Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-511/2023 28.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın himayədə saxlanılması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş övladı- xx.xx.2016-cı il təvəllüdlü X4 onun himayəsində qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət eldiyi tarixdən hesablanmaqla hər ay 220 manat sabit pul məbləğində alimentin, eləcə də, ilkin mediasiya prossesi üçün ödədiyi 50 manat pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci il tarixdə el-adəti ilə ailə qurub, nikahı isə 25 yanvar 2016-cı il tarixdə Siyəzən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan övladı-31 yanvar 2016-cı il təvəllüdlü Dəniz doğulub. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ona qarşı münasibəti dəyişmiş, onunla yola getməmişdir. Cavabdeh ona qarşı soyuq münasibət bəsləmiş, mütəmadi olaraq evdə səbəbsiz mübahisələr yaradaraq onu təhqir etmiş, onu döymüş, dəfələrlə işgəncələr vermiş və ləyaqətini alçaltmışdır. Dəfələrlə evə içkili vəziyyətdə gələrək, onunla vəhşicəsinə rəftar etmişdir. 2018-ci ildən hal-hazıradək müalicə alır. Tural onun və övladının mənafeyi, dolanışığı ilə maraqlanmamış, onlara qarşı biganə davranmışdır. Bundan başqa qaynanası hər şeyi görməzdən gəlmiş, əksinə onun xəstə olduğunu bəhanə edərək, cavabdehə onu boşamasını bildirmişdir. Ailəsinin dağılmaması üçün, eləcə də övladının xatirinə cavabdehin məişət zorakılığı zəminində həyata keçirdiyi bütün hərəkətlərə və hüquqazidd davranışlarına dözməli olmuşdur. X8 ilə bir ailədə yaşamağı qeyri-mümkün olduğundan neçə aydır ki, cavabdehdən ayrılaraq valideynlərinin evində yaşayır. Qızı Dəniz onun himayəsindədir. Cavabdeh nikah pozulmamış artıq başqa qadın ilə ailə qurmuşdur. Bundan sonra isə nikahın pozulması üçün Quba Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etmiş, məhkəmə tərəfindən onlara 3 ay vaxt verilmişdir. Uşağın onun himayəsinə verilməsi, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin verilməsi və əmlak tələbi üçün Mediasiya Şurasına müraciət edib. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiyaya dair xərc ödəyib. Ona görə də qanunverieiliyin tələbinə əsasən uşağın onun himayəsinə xerilməsi, alimentin tutulması üçün Quba Rayon Məhkəməsinə müraciət etməli olub. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan məbləğ hazırki bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyaclarını ödəmir. Qeyd edir ki, cavabdeh günəmuzd işlərdə işləyir, gəlir və qazancı kifayət qədər yüksəkdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı qanunvericiliyin tələbinə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, Vətən Müharibəsi iştirakçısıdır və 80 manat təqaüd alır. Hazırda işləmir. Yenidən ailə qurmuş və hətta yeni ailəsinin ehtiyaclarını ödəməyə maddi imkanı çatmır. Uşağın anasının yanında saxlanılmasına etiraz etmir, lakin tələb olunan məbləğdə aliment ödəmək imkanı yoxdur. Təqaüdündən əlavə 20- 30 manat ödəyə bilər. Ona görə də iddia tələbinin aliment hissədə qismən qəbul edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 noyabr 2022-ci il tarixli nikahın bağlanması haqqında akt qeydləri kitabının 25 yanvar 2016-cı il tarixli 03 səifəsindən çıxarışından göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında Siyəzən rayon Qeydiyyat Şöbəsində nikah bağlanmış və 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ 712018 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən göründüyü kimi, X5 xx.xx.2016-cı il tarixdə doğulmuş, atası- Cavabdeh, anası - İddiaçı kimi qeyd olunmuşdur. İş materiallarında olan X3 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ38100055 saylı arayışa əsasən, Cavabdeh X3 iştirak etməmiş və ilkin Mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan Quba rayonu, Zərqava İƏD nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən nümayəndəliyin Əsparasti kənd sakinidir və halhazırda həmin kənddə yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Tərəflər yetkinlik yaşına çatmayan övladlarının valideynlərindən hansının yanında qalması ilə bağlı mübahisələrinin olmadığını təsdiq etdilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasənbu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanuna əsasən, 2023cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah münasibətlərində olmuş, bu münasibətdən xx.xx.2016-cı il tarixdə X5 doğulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, azyaşlı hazırda iddiaçının himayəsində olmaqla, onunla birlikdə yaşayır. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin könüllü şəkildə uşağın saxlanması üçün maddi yardım göstərməməsi, özünün işləməməklə uşağın həm sağlamlıqlarının, habelə təhsil, maddi və digər tələbatlarının ödənilməsində çətinlik çəkməsi kimi hallara istinad etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır.Həmçinin, məhkəmə iclasında cavabdehin veridyi izahatından aydın olur ki, iddia tələbini qismən qəbul edərək, hər ay 100-110 manat məbləğində aliment ödəməyə razıdır. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, əvvəlki təminatı səviyyəsi, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla 170 manat aliment müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2023-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. İddia ilə ilkin mediasiya prossesi üçün ödədiyi 50 manat pul vəsaitinin Cavabdeh tutulması xahiş olunmuşdur. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 40.40 manat manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il il təvəllüdlü X4 anası İddiaçı yanında qalması müəyyən edilsin. xx.xx.2016-cı il il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başalayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı verilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 40 (qırx) manat, 40 (qırx) qəpik dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-511/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-511/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver