Məhkəmə qərarları › İş №2(027)-47/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-47/2022

11.08.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-47/2022 11.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 nümayəndəsi X1, Cavabdeh4 nümayəndəsi və həmdə Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********867 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən zaman İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 nümayəndəsi X1 iddianı qəbul etməyərək, hazırki mülki işi Sumqayıt İnzibati Məhkəməsinə baxılması üçün göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qəbul etməyərək, hazırki mülki işi Sumqayıt İnzibati Məhkəməsinə baxılması üçün göndərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020-ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, daşınmaz əmlakın dovlğt reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır, iddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin huqüq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibäti məhkəmələrdə baxılmalıdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasinda ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Reyestrdəki qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki. reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Lakin iddiaçı iddianın Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı iddianı daşınmaz əmlakın dövldt reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyili mülki mühakimə icraatı qaydasında irəli sürmüşdür. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət'etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazıkı tələbə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli), iddianın Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət ryestrindən verilmiş Çıxarışın etibarsız hesab edilməsi hissəsi ilə bağlı reyestri aparan dövlət orqanına qarşı aidiyyəti üzrə inzibäti məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 262, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********867 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh4 adına verilmiş **********885 reyestr nömrəli xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, xx.xx.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, inzibati məhkəməyə iddia vermək hüququ vardır. Tərəflərə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar