Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-598/2021 05.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi faktının ləğv edilməsi” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 atası kimi müəyyən edilməsi faktının ləğv edilməsi və atalıq faktı əsasında aparılmış qeydlərin silinərək ilkin vəziyyətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixində Əhməd adlı şəxslə ailə həyatı qurmuşdur. Ancaq nikahlarını rəsmi qaydada qeydə aldırmamışlar. xx xxxx 2018-ci il tarixində onun övladı dünyaya gəlmişdir. Onların rəsmi qaydada nikahları olmadığından və onlar ayrıldığından övladının soyadı onun soyadı yazılmışdır. O, ikinci dəfə el adəti ilə toy edərək Cavabdeh ailə həyatı qurmuşdur. Lakin nikahları rəsmi qaydada qeyd etdirməmişlər. Lakin Cavabdeh ona və övladına yaxşı baxcağını ona atalıq edəcəyəni bildirmişdir. O da, onun sözlərinə inanaraq övladına atalıq verməyinə razılıq vermiş və Maraqlı şəxsnə müraciət etmişlər. xx xxxxxx 2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. Daha sonra Cavabdeh içki aludəçisi olduğundan onların münasibətləri pozulmuşdur. Cavabdeh onun icazəsi olmadan uşağı da özü ilə götürərək Quba rayonuna aparmışdır. Quba rayon Məhkəməsinin 2(027)- 1260/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə xx xxxx 2018-ci il təvəllüdlü X2 Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. Məhkəmə prosesi zamanaı da Cavabdeh X2 bioloji atası olmadığını bildirmişdir. Bu barədə məhkəmə iclas protokolunda qeydlər aparılmış və bu məhkəmə qətnaməsində də öz əksini tapmışdır. O, X2 etirafı ilə bir daha təsdiq edir ki, o, övladının həqiqi atası deyildir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, cavabdeh uşağın bioloji atası deyil. Cavabdeh əvvəlki məhkəmə iclasında uşağın bioloji atasının o olmadığını bildirmişdir. O, hazırki məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “atalığın müəyyən edilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə anadan olmuşdur. Həmin şəhadətnamənin ata qrafasında - Cavabdeh adı, ana qrafasında isə İddiaçı adı qeyd edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, xx.xx.2018-ci il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X4 bioloji atası deyildir. xx.xx.2019-cu il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnaməyə əsasən Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 atası hesab edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, xx.xx.2018-ci il təvəllüdlü X6 Cavabdeh alınaraq İddiaçı verilmişdir. İddiaçı, oğlu xx.xx.2018-ci il təvəllüdlü Əziz Səlimovun cavabdeh və onun ailəsi ilə görüşməsinə etiraz etmir. Lakin, Cavabdeh X2 atası kimi müəyyən edilməsi faktının ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 443.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Ailə Məcəlləsinin 47.1-ci maddəsinə əsasən Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Məhkəmə, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2018-ci ildə İddiaçı doğulmuş X3 atası hesab ediləsinə dair xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN Xidmət” X1 tərəfindən verilmiş və həmin tarixli 675 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ləğv edilməli və atalıq faktı əsasında aparılmış qeydlər ilkin vəziyyətinə bərpa olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Cavabdeh xx.xx.2018-ci ildə İddiaçı doğulmuş X3 atası hesab ediləsinə dair xx.xx.2019-cu il tarixdə Sumqayıt “ASAN Xidmət” X1 tərəfindən verilmiş və həmin tarixli 675 nömrə ilə akt qeydləri kitabında qeyd edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ləğv edilsin. Atalıq faktı əsasında aparılmış qeydlər ilkin vəziyyətinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-598/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-598/2021
05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver