən görünür ki, “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikası ərazisində idarə edilməsi üçün “xxxx” MMC tərəfindən Cavabdeh verilmişdir; 50 28 303266 nöməli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə B, B1, M kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 mülkiyyətində olan “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cü il tarixdə 01 (bir) il müddətinə, xx.xx.2020-ci il tarixədək sığortalanmışdır; 20-01217/02/AA-826/20 saylı sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 məxsus “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 995,00 (doqquz yüz doxsan beş) manat məbləğində ziyan dəymiş, PAA********** saylı sığorta müqaviləsinə əsasən “xxxx” ASC tərəfindən 995,00 (doqquz yüz doxsan beş) manat sığorta ödənişi həyata keçirilmişdir; xx.xx.2020-ci il tarixli Ödəniş Tapşırığının surətindən görünür ki, “xxxx” ASC tərəfindən “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X2 hesabına sığorta ödənişi qismində 995,00 (doqquz yüz doxsan beş) manat pul köçürülmüşdür; “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 995,00 (doqquz yüz doxsan beş) manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində “xxxx'' ASC-və ödənilməsini Cavabdeh xahiş etmiş, qeyd olunan məbləğ ödənilmədiyi təqdirdə Cavabdeh 995,00 (doqquz yüz doxsan beş) manat sığorta ödənişi məbləği, 500,00 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla, cəmi 1495,00 (bir min dörd yüz doxsan beş) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh yol vərəqəsi və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Kia Forte” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə saat 22:50 radələrində Bakı şəhəri, Neftçilər prospektində hərəkətdə olarkən X3 məxsus “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “Volkswagen Polo” markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 995,00 (doqquz yüz doxsan beş) manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunduğu kimi subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İş materiallarından aydın olduğu kimi, Cavabdeh xx.xx.2020-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsində təqsirli bilinmişmir. “Sığorta haqqında“ Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, “xxxx” ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress qaydasında iddiası əsaslıdır. İddia tələbinin “1000,00 (bir min) manat işlərin görülməsi xərcinin ödənilməsi” hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, bununla əlaqədar iddiaçı tərəf hər hansı sübut iş materiallarına əlavə etmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh sığorta ödənişi olan 995,00 (doqquz yüz doxsan beş) manat məbləğində pul iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 1995,00 (bir min doqquz yüz qoxsan beş) manat olduğu, bu tələb 995,00 (doqquz yüz qoxsan beş) manat məbləğində təmin edildiyi üçün, iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş dövlət rüsumu tərəflər arasında bölünməli, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilməli, 15 (on beş) manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi olan 995,00 (doqquz yüz doxsan beş) manat məbləğində pul iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı iddiaçıya aid edilsin, 15 (on beş) manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-438/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-438/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver