Məhkəmə qərarları › İş №2(027)-439/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-439/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-439/2021 05.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı X2 nümayəndəsi və vəkili X8 və cavabdeh “PSG Finans” BOKT MMC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə, Cavabdeh2nə və “PSG Finans” BOKT MMC-nə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 81-12388 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında “İcra qeydi” nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X2 nümayəndəsi və vəkili X13 iddia tələbini müdafiə edərək göstərdi ki, X4yla Cavabdeh3 BOKT MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan ona 36 ay müddətinə 18 faizlə 17000 ABŞ dolları məbləğində kredit verilib. Bundan sonra Cavabdeh3 BOKT MMC ilə onun arasında və Quba rayon Notariat Kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Ş. Ağabəyovaya məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 256 kv.m olan fərdi yaşayış ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 94000 manat məbləğində qiymətləndirilib. Kredit müqaviləsi üzrə İddiaçı Cavabdeh3 BOKT MMC-yə 18 ay müddətinə hər ay 615 ABŞ dollar məbləğində pul ödəyib. Həmin pul isə təxminən 11070 ABŞ dolları təşkil edir. Bundan sonra imkanı olmadığı üçün banka olan borcunu ödəyə bilməyib. Bu yaxınlarda Cavabdeh2ndən bildiriş gəlib, həmin bildirişə görə İddiaçı məlum olub ki, bank borcuna notarius tərəfindən icra qeydi verilmişdir. Həmin icra qeydinin surətini Cavabdeh2ndən əldə edib. lakin icra qeydinə ipoteka predmetinin nədən ibarət olması qeyd edilməmiş, ipoteka predmetinin qiyməti göstərilməmişdir. Bundan başqa İddiaçı kredit müqaviləsi üzrə 17000 ABŞ dolları məbləğində borcundan 11070 ABŞ dolları məbləğində krediti ödəyib. Beləliklə İddiaçı borcun çox hissəsini ödədiyi və onun nə qədər borcunun qalması müəyyən edilmədiyinə görə notariusun icra qeydi ilə ipoteka predmetinə tutma yönəldilməsi qanunamüvafiq deyildir. Ona görə də Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinin xx xxxxxxx 2020-ci il tarixli icra qeydi ləğv edilməlidir. Qeyd edib ki, ipoteka predmeti 2017-ci il tarixdə 94000 manat (55291.12 ABŞ dolları) qiymətləndirilmiş, həmin qiymətləndirmənin üzərindən 3 il vaxt keçib, bu 3 il ərzində daşınmaz əmlak qiymətləri dəyişib. Ona görə 2017-ci ildə qiymətləndirilmiş əmlakı həmin qiymətlə tutmanın yönəldilməsi yolverilməzdir.İcra qeydi o zaman verilə bilər ki, həmin icra qeydi üzrə mübahisə olmasın. Hazırkı halda borcun məbləği və ipoteka predmetinin qiyməti ilə bağlı mübahisə olduğu halda ipoteka predmetinə tutma yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, Quba Regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş reyestrdə 81-12388 nömrə ilə qeyd edilmiş xx xxxxxxx 2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında “İcra qeydi” nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh “PSG Finans” BOKT MMC-nin nümayəndəsi X9 bildirdi ki, o iddia tələbi ilə razı deyil, kredit müqaviləsinin 3.4-cü bəndində kredit götürənin vəzifələri aydın şəkildə göstərilib və borcalan həmin şərtlərlə razılaşıb. Dəfələrlə borcluya şifahi və yazılı xəbərdarlığlar olunub və sonuncu bildirişdə də ödəməli olduğu məbləğ göstərilib. Sözü gedən ipoteka predmeti 94 000 manat, xx.xx.2017-ci il tarixinə Mərkəzi Bankın məzənnəsilə, 1 dollar-1.70 manatla, 55294.12 ABŞ dolları məbləğində qiymətləndirilib.Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə, Cavabdeh2nə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı X2 nümayəndəsi və vəkili X10 və cavabdeh “PSG Finans” BOKT MMCnin nümayəndəsi X7 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh3 BOKT MMC ilə X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 513 saylı kredit müqaviləsinin surətində görünür ki, kredit təşkilatı X3 36 ay müddətinə illik 18% olmaqla, 17 000 (on yeddi min) ABŞ dolları kredit vermişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli İpoteka müqaviləsinin surətində görünür ki, Cavabdeh3 BOKT MMC ilə X6 arasında bağlanmış kredit müqaviləsi üzrə kreditin təminatı olaraq Quba rayonu İ Nügədi kəndində yerləşən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 256 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi reyestr nömrəsi **********18-10301,qeydiyyat nömrəsi **********, seriya RX 1182159, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu İ Nügədi kəndində qeydiyyatdadır. İş materiallarında olan İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin surətindən görünür ki, ipoteka müqaviləsi üzrə Cavabdeh3 BOKT MMC-nin tələbi ilə ipoteka qoyan Quba rayonu İ Nügədi kəndində qeydiyyatda olan X3 məxsus ipoteka predmeti olan əmlaka tutuma yönəldilib. “İpoteka haqqında ” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Belə ki, sübuetmə yükü baxımından iddiaçı Cavabdeh3 BOKT MMC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 513 saylı kredit müqaviləsinin təminatı məqsədilə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********18-10301,qeydiyyat nömrəsi **********, seriya RX 1182159, xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə X3 məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0.20 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 256 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə yüklü edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X2 cavabdehlər Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Ofisinə, Cavabdeh2nə və “PSG Finans” BOKT MMC-nə qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar