Məhkəmə qərarları › İş №2(027)-630/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-630/2021

29.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-630/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş uşaqları xx xxx 2019-cu il təvəlüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa 200 manat olmaqla, hər ay iki uşaq üçün 400 manat məbləğində alimentin, uşaqları hər ikisi üç yaşına çatanadək hər ay 200 manat məbləğində əlavə yardımım Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılımasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2018-ci il tarixdə X15 xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə evlənib ailə qurmuş və nikahın bağlanması haqqında akt qeydləri kitabında nikahları 0356 nömrə ilə qeydə alınmışdır. Cavabdeh ilə birgə nikahlarından övladları xx xxx 2019-cu il təvəllüdlü Nuray və xx xxxxxx 2020-ci il təvəllüdlü Nuran doğulmuşlar. Cavabdehlə ailə qurduqları ilk günlərdə münasibıtləri normal olmuş, lakin son zamanlar qayananası evdə səbəbsiz mübahisələr yaratmış, onunla yola getməmişdir. Qaynanasının ailə məsələlərinə müdaxilə etməsi, onların ailə münasibətlərinin pozulmasına səbəb olmuş, nəticədə cavabdehin ona qarşı münasibəti dəyişmiş, ona və uşaqlarına qarşı soyuq münasibət bəslənmişdir. Bu səbəbdən də Cavabdeh ilə ayrı yaşayırlar, uşaqları onun himayəsindədir. Cavabdeh onunla və uşaqlarının maddi vəziyyəti ilə maraqlanmır və maddi yardım göstərmir. Cavabdeh hərbiçidir, yüksək məbləğdə maaş alır. Lakin qazancını ondan gizlətmişdir. Onların maddi ehtiyyaclarını valideynləri ödəyir. Maddi imkanı olduqca aşağıdır. 2021-ci il üzrə qanunla Respublika üzrə hər bir uşağın minimum yaşayı tərzi üçün 175 manat nəzərdə tutulmuşdur. Bildirir ki, hənin məbləğ hazırkı bazar iqtisadiyyatına nisbətdə aşağı olmaqla bir ay müddətində uşağın yeməyini, paltarını və digər ehtiyyaclarını ödəmir. Uşaq böyüdükcə yeməyə, geyimə və digər ehtiyyaclara tələbatı da artır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx xxxxxx 2018-ci il tarixli rəsmi nikah qeydi əsasında evlənib ailə qurmuşlar. Birgə nikahları xx xxx 2019-cu il tarixdə Nuray və xx xxxxxx 2020-ci il tarixdə Nuran adında iki uşaqları anadan olmuşdur. İddiaçı ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, son vaxtlar iddiaçının təqsirindən münasibətləri pozulmuş və iddiaçı atası evinə qaytımışdır. Hazırda ayrı yaşayırlar, uşqalar onun himayəsindədir. O, iddiaçıya uşaqlarının saxlanması üçün aliment verməyə etiraz etmir. Hazırda FHN-nin mülki müdafiə qoşunlarında xilasetmə üzrə sürücü işləyir, başqa qazanc yeri yoxdur. Alimentin əmək haqqından tutulmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* № li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli 799№li arayışından görünür ki, Cavabdeh Quba şəhəri, H.Əliyev küçəsi, ev 19 ünvanda qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında xx.xx.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı 028987 №-li şəhadətnamədən görünür ki, Teymurxanlı (Ağayeva) Aynurə Samir qızı ilə Cavabdeh arasında nikah xx.xx.2018-ci il tarixdə bağlanmış və nikahdan sonra arvad «Ağayeva» soyadını qəbul etmişdir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı, 147787 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2019-cu il tarixdə X5 anadan olmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 524828 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il tarixdə X7 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki X1 xx xxxx 2021-ci il tarixli, xx/xx-0043 saylı məktubundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarında xidmət edir və orta aylıq əmək haqqı 511,59 (beş yüz on bir manat əlli doqquz qəpik) manat təşkil edir. İşdəki sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, evlənib ailə qurmuş, onların birgə nikahından xx.xx.2019-cu il tarixdə X5 və xx.xx.2020-ci il tarixdə X7 anadan olmuşlar. Tərəflər faktiki olaraq ayrı yaşayırlar və tərəflərin birgə nikahlarından doğulmuş uşaqları İddiaçı himayəsindədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında uşaqların saxlanması üçün aliment ödənilməsi barədə heç bir saziş bağlanmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cu maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. BMT-nin Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən «uşaq qanunla və digər vasitələrlə sosial müdafə ilə təmin olunmalı, onun fiziki, əqli mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir». Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olnumalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəlləinin 84.2.2-ci maddəsinə əsasə bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanun normasının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Cavabdeh izahatı və iş materialları ilə müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə qoşunlarında işləyir, onun aylıq qazancı-aylıq pul təminatı məbləği 511,59 manat təşkil edir. İşdəki sübutlarla onun hər hansı başqa qazancı (gəliri) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxx 2019-cu il təvəllüdlü X5 və xx xxxxxx 2020-ci il təvəllüdlü Ağayev Nuran Hüseynağa oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması, uşaqların saxlanmasının iddiaçı və cavabdehin vəzifəsi olması zəminində onların mənafeləri, həmçinin uşaqların mənafeyi ilə aliment ödəyəcək cavabdehin mənafeyi arasında ədalətli tarazlıq yaradacaqdır. İddia tələbinə hüquqi qiymət verən məhkəmə onu da qeyd edir uşağın saxlanması üçün bütün aliment ödənişinin cavabdehin üzərinə qoyulması ədalətli olmazdı. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquqlara malik olduğu kimi, bərabər vəzifələr də daşıyırlar. Bu vəzifələrə uşaqların saxlanması vəzifəsi də daxildir. Hazırki işdə uşaqların saxlanması üçün bütün maddi təminat yükünün cavabdehin üzərinə qoyulması şübhəsiz ki, onun mənafeyi ilə iddiaçının mənafeyi arasında ədalətli tarazlığı pozmaqla, cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmış olardı. Lakin məhkəmə onu da nəzərə alır ki, uşaqlar iddiaçının himayəsində yaşayır və onun saxlanması və təlim-tərbiyəsində iddiaçının üzərinə daha çox ağırlıq düşür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından xx xxx 2019-cu il tarixdə doğulmuş X5 və xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və uşaqların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar hər uşağa görə ayda 25 manat olmaqla, iki uşağa görə hər ay 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq, cavabdeh X4 12 manat 70 qəpik məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X13” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. xx xxx 2019-cu il tarixdə doğulmuş X5 və xx xxxxxx 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə Cavabdeh xx xxxxxx 2021-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment və uşağların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar hər uşağa görə ayda 25 manat olmaqla, hər ay iki uşağa görə 50 manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Cavabdeh 12 manat 70 qəpik məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar