Məhkəmə qərarları › İş №2(027)-452/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-452/2021

08.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-452/2021 08.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müqavilələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsinin Cavabdeh ilə aralarında bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinin Cavabdeh ilə aralarınada bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsinin Cavabdeh ilə aralarında bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında ona məxsus torpaq sahələrinin Cavabdeh adına qeydiyyata aldığı Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi tərəfindən Kod **********97 saylı xx.xx.2020-ci il tarixli çıxarışın, Kod **********96 saylı xx.xx.2020-ci il tarixli çıxarışın və Kod **********98 saylı, xx.xx.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhкəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehi təxminən iki ildir ki taniyır. Cavabdeh qardaşıyla iş birliyi görüb, onu qardaşına görə tanıyıb və inanıb. Cavabdeh 2020ci ilin avqust ayında ona deyib ki, yaxşı bir iş var görməyə ancaq pul lazımdır və pulu tapmaq üçün bir nəfər var yaxın dostudur. Ancaq ona torpaq sənədlərini girov qoyub pul götürmək olar. Onun üçün ondan torpaq sahələrini girov qoymasını istəyib və o da etiraz etməyib. Lakin ona deyib ki, onu imkanlı adam kimi tanıyır sən gəl bu torpaqları pulu götürənədək mənum adıma (yəni cavabdehin) keçir, bir-iki aya pulunu da torpaqlarıda qaytaracayığ. O da buna inandığı üçün Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsini Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə- 1511 reyestr nömrəli və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsini Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqavilələri bağlayıb və həmin torpaq sahələrini cavabdehin adına rəsmləşdirilib. Lakin alqı-satqı müqavilələrində göstərilən satış üçün ödənilən məbləğlər isə oa ödənilməyib. Heç bir bank əməliyyatlarında iştirak etmyib və eşitdib ki, cavabdeh həmin torpaq sahələrinə Daşınmaz Əmlakdan çıxarışlarda alıb. Görünür ki cavbdehin məqsədi həmin torpaqlara sahib çıxmaq olub, çünki, onların arasında belə razılaşma olmayıb. Ona görə də bu məsələnin həlli məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Göstərilənləri nəzərə alaraq, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsinin Cavabdeh ilə aralarında bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsinin, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinin Cavabdeh ilə aralarınada bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsinin və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsinin Cavabdeh ilə aralarında bağlanmış Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında ona məxsus torpaq sahələrinin Cavabdeh adına qeydiyyata aldığı Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi tərəfindən Kod **********97 saylı xx.xx.2020-ci il tarixli çıxarışın, Kod **********96 saylı xx.xx.2020-ci il tarixli çıxarışın və Kod **********98 saylı xx.xx.2020-ci il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbinə etirazını bildirərək göstərdi ki, iddianı qəbul etmir, beləki kürəkəni Cəsarətlə İddiaçı qardaşı arasında iş birliyi olub və həmin iş birliyi prosesində iddiaçının qardaşının səhlənkarlığı üzündən onlara 70 (yetmiş min) manat ziyan dəyib. Qardaşı onlara dəymiş ziyanı iki aya qaytaracağını boyun alsada, o pulu qaytarmayıb. Sonradan iddiaçının qardaçı o pulun əvəzinə qardaşı İddiaçı adına olan torpaq sahələrini onların adına keçirəcəyini deyib. Bu məqsədlə də iddiaçı Şahbazov buna razılığını bildirib və notarial qaydada onunla İddiaçı arasında alqı-satqı müqavilələri bağlanıb, borc əvəzinə torpaq sahələrini onun adına keçirib. Lakin alqı-satqı müqaviləsi bağlayan zaman heç bir depozit qoyma və pul ödənişi olmayıb. Həmçinin qeyd edib ki, əgər iddiaçının qardaşı onlara olan borcunu ödəsə torpaqları onlara geri qaytaracağ. Hesab edir ki, heç bir qanunsuz hərəkətə yol verməyib, alqı-satqı müqavilələri qanunauyğun tərtib edilib və ona qarşı verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv təqiq edərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bekə ki, iş materialında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********,xx.xx.2016-cı il tarixli, RX seriyalı,0828307 nömrəli Çıxarışa əsasən 1.0 ha, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********,xx.xx.2026-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0.605 ha, reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi **********, xx.xx.2026-cı il tarixli, RX seriyalı,0828305 nömrəli Çıxarışa əsasən 0.91 ha Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə pay mülkiyyəti hüququ əsasında X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materialında olan AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı və onun ailə üzvləri 0.91 ha torpaq sahəsini, alıcı Cavabdeh satıb və həmin müqavilə notarial qaydada təsdiq olunub. İş materialında olan AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı və onun ailə üzvləri 0.605 ha torpaq sahəsini, alıcı Cavabdeh satıb və həmin müqavilə notarial qaydada təsdiq olunub. İş materialında olan AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar İddiaçı və onun ailə üzvləri 1.0 ha torpaq sahəsini, alıcı Cavabdeh satıb və həmin müqavilə notarial qaydada təsdiq olunub. İş materialında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********,xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən 1.0 ha, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********,xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən 0.605 ha, reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi **********,xx.xx.2020-ci il tarixli Çıxarışa əsasən 0.91 ha Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh mülkiyyətinə verilmişdir. İş materialında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 694 saylı arayışından və AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu Susayqışlaq kənd sakini olub, hal-hazırda həmin kənddə yaşayır. İş materialında olan Xaçmaz RİHB-nın Susayqışlaq kənd İƏD-si üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 695 saylı arayışından görünür ki, X1 rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evinə aşağıdakı şəxslər pasport qeydiyyatındadır: yoldaşı X4, oğlu X12 oğlu, oğlu İddiaçı, qızı Eyvazova (Şahbazova) Svetlana Eyvaz qızı, qızı Eldarova (Şahbazova) Şəbnəm Eyvaz qızı. İş materialında olan Azərbaycan Respublikası DİN-nin Xaçmaz rayon Polis şöbəsinin xx.xx.2020- ci il tarixli 160-25949-1220 saylı arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmədə müəyyən edildi ki, Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********,xx.xx.2016-cı il tarixli, RX seriyalı,0828307 nömrəli Çıxarışa əsasən 1.0 ha, reyestr nömrəsi **********96, qeydiyyat nömrəsi **********,xx.xx.2026-cı il tarixli, RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən 0.605 ha, reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi **********, xx.xx.2026-cı il tarixli, RX seriyalı,0828305 nömrəli Çıxarışa əsasən 0.91 ha Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə pay mülkiyyəti hüququ əsasında X2 və onun ailə üzvlərinin birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmədə müəyyən edildi ki, İddiaçı qardaşının Cavabdeh kürəkəni Cəsarətlə iş birliyi nəticədə iddiaçının qardaşının cavabdehin kürəkəninə borcu yaranıb və mübahisəli torpaq sahələri həmin borca görə iddiaçı ilə cavabdeh arasında notariusda bağlanmış alqı-satqı müqavilələrinə əsasən cavabdehə satılıb, alqı-satqı zamanı cavabdeh tərəfindən iddiaçıya hər hansı məbləğdə pul ödənilməyib. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsi, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsi və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1510 reyestr nömrəli alqı-satqı müqaviləsi ləğv edilsin və həmin alqı-satqı müqavilələr əsasında Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Kod **********97 saylı çıxarışın, xx.xx.2020-ci il tarixli, Kod **********96 saylı çıxarışın və xx.xx.2020-ci il tarixli, Kod **********98 saylı çıxarışın ləğv edilməsi iə bağlı tələbi əsaslıdı və təmin edilməlidi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.91 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1509 reyestr nömrəli alqı-satqı müqaviləsi, Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 1 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1511 reyestr nömrəli alqı-satqı müqaviləsi və Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən 0.605 ha torpaq sahəsinə dair Qusar rayon notarial kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1510 reyestr nömrəli alqısatqı müqaviləsi ləğv edilsin və həmin alqı-satqı müqavilələr əsasında Cavabdeh adına Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, Kod **********97 saylı çıxarış, xx.xx.2020-ci il tarixli, Kod **********96 saylı çıxarış və xx.xx.2020-ci il tarixli, Kod **********98 saylı çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar