Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-488/2024 29.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi cəlb olunmaqla Cavabdeh qarşı atalığa dair mübahisə və akt qeydinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 26 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X7 adlı uşağın bioloji atasının olmadığının müəyyən edilməsini, X6 atasının İddiaçı göstərilməsi barədə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsinə dair akt qeydləri kitabında qeydə alınmış 12 dekabr 2018-ci il tarixdə aparılmış 648 nömrəli akt qeydinin və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında qeydə alınmış xx.xx.2015-ci il tarixdə aparılmış, 3293 nömrəli doğum akt qeydində ata haqqında, yəni İddiaçı haqqında məlumatların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında yaşayır. İş üzrə Cavabdeh tanışıdır. Cavabdeh xx.xx.2015-ci il tarixdə Aişəm adlı bir qız övladı anadan olmuşdur. 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 12 dekabr 2018-ci il tarixli, 648 nömrəli qeyd aparılmaqla onun Cavabdeh doğulmuş 26 may 2015-ci il təvəllüdlü X4 atası olmağına dair şəhadətnamə verilmişdir. Bundan sonra Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi (hazırda 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi) tərəfindən xx.xx.2018-ci il tarixdə uşağa AZ-İV 188095 nömrəli yeni doğum haqqında şəhadətnamə verilərək uşağın adı X7, atası qrafasında isə onun, yəni İddiaçı adı qeyd edilmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, 26 may 2016-cı il təvəllüdlü X6 atası o deyil. Uşağın bioloji atası adını bilmədiyi Türkiyə vətəndaşıdır. Uşağın atasının o olmadığını Cavabdeh özü də qəbul edir. Lakin doğum akt qeydində ataya aid məlumatların ləğv edilərək onun adının akt qeydindən silinməsi üçün məhkəməyə müraciət etməyi şərtdir. Belə ki, o bununla bağlı 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə müraciət etsə də, akt qeydinin ilkin ləğvinin yalnız məhkəmə qaydasında həyata keçirildiyi bildirilmişdir. Eyni zamanda qeyd edilən məsələ ilə bağlı ilkin olaraq mediasiyaya müraciət edib. Bununla bağlı mediator tərəfindən ona xx.xx.2023-cü il tarixdə MŞQ-MT-027-2023-00283 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Cavabdehlə aralarında olan mübahisəni başqa qaydada aradan qaldıra bilmədiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçının nümayəndəsi qismində vəkili Nümayəndə iddia ərizəsinin məzmunna uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı ona qarşı atalığa dair mübahisə və akt qeydinin ləğvi tələbini qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi nümayəndəsi işin çoxluğu ilə əlaqədar nümayədələrinin iştirakı qeyri-mümkün olduğundan, məhkəmə iclaslarının nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi qismində vəkilin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən göründüyü kimi, İddiaçı Cavabdeh doğulmuş 26 may 2015-ci il təvəllüdlü X4 atası olmağı müəyyən edilmiş akt qeydləri kitabında 648 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 188095 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə doğulmuş, atası- İddiaçı, anası-Cavabdeh qeyd edilib və bu barədə akt qeydləri kitabında 3293 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Hüseynova” soyadı verilmişdir. Türkiyə Respublikası Ədliyyə Nazirliyi Ankara Məhkəmə Təbabəti Qrupu xx.xx.2023-cü il tarixli rəyinə əsasən Abdullahi Bakir, Cavabdeh və Ayşəm Qurbanova-ya aid olduğu bildirilən qan nümunələrindən DNT profilləri aşkar edilib. X5 Bakir vəCavabdeh DNT profilləri arasında müqayisə aparılıb. Əldə edilən nəticələrə görə X8 Qurbanova üçün atalıq indeksi 42.960.817.987. 839 olaraq hesablanıb, 99.99% ehtimalla Ayşəm Qurbanovanın bioloji atası olduğu müəyyən edilib. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə Aişəm adlı bir qız övladı anadan olmuşdur. 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 12 dekabr 2018-ci il tarixli, 648 nömrəli qeyd aparılmaqla İddiaçı Cavabdeh doğulmuş 26 may 2015-ci il təvəllüdlü X6 atası olmasına dair şəhadətnamə verilmişdir. Bundan sonra Sumqayıt “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi (hazırda 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi) tərəfindən xx.xx.2018-ci il tarixdə uşağa AZ-İV 188095 nömrəli yeni doğum haqqında şəhadətnamə verilərək uşağın adı X7, atası qrafasında isə İddiaçı adı qeyd edilmişdir. İddiaçı 26 may 2015-ci il təvəllüdlü X6 bioloji atası olmadığını iddia etmiş və Ankara Məhkəmə Təbabəti Qrupu xx.xx.2023-cü il tarixli rəyinə əsasən qan nümunələrindən götürülən DNT anlizlərindən Abdullahi Bakirin 26 may 2015-ci il təvəllüdlü X6 bioloji atası olması təsdiqini tapmışdır. Həmçinin Cavabdeh İddiaçı Ayşəmin bioloji atası olmadığını etiraf etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləlilə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən, iddia təmin edilməli, İddiaçı 26 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 bioloji atası olmadığı müəyyən edilməli, 26 may 2015-ci il təvəllüdlü X4 atasının İddiaçı göstərilməsi barədə 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsinə dair akt qeydləri kitabında 12 dekabr 2018-ci il tarixli 648 nömrəli akt qeydi ləğv edilməli, Sumqayıt Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 188095 seriyalı “Doğum haqqında şəhadətnamə” də 26 may 2015-ci il təvəllüdlü X6 doğum haqqında akt qeydləri kitabında qeydə alınmış 3293 nömrəli doğum haqqında akt qeydində ata haqqında, yəni İddiaçı haqqında məlumatlar ləğv edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 26 may 2015-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X6 bioloji atası olmaması müəyyən edilsin. 26 may 2015-ci il təvəllüdlü X4 atasının İddiaçı kimi müəyyən olunması barədə 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsinə dair 12 dekabr 2018-ci il tarixli 648 nömrəli akt qeydi ləğv edilsin. 26 may 2015-ci il təvəllüdlü X6 doğumu haqqında qeyd edilmiş 3293 nömrəli akt qeydində ata kimi İddiaçı haqqında məlumatlar və bu əsasla Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 188095 seriyalı “Doğum haqqında şəhadətnamə”də ata kimi İddiaçı haqqında məlumatlar ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-488/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-488/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver