Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-49/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 nümayəndəsi X16, Cavabdeh3 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi, Cavabdeh2, Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli 27.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, 20.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, o, xx.xx.1981-ci ildə Quba rayonu, Qırız-Dəhnə kəndində anadan olub. Yaşadığı yerdə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınması məqsədilə 03 may 2006-cı ildə Quba rayonu Qırız bələdiyyəsinə müraciət etmiş, Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən ona Quba rayonu Qırız bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. 22 may 2006-cı il tarixdə aldığı torpaq sahəsi ona yerində tanıdılaraq təhkim edilmişdir. Həmin qərardan sonra Quba rayonu Qırız bələdiyyəsi ilə aralarında torpaq sahəsinin alqı-satqısına dair 01 dekabr 2006-cı il tarixdə akt tərtib edilmişdir. O, həmin torpaq sahəsinin alınmasına görə Azərbaycan Beynalxalq bankının Quba filialına bələdiyyənin hesabına pul ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsi tərəfindən 19 iyun 2008-ci il tarixdə planı və ölçüsü tərtib edilmiş və torpaq sahəsinin kordinantları təsdiq edilmişdir. 22 may 2006-cı il tarixdən hal-hazıra kimi həmin torpaq sahəsi onun sahibliyindədir. O, torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış alınması sənədlərini təqdim etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanlanmış 12 may 2020-ci il tarixli məktubunda ərizəsinə və sənədlərinə baxıldığı bildirilmiş, təqdim etdiyi sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş dövlət reyestrindən çıxarışlarla kəsişdiyi bildirilmiş və torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. Adına verilmiş 0,12 ha torpaq sahəsinə kimlərə verilmiş çıxarışlarla kəsişdiyi barədə vəkil sorğusu verilmişdir. Sorğuya verilmiş ona məxsus torpaq sahəsi üzərində Cavabdeh3 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli və Cavabdeh2 verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışla kəsişdiyi məlum olmuşdur. Cavabdeh2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki. Quba rayonu Qırız bələdiyyəsinin 20 avqust 2007-cı il tarixli 12 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh2 qızına Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra Cavabdeh2 qızı ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 18 may 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə dair 05 dekabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsinin üzərində Cavabdeh3 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi Cavabdeh2 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona, 20 avqust 2007-ci il tarixli 12 saylı iclas protokolu ilə Cavabdeh2, 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3332 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 18 may 2007-ci il tarixdə tərtib edilmiş 25 noyabr 2007-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 515 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2, həmin torpaq sahəsinin planı və ölçüsü onun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 783 nömrə ilə X20 Kitabında qeydə alınmış, Cavabdeh2 adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 05 dekabr 2008-ci il tarixdə 1087 nömrə ilə X20 Kitabında qeydə alınmışdır.Cavabdeh3 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan sənədləri araşdırdıqda məlum olmuşdur ki, Quba rayonu Qırız bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolundan çıxarışa əsasən Cavabdeh3 qızna Quba rayonu Qırız kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi verilməsi bildirilmişdir. Bundan sonra Cavabdeh3 ilə Quba rayonu Qırız bələdiyyəsi arasında bağlanmış 24 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Bundan sonra həmin torpaq sahəsinə 10 oktyabr 2008-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü işlənmişdir. Göründüyü kimi Quba rayonu Qırız bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya verilmiş 0,12 ha torpaq sahəsinin üzərində Cavabdeh3 çıxarış verilə bilməzdi. Ona görə ki, iddiaçıya torpaq sahəsi Cavabdeh3 əvvəl verilmişdir. Belə ki, Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolu ilə ona, 14 dekabr 2006-cı il tarixli 24 saylı iclas protokolu ilə Cavabdeh3, 01 dekabr 2006-cı il tarixdə tərtib edilmiş 30 dekabr 2006-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 3331 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən iddiaçıya, 24 dekabr 2007-cı il tarixdə tərtib edilmiş 29 dekabr 2007-cı il tarixdə Dövlət Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsində 2021 nömrə qeydiyyata alınmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3, həmin torpaq sahəsinin planı və ölçüsü onun adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 19 iyun 2008-ci il tarixdə 782 nömrə ilə X20 Kitabında qeydə alınmışdır. Göstərilənləri nəzərə alaraq, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli 27.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyestr nömrəli, 20.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh3 nümayəndəsi X13 onlara qarşı verilmiş iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı iddia ərizəsində onun müraciəti əsasında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 12 may 2020-ci il tarixli məktubuna istinad edərək yazır ki, Quba rayonu Qırız-Dəhnə kəndi ərazisindən ona verilmiş 0,12 ha torpaq sahəsi elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxslərin adına verilmiş Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ilə kəsişdiyindən ona məxsus torpaq sahəsinə dair çıxarış verilməsindən imtina edilmişdir. Halbuki, iddiaçılar X11, X2, X4 2009-cu ildə “torpaq sahələrinin ilkin sxemlər üzrə yerində tanıdılması və həmin torpaq sahələrindən kənar şəxslərin çıxarılması tələbinə dair” iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət etmişlər. 2(027)-769/2009 saylı iş üzrə iddia ərizəsində onlar bildirirlər ki, torpaq sahələrinə dair mülkiyyət hüququna dair çıxarışların verilməməsinə sabəb bu torpaq sahələrinin plan-ölçülərinin tərtib olunması zamanı Quba rayon Torpaq Şöbəsi tərəfindən səhvə yol verilərək, ilkin xəritəyə uyğun verilməməsidir. Bu iş üzrə Quba rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli 2(027)-24/2010 saylı məktubuna əsasən təqdim edilmiş 18 fevral 2010-cu il tarixli 2(027)-24/2010 nömrəli “Məhkəmə mühəndis -texniki ekspertizası təyin edilməsi haqqında” qərardadının icrası ilə bağlı aparılmış araşdırmaya dair mütəxəssis rəyi tərtib edilmişdir. Mütəxəssis rəyindən müəyyən olunur ki, X8, X1, X3 Quba rayonu Qırız-Dəhnə Bələdiyyəsinin 22 may 2006-cı il tarixli qırarı ilə alqı-satqı qaydasında torpaq sahələri verilərkən, torpaq sahələrinin ilkin sxemləri naturaya uyğun hazırlanmadığından, həmin torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şəbəsi tərəfindən tərtib olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri düzgün hazırlanmamışdır. Göründüyü kimi, iddiaçı X5 torpaq sahəsinə dair Çıxarış ala bilməməsinə səbəb müvafiq orqanlar tərəfindən sənədlərin düzgün tərtib edilməməsidir. Bu şəbədən çıxarış ala bilməyən iddiaçı onlara məxsus çıxarışların ləğv edilməsi barədə iddia tələbi əsassızdır. Eyni zamanda bildiririk ki, Quba rayonu Qrız-Dəhnə Bələdiyyəsinin torpaq sahəsinin yerquruluçu planı ilə Torpaq Şəbəsinin planölçüsü arşında da həm torpaq sahələrinin yerləşməsində, həm də ölçülərində kifayət qədər ziddiyətlər vardır. Göstərilənləri nəzərə alaraq, İddiaçı onlara qarşı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli və MA seriyalı ******* nömrəli Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Quba rayonu Əlik bələdiyyəsi və Azərbaycan Respublikası DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil1, iş üzrə Cavabdeh2 nümayəndəsi X14 və iş üzrə Cavabdeh3 nümayəndəsi X9 dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19.03.2020-ci il tarixli, 365 nömrəli arxiv çıxarışından məlum olur ki, Rzayeva (Sədiyeva) X12 rayonu, Qırız bələdiyyəsinin ərazisindən fərdi ev tikmək məqsədilə torpaq sahəsi almaq üçün ərizə ilə müraciət etmişdir. İş materiallarında olan torpaq sahəsinin yerqurulyşu planından çıxarışdan məlum olur ki, Rzayeva (Sədiyeva) Səmirə Nüsrəddin qızına Quba rayonu, Qırız bələdiyyəsinin ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsinin satılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 01.12.2006-cı il tarixli Torpaqların alqı-satqısına dair aktdan məlum olur ki, Rzayeva (Sədiyeva) Səmirə Nüsrəddin qızına Quba rayonu, Qırız bələdiyyəsinin ərazisindən fərdi ev tikmək məqsədilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********885 reyestr nömrəli 27.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 mülkiyyətinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********868 reyestr nömrəli, 20.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli 9/9057 nömrəli rəyindən görünür ki, İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 784 nömrə ilə qeydə alınmış AN 046793 nömrəli 0.12 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları daxilində yerləşir. İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 784 nömrə ilə qeydə alınmış AN 046793 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları daxilində başqa şəxsə çıxarış verilmişdir. (X10 verilmiş **********67 reyestr nömrəli çıxarış 0.12 ha, Cavabdeh3 verilmiş **********85 reyestr nömrəli çıxarış, Cavabdeh2 verilmiş **********68 reyestr nömrəli çıxarış) İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 784 nömrə ilə qeydə alınmış AN 046793 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən NA seriyalı ******* nömrəli Çıxarışın və Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən NA seriyalı ******* nömrəli Çıxarışın koordinatları ilə kəsişir. İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2066-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 782 nömrə ilə qeydə alınmış AN 046493 0.12 ha torpaq sahəsi koordinatları ilə X10 Quba rayonu Qırız Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli 24 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 10 oktyabr 2008-ci il tarixdə 1029 nömrə ilə qeydə alınmış 0.12 ha torpaq sahəsinə dair AN 083011 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 782 nömrə ilə qeydə alınmış AN 046793 nömrəli 0.12 ha torpaq sahəsi koordinatları ilə Cavabdeh2 Quba rayonu Qırız Bələdiyyəsinin 20 avqust 2006-cı il tarixli 24 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 05 dekabr 2008-ci il tarixdə 1087 nömrə ilə qeydə alınmış 0.12 ha torpaq sahəsinə dair AN 112460 nömrəli Torpaq sahəsinin planı və ölçüsündə qeyd edilmiş əsas döngə nöqtələrinin koordinatları üst-üstə düşmür. X8 Quba rayonu Qırız-Dəhnə bələdiyyəsinin qərarı ilə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsinin ilkin sxemində koordinatlar olmadığından həmin torpaq sahəsinin Quba rayonu torpaq şöbəsinin verdiyi kadastr planındakı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Quba rayonu Qırız bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı iclas protokolundan çıxarışa əsasən Quba rayonu Qırız bələdiyyəsi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi satılmış, 22 may 2006-cı il tarixdə aldığı torpaq sahəsi ona yerində tanıdılaraq təhkim edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli 9/9057 nömrəli rəyindən görünür ki, İddiaçı Quba rayonu Qırız Bələdiyyəsinin 22 may 2006-cı il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikilməsi üçün Quba rayonu Qırız kəndində verilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş X18 Kitabında 19 iyun 2008-ci il tarixdə 784 nömrə ilə qeydə alınmış AN 046793 nömrəli 0.12 ha torpaq sahəsi cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi qeyd olunub. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli, 27.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyetr nömrəli, 25.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlara istinad etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh3 adına verilmiş **********885 reyestr nömrəli, 27.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli Çıxarış və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Cavabdeh2 adına verilmiş **********868 reyetr nömrəli, 25.05.2010-cu il tarixli qeydiyyat tarixli, MA seriyalı ******* nömrəli çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-49/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-49/2022
21.04.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver