Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-599/2024 22.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Onun nümayəndəsi qismində vəkili X3, Cavabdehu iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay iki uşağın saxlanması üçün hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin və mediasiya prosesinin keçirilməsi üçün tərəfimdən ödənilmiş 60 (altımış) manat və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində müdafiə xərcinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə rəsmi nikaha girib el adəti ilə toy edib ailə qurub. Ailə kimi birgə yaşadığları dövrdə xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Bundan bir müddət sonra aralarında yaranan anlaşılmazlıqlar, xasiyyətin uyğunsuzluğu səbəbindən ayrılmışdılar. Cavabdeh özü evdən çıxıb gedib. Övladları ilə qətiyyən maraqlanmır. Artıq bir neçə müddətdir ki, ayrı yaşayırlar. Heç bir əlaqələri yoxdur. Maddi vəziyyəti o qədər də yaxşı deyil. Getdikcə artan xərcləri ödəyə bilmir. Cavabdeh övladlarına, ona heç bir qayğı göstərmir. Gəlirləri yaxşıdır. Heyvandarlıqla məşğuldur. Maddi vəziyyəti aylıq iki uşağa görə 440 (dörd yüz qırx) manat məbləğində aliment pulunu rahat şəkildə ödəməyə imkan verir. Aliment tələbi üçün Mediasiya Şurasına müraciət edilmişdir, mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, 17 ildir ailə qursalar da, artıq iki ildir ki, ayrı yaşayırlar. Özü xadimə işləməklə ailəsinin ehtiyaclarını qarşılayır. Bir yerdə yaşadıqda belə onun aylıq qazancı barədə məlumatı olmamışdır. Bəzən ona 100, bəzən 50 manat vermişdir. Uşaqların maddi eytiyyacları cavabdehi maraqlandırmamışdır. İki ildir ayrı yaşayır, bu iki ildə o uşaqlarına maddi köməklik göstərməyib. Hər uşaq üçün 220 manat alıment müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində vəkili X7 alimentin hər uşaq üçün 100 manat məbləğində alimentin yaşayış minimumundan az olduğunu və 220 manat məbləğində aliment təyin edilməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o iddianı qəbul etmir, tələb olunan məbləğdə aliment ödəmək imkanı yoxdur. Çoban olaraq fəaliyyət göstərir və noyabr ayında uşaqlara 1000 manat xərcləyətrək paltar və qida məhsuları almışdır. Hazırda onun aylıq gəliri 300 manatdır. Hər uşaq üçün hər ay 100 manat aliment verməyə imkanı çatır. Məhkəmə iddiaçının, onu vəkilinin, həmçinin cavabdehin izahatlarını, işdə olan sənədləri araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında AZ-İİ 089668 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X6 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. İş materiallarında AZ-İİ 089668 seriyalı “Doğum haqqında şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X8 doğulmuş, atası- Cavabdeh, anası- İddiaçı qeyd olunmuşdur. AZ-İ 282868 nömrəli “Nikah haqqında şəhadətnamə”nin təsdiq olunmuş görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2006-cı il tarixdə Quba rayonu Vladimirovka İN-də nikah bağlanmış və 45 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Bağırova” soyadı verilmişdir. İş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027- 2023-001960 saylı arayışına əsasən, Cavabdeh aliment tələbinə dair X2 iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 (altımış) manat mediasiyaya dair xərc İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, hüquqi yardımın göstərilməsilə bağlı 170 (yüz yetmiş) manat məbləğində müdafiə xərci İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdur. Hal-hazırda ayrı yaşayırlar və iddiaçı xadimə işlədiyini, lakin aldığı məvaciblə uşağların maddi təminatlarını ödəməyə çətinlik çəkdiyini qeyd edərək cavabdehdən uşağların yetkinlik yaşına çatana kimi saxlanması üçün bir uşağa görə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh könüllü şəkildə uşağların saxlanması üçün maddi yardım göstərmədiyindən, iddiaçı aliment təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı aliment ödəmək öhdəliyi daşıyan valideyn qismində çıxış edən ilkin iddia üzrə cavabdehin aylıq qazancının və ya digər gəlirə malik olmamasının müəyyən edilməsi mümkün olmadığından ailə qanunvericiliyinin tələbinə əsasən tərəflərin rəsmi nikahdan olan övladlarının saxlanması üçün ödənilməli olan alimentin miqdarı hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən olunmalıdır. İddiaçı aylıq 220 manat məbləğində aliment təyin edilməsini tələb etsə də, həmin məbləğdə aliment ödənilməsinin iddiaçının maddi imkanına uyğunluğu barədə sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd olunan halları əsas götürərək, tərəflərin maddi və ailə vəziyyəti, əvvəlki təminat səviyyəsi, habelə diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla alimentin hər uşağa görə 150 manat həddində müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən uşaqların taminatlarının qarşılanması öhdəliyinin valideynlərin hər ikisinə aid olmasını nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının alimentlə bağlı tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddia ərizəsilə xx.xx.2024-cü ildə müraciət edildiyindən, aliment həmin tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. İddiaçı həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altımış) manat mediasiya xərcinin və 170 (yüz yetmiş) manat məbləğində hüquqi yardımla bağlı müdafiə xərcinin alınıb ona ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissələrdə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 56 (əlli altı) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 60 (altımış) manat mediasiya xərci və hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 170 (yüz yetmiş) manat məbləğində müdafiə xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 56 (əlli altı) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №2(027)-599/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-599/2024
22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver