Məhkəmə qərarları › İş №2(027)-538/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-538/2022

24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-538/2022 24.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, birgə nikahlarından 31 oktyabr 2020-ci ildə anadan olmuş X2 üç yaşına çatanadək Cavabdeh 21 iyul 2021-ci il tarixindən başlayaraq hər ay 100 manat məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin 2(027)- 2049/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında 26 sentyabr 2019-cu il tarixində bağlanmış nikahları pozulmuşdur. Mediasiya Şurasının 23 sentyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş 26 avqust 2021-ci il tarixli barışıq sazişi nəzərə alınmışdır. Həmin barışıq sazişinə əsasən birgə nikahımızdan doğulmuş 31 oktyabr 2020-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması, uşaqları yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi müəyyən edilmişdir. Cavabdeh uşağı üç yaşına çatanadək saxlanması üçün köməklik göstərmir. Halbuki, o fərdi qaydada işləməklə yaxşı qazanc əldə edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili X1 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, iddianın tam təmin edilməsi onu maddi çətinliyə salacağını qeyd edərək, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 31.10.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-2049/2021 saylı, 14.10.2021-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 26.09.2019-cu il tarixində bağlanmış, Quba regional “ASAN” xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli, 0888 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən azyaşlı uşağı üç yaşına çatanadək ona qulluq etdiyinə görə iddiaçının özü üçün 100 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin məzmunundan göründüyü kimi ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvada keçmiş ərdən aliment tutulması üçün ərin buna zəruri vəsaitə malik olduğu təsdiq olunmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; Həmin Məcəllənin 84.2.3-cü maddəsinə əsasən sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər; Həmin Məcəllənin 84.2.4cü maddəsinə əsasən 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, 31 oktyabr 2020-ci il təvəllüdlü X5 03 (üç) yaşına çatanadək 11.01.2022-ci il tarixdən başlayaraq, 30 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı qızının xeyrinə tutulmalıdır. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 oktyabr 2020-ci il təvəllüdlü X5 03 (üç) yaşına çatanadək 11.01.2022-ci il tarixdən başlayaraq, 30 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı qızının xeyrinə tutulsun. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar