Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-564/2022 25.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus əmlakın evdən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququnq dair JN- 2134F kod 30319018 nömrəli şəhadətnaməyə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən ona məxsus fərdi yaşayış evindən Cavabdeh ailə qurarkən gətirdiyi özünə məxsus olan 1ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti mebel, 1 ədəd divan, 2 ədəd kreslo, stul və stoldan ibarət cehiz əmlakların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia ərizəsində göstərmişdi ki, oğlu X1 ilə Cavabdeh 29 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından nəvəsi 31 oktyabr 2020-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ailə qurarkən özünə məxsus cehiz əmlakını ona məxsus Quba rayonu, İ-Nügədi kəndində yerləşən evə gətirmişdir. Oğluyla cavabdeh yola getmədiyindən, münasibətləri pozulmuşdur. Hazırda Cavabdeh valideynlərinin yanında qalır. Lakin cavabdehə məxsus cehiz əmlakı onun evindədir. Dəfələrlə cavabdehə cehiz əmlakının çıxarılmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Evi darısqal olduğu üçün cavabdehə məxsus cehiz əşyaları evdə darısqalçılıq yaradır. Evdən sərbəst istifadə etmək, hərəkət etmək mümükün olmur. O evindən istədiyi kimi istifadə edə bilmir. Təxminən iki ay bundan əvvəl cavabdeh qohumları ilə birlikdə gələrək gətirdiyi cehiz əmlakının çox hissəsini aparmışdır. Hazırda Cavabdeh ona məxsus Quba rayonu, İ-Nügədi kəndində yerləşən evdə qalan cehiz əmlakları 1 ədəd yataq dəsti,1 ədəd qonaq dəsti mebelli, 1 ədəd divan, 2 ədəd kreslo, stul, stollardan ibarətdir. Məhkəmədə iştirak edən zaman Cavabdeh iddianı qəbul etməyərək, əmlakları olan evdən uşaqlarına pay düşdüyünü bildirmişdi. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14.10.2021-ci il tarixli, 2(027)-2049/2021 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Quba “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 26.09.2019-cu il tarixdə bağlanmış və 0888 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan AZ-İ 388781 seriya və nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan Quba “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 26.09.2019-cu il tarixdə bağlanmış və 0888 nömrə ilə qeyd edilmiş nikah qeydinə 15.11.2021-ci il tarixində xitam verilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsnin surətindən görünür ki, İddiaçı Quba rayonu, İ Nügədi kəndində qeydiyyatdadır. İş materialında olan JN-2134F kod 30319018 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın qərarı ilə Quba rayonu, İ Nügədi kəndində yerləşən fərdi yaşayış evi tikilməsi məqsədilə 0,08 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətinə verilib. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ərarvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X1 ilə Cavabdeh 29 sentyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub, lakin İddiaçı ilə Cavabdeh arasında olan Quba “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 26.09.2019-cu il tarixdə bağlanmış və 0888 nömrə ilə qeyd edilmiş nikah qeydinə 15.11.2021-ci il tarixində xitam verilmişdir.Cavabdeh ayrıldıqdan sonra özünə məxsus əşyaların bir hissəsini aparsa da, 1 ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti mebel, 1 ədəd divan, 2 ədəd kreslo, stul və stoldan ibarət cehiz əmlakları İddiaçı məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən evdə saxlamışdır. Hazırda iddiaçı sözügedən əşyaların ona məxsus olan evdən çıxarılmasını tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Cavabdeh məxsus olan 1ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti mebel, 1 ədəd divan, 2 ədəd kreslo, stul və stoldan ibarət cehiz əmlakları İddiaçı məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən evdən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus olan 1ədəd yataq dəsti, 1 ədəd qonaq dəsti mebel, 1 ədəd divan, 2 ədəd kreslo, stul və stoldan ibarət cehiz əmlakları İddiaçı məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,08 ha torpaq sahəsində yerləşən evdən çıxarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №2(027)-564/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-564/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver